Hamilə sənətçi - səhnəyə çıxsın, çıxmasın?

Hamilə sənətçi - səhnəyə çıxsın, çıxmasın?Sənət aləmində daha çox qalmaqalları və atmacaları ilə yadda qalan ifaçı Əli Mirəliyevin sözlərinə görə, hamilə qadının səhnəyə çıxması qətiyyən düzgün deyil: "Biz qabaqlar belə şeylər görməmişik. Sənət aləmində olan xanımlar hamiləlik dövründə səhnəyə çıxmazdılar. Əksinə, bu, biabırçılıq sayılardı. Bu gün şou-biznesdə kim nə istəyir, onu da edir. Eləsi də var ki, hamiləliyin sonuncu ayında səhnəyə çıxıb konsert verir. Bununla öz reytinqlərini qaldırırlar. Əslində isə bu, əxlaqsızlıqdır.

Tamaşaçılar kimdən tərbiyə götürsünlər, qarnı burnunda ola-ola efirə çıxanlardan? Qabaq senzura var idi. Heç kim belə şeyə cürət eləməzdi. İndi bizim şou-biznesdə olan xanımlarımız hamiləlik dövründə fotosesiyalar düzəldirlər. Bütün bunlara səbəbkar tamaşaçıdır. Bəlkə onlar bu cür xanımları vaxtında tənqid etsəydi, qınasaydı indi belə bir vəziyyət yaranmazdı".

"İndi başqa zəmanədir"

Azərbaycanın tanınmış teleaparıcısı Kamran Həsənlisə bu məsələdə birtərəf olduğunu bildirdi: "Sözün düzü hamiləlik dövründə qadınlar çox gözəl olurlar. Əslində bu bir az mübahisəli məsələdir. Mən teleaparıcı kimi buna pis baxmıram. Qadınlar ana olmaq üçün yaranıblar. Bunda pis heç nə yoxdur. İndi başqa zəmanədir".

"Həyat yoldaşı icazə verirsə..."

Populyar müğənni Xuraman Şuşalı isə hamilə qadınların səhnəyə çıxmasına yaxşı baxdığını qeyd etdi. "Mən özüm də hamilə olmuşam. Düzdür, o dövrdə çalışmışam ki, efirdə az görünüm. Lakin buna pis baxmıram. Əgər qadının ailəsi və həyat yoldaşı icazə verirsə, bundan kimə nə? Kim hamiləlik dövründə konsert verirsə, bunu şişirdirlər. Amma burda ayıb heç bir şey yoxdur. Qadının xoşbəxtliyi övladıdır. Əgər o bunu tamaşaçılarla paylaşırsa, burda pis nə var ki? Bunu tənqid edənlər getsinlər öz ailələri barədə fikirləşsinlər".

"Hər şey tamaşaçının əlindədir"

Azərbaycanın xalq artisti Nisə Qasımova isə tamamiylə fərqli fikirdə olduğunu vurğuladı: "Mən də razıyam ki, hamiləlik qadını gözəlləşdirir. Lakin hər şeyin bir həddi var. Bu gün şou-biznesdə elə şeylər baş verir ki, mən artıq söz tapmıram. Əslində qabaqlar belə şeylərə pis baxırdırlar. Lakin indi tamaşaçı bunu normal qəbul edirsə, deyiləsi söz qalmır. Desəm ki, buna pis baxıram, guya nəsə dəyişəcək? Təbiidir ki, yox. Hər şey tamaşaçıların əlindədir. Əgər onlara bu xoşdursa, niyə də olmasın. Bu ki, əxlaqsızlıq deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2789   Tarix: 16 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 331
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

05.05.2024 646
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

06.05.2024 304
.

"Qazaxa gedə bilmirəm"

Əməkdar artist Xumar Qədimova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, son illər doğulduğu Qazax rayonuna gedə bilmir:. "Qazaxda doğulmuşam. Qazaxımı dana bilmərəm. Mənim üçün həm sevinc, həm kədərdir. Son illə

06.05.2024 1220
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 6756
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 5038
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 487
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

06.05.2024 1204
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 488