"Atam məni qaçırdı, 3 il anamı görmədim" – azərbaycanlı aktrisa ilə müsahibə - Foto

"Atam məni qaçırdı, 3 il anamı görmədim" – azərbaycanlı aktrisa ilə müsahibə - FotoAzərbaycan tamaşaçısı onu 17 yaşında "Pərvanələrin rəqsi" serialı ilə tanıdı. İncəsənətə böyük marağı olsa da, atasının israrı ilə hüquq sahəsinə yönələn Arzum Kərimova sevdiyi peşədən imtina edə bilməyib. Hazırda "Xəzər" televiziyasında yayımlanan "Ay ay ay" serialında rol alan aktrisa Musavat.com saytının suallarına cavab verib.

- İndiyə kimi bir çox seriallarda rol almısınız. İncəsənətə gəlişiniz necə oldu?

- 12 yaşımda anamla studiyaya getmişdim. Oraya Dağıstandan müğənni gəlmişdi, klip çəkdirirdi. O məni görüb dedi ki, klipimdə bu qızın çəkilməsini istəyirəm. Anam dedi ki, bu qız uşaqdır, 12 yaşı var. Müğənni çox israr etdi. 12 yaşım olsa da, böyük görünürdüm, klipdə rol aldım. Daha sonra "Pərvanələrin rəqsi" serialına dəvət aldım və çəkildim. Kifayət qədər səs-küylü bir serial idi. Bu serial mənə uğur gətirdi. ATV-də yayımlanan "O gecə" serialında rol almışam. Hazırda isə "Ay ay ay" serialında çəkilirəm. May ayında bitməlidir. Başqa film və serial təklifləri də var. Serial bitdikdən sonra onlar barədə düşünəcəyəm.

- İncəsənətə marağı olan Arzumun hüquqşünas olma istəyi haradan yarandı?

- Atam da, anam da incəsənət adamıdır. Lakin atam heç vaxt mənim incəsənətdə olmağımı istəmirdi. Onun istəyi ilə Aviasiya Akademiyasında hüquq ixtisası üzrə təhsil aldım. Amma ürəyim hər zaman aktrisalıqda idi. Anamın dəstəyi ilə incəsənətdən uzaqlaşmadım.

- Hansı rolunuza görə tənqidlərə məruz qalmısınız?

- "O gecə" serialında Ləman adlı mənfi obrazı canlandırmışdım. Ləman Muradı sevgilisindən ayırmışdı. Ləmana görə çox təzyiqlər gördüm. Bir dəfə butikə alış-veriş üçün getmişdim. Mağazaya daxil olduqdan az sonra bir qadın mənə yaxınlaşıb az qala məni öldürəcəkdi ki, sən Muradı niyə sevdiyindən ayırırsan? Bu cür hadisələr çox olur. Məncə, aktrisanın uğuru ondan ibarətdir ki, tamaşaçını obrazına inandıra bilir. İnsanlar serialdakı obrazla aktrisanı eyniləşdirir.

- Sənətdə yeni addımlayırsınız. Arzusunda olduğunuz obraz varmı?

- Əlbəttə var. Arzularım çoxdur. Döyüşkən qadın obrazını oynamağı təklif ediblər, o serialın ssenarisi yazılır. O arzum reallaşır. Sevən, ayrılıq acısı çəkən qadını oynamaq istərdim.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, 7 illik sevginiz bir anda bitib və uzun müddət ayrılıq acısı çəkmisiniz. Sevən, ayrılıq acısı çəkən qadını oynamaq istəyinizə səbəb budur?

- Mən o münasibəti çoxdan unutmuşam. Hər kəsin həyatında ayrılıq olur. Sadəcə olaraq, dramı sevirəm. Dramda oynamaq istərdim.

- Bəzi incəsənət nümayəndələri komediyaya dırnaqarası baxır, dramı üstün tutur. Düşünürlər ki, dram daha ağır və sanballıdır.

- Onlarla razı deyiləm. Məncə, komediya oynamaq daha çətindir. Təsəvvür edin, kədərlisiniz, dərdiniz var, gülməli, güldürməlisiniz.

- Həyatınızda "olmasa, olmaz" nədir?

- Anam olmasa, olmaz. Onsuz yaşaya bilmərəm. O hər zaman mənə dəstək olub, imkan verməyib ki, nədəsə gözüm qalsın. Əşyalardan isə telefonum, internetim olmasa, olmaz.

- Arzumu nələr xoşbəxt edər?

- Mənə bir "Kinder" al, xoşbəxt olacağam. Bəzi qızlar kimi qızıl, daş-qaş, bahalı hədiyyələr, 1001 qızılgül sevən deyiləm. Tək qızılgül məni xoşbəxt edir.

