"Banklardan öz keyfi üçün kredit götürənlərə güzəşt edilməməlidir" — Əli Məsimli

"Banklardan öz keyfi üçün kredit götürənlərə güzəşt edilməməlidir" — Əli Məsimli"Banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidir. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə isə güzəştlər edilməlidir".

BiG.AZ xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Millət vəkilinin sözlərinə görə, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə prezident "ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır" deyib.

"Bu il minimum əmək haqqını 38 faiz artdı, 130 manatdan 180 manata qalxdı. Bu, 600 min insanı əhatə edir. Minimum pensiyaların məbləği də təxminən 38 faiz artdı və 116 manatdan 160 manata çatdırıldı. Eyni zamanda müvafiq göstərişlər verilib ki, minimum əmək haqqının, minimum pensiyanın eləcə də müavinətlərin artımı ilə bağlı yeni təkliflər hazırlansın. Sosial paketə daxil olan belə addımların atılması əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına əvvəlcə müsbət təsir edəcək, növbəti addımlarla müşayət olunduqda isə yaxşılaşma da özünü göstərə bilər", - deyə Ə.Məsilmli vurğulayıb.
Millət vəkili bildirib ki, həmin müşavirədə prezident bizim diqqətimiz daha çox çəkən problemli kreditlər məsələsinə də toxundu: "Çünki problemli kreditlər məsələsini istər Milli Məclisdə, istərsə də mətbuatda daha çox qaldıran, nəinki qaldıran, həm də konkret Təkliflər Paketi ilə çıxış edən məhz bizik. Prezident bu məsələyə də toxunanda bildirdi ki, problemli kreditlər məsələsi ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Prezidentin bu çıxışından sonra problemli kreditlərin həlli istiqamətində konkret addımların atılacağı şəksizdir. Biz bu sahədə əhalinin xeyrinə atılacaq hər bir addımı müsbət qiymətləndiririk".

Onun sözlərinə görə, Prezident öz çıxışında deyib:

"Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir."

"Bəli, deputat həmkarım Vahid Əhmədovla birlikdə problemli kreditlər məsələsinin optimal həllinin tapılması istiqamətində ölkənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla Təkliflər Paketi hazırlayıb aidiyyatı orqanlara göndərmişik. Həmin təkliflər paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur", - deyə milət vəkili qeyd edib.

Ə.Məsimli vurğulayıb ki, Mərkəzi Bank ilk mərhələdə buna razı olsa da, digər aidiyyəti hökumət strukturları razı olmadı:

"Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər... Bu məsələdə bizim mövqeyimiz hökumətə də, ictimaiyyətə də məlumdur. Biz dollarla olan kredit probleminin bütün ağırlığının əhalinin üstünə atılmasının əleyhinəyik. Problemi dövlət yaradıbsa, onun həllində də dövlət fəal iştirak etməlidir. Bu məsələdə ağırlıq dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Həm də xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır: Qanunun bütün sərtliyi 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır".

Millət vəkili onu da əlavə edib ki, banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidir:

"2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə isə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin öz borcunu ödəyə bilmək qabiliyyətini itirmiş aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir".

Millət vəkili təklif edir ki, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi və ya mövcud qanunvericilikdə bu məsələyə bir balaca aydınlıq gətirməklə şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın: "Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 26 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0