Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO

Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOKikboksinqin WAKO versiyası üzrə üçqat dünya, altıqat Avropa çempionu Eduard Məmmədov idman zalı açıb.

BiG.AZ xəbər verir ki, zal Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış kompleksində fəaliyyət göstərəcək.

Eduard Məmmədovun rəhbəri olduğu idman klubunun zalı onun kikboksinqdəki ləqəbi olan "Ağ Canavar" adını daşıyacaq. Tanınmış idmançımız bu klubun adıçəkilən məkanda açılmasının səbəbini belə izah edib:

"Əslində, üç il əvvəl bu klubu açmışıq. Sadəcə olaraq, zalımız yox idi deyə, orda-burda məşqlərimizi edirdik. Artıq bu, sırf mənim adımadır. Bildiyiniz kimi, ötən il 13 yaşında Azərbaycanın ən gənc dünya çempionu olmuş yetirməm Amin Quliyevə özümün götürdüyü "Ağ Canavar" ləqəbini dörd il əvvəl vermişəm.

Onun ailəsinə Füzuli məcburi köçkünü kimi ölkə başçısı tərəfindən "Qobu Park"da ev bağışlanmışdı. Mən bir dəfə onlara qonaq gedəndə gördüm ki, yaşayış kompleksində futbol meydançasından başqa idman zalı yoxdur. Qərara gəldim ki, elə zalımızı burda açaq.

Kikboksinq üzrə dünya çempionumuz Anar Məmmədov, dünya və Avropa mükafatçımız Qiyas Şahverdiyev orda məşqçi kimi işləyəcək. Həftədə bir dəfə isə mən orda seminarlarda iştirak edəcəyəm. Bu zalda cüdo ilə də məşğul olmaq mümkün olacaq".

Qeyd edək ki, daha əvvəl başqa kikboksçumuz - Zabit Səmədov Bakıda idman klubu açmışdı.

Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEOEduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1945   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 516
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 364
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 321
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 351
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 252
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 580
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 333
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 846