- Maddiyyat heç önəmli deyilmi?

- Önəmlidir, çox şey pulla həll olunur. Amma mən pulgir insan deyiləm, aza qane oluram. Bəlkə də, anam mənə hər şəraiti yaradıb deyə heç nədə gözüm yoxdur.

- Qarşı cinsdə önəm verdiyiniz xüsusiyyətlər hansılardır?

- Mən "kaçok", "krasavçik" birini istəmirəm. Əsl kişi xüsusiyyətləri olsun. Düzdür, insanı ilk görüşdə nəsə cəlb etməlidir. İlk görüşdə diqqətimi çəkən xırda bir şey qarşımdakı insanı mənə sevdirə bilər. Vurdum-duymaz kişi istəmirəm. Münasibətlərimizdə yaşadığımız problemləri övladımıza hiss etdirməməlidir. Həyat yoldaşım həssas, sevgi dolu olmalıdır.

- Arzum ana olsa, necə ana olar?

- Uşağımla dost olardım. Bütün işimi-gücümü atıb, uşağımla oynayardım. Yəqin, məni sənətdən ancaq övladım ayıra bilər. Öz anam kimi ana olaram. Anam kimi hər dərdində-sərində övladımın yanında olaram, onu heç bir səhvində atmaram.

- Tez-tez ananızdan danışırsınız. Atanızla bağlı danışmamağınızın səbəbi nədir?

- Ata sözünü başa düşmürəm. Anamla atam ayrılıb. O vaxt atam anamı aldadıb, məni qaçırdıb, 3 il anamı görməmişəm. Əziyyətlərlə gəlib anamı tapmışam. Atam məni yenidən yanına aparmaq istədi, razı olmadım. Sonra atam çıxıb getdi. Uzun müddət onu axtardım, heç kim telefon nömrəsini mənə vermədi. 6-7 il axtardım onu. Sonra bildim ki, başqası ilə evlidir, məni itirib-axtarmır. Böyük ehtimalla həyat yoldaşı icazə vermir. Mənə ata uşaq vaxtı lazım idi, indi nə edirəm atanı? Anam mənə həm ata, həm ana oldu. Atasızlığı hiss etdirmədi.

- Son zamanlar aktrisalar tez-tez məmurların, imkanlı şəxslərin onlara pul, bahalı həyat qarşılığında sevgililik təklif etdiyini açıqlayırlar. Bu da birmənalı qarşılanmır.

- Mən hər şeyə söz qoşan, başqa məna verən insan deyiləm. Bəziləri özlərini reklam etmək, gündəmə gəlmək üçün deyir. Bəziləri isə saflığından danışır, sonunu düşünmür. Məncə, qadın qadındır. Hər sözü birmənalı qarşılanmır. Ona görə aktrisalar dedikləri hər sözə diqqət etməlidirlər.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3589   Tarix: 27 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaxanımın yeni görüntüsü TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli yeni fotoları ilə sosial mediada gündəm olub. xəbər verir ki, ifaçı yeni görüntülərini paylaşıb

14.12.2025 1147
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

14.12.2025 527
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

14.12.2025 1021
.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni görüntüsü yayımlanıb. Onun xeyli dəyişən görüntüsünə çoxsaylı tərif gəlib. Fotoya çoxsaylı bəyəni gəlib

14.12.2025 953
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

12:40 402
.

Sevil-Sevinc "ana oldu" - FOTO

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb olub. xəbər verir ki, əkizlər süni intellektlə ana olmaq arzularını reallaşdırıblar. Sənətçilər paylaşıma "Onsuz mən o qədər də yaxşı görmürəm. Onsuz mən o qədər də yaxşı eşitmirəm. Onsuz mən o qədər də yaxşı hiss etmirəm. Əlimi

14.12.2025 1016
.

Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı

ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy

11.12.2025 628
.

Türk serial tarixində bir ilk

Türkiyə serial tarixində birl ilkə imza atılacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gözleri Karadeniz" serialının finalına yayımı zamanı qərarı veriləcək. Məlumata görə, ekran işi efirdə olduğu müddətdə ani reytinq göstəriciləri izləniləcək. Əgər ciddi artım müşahidə olunmazsa

14.12.2025 881
.

Şeyma Subaşı və daha 3 nəfər axtarışa verildi

Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün səhər saatlarında aparılan narkotik əməliyyatları çərçivəsində bir neçə məşhur saxlanılıb. Axşam.az-ın məlumatına görə, istintaqa cəlb olunacaqlar arasında türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımı, sosial media fenomeni Şeyma Subaşı da yer alıb. Bundan başqa

12:09 319
.

TOP MP3