Şəmkirin icra başçısı Fazil Məmmədovu rayondan qovub - ŞOK İDDİA

Şəmkirin icra başçısı Fazil Məmmədovu rayondan qovub - ŞOK İDDİABiznes imperiyasını idarə etmək üçün şirkətlərin başına keçən sabiq vergilər nazirinə "öz adamı"ndan ağır zərbə; Şəmkir "qala"sı içindən çökdürüldü...
Musavat.com-un məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta Şəmkirdən aldığımız bir məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.
Məsələnin kuryoz tərəfi budur ki, Alimpaşa Məmmədov Fazil Məmmədovun öz kadrıdır, hətta yaxın adamlarından biridir. F.Məmmədov onu ən sadiq və etibarlı adamı kimi öz "qalasına" - Şəmkirə göndərib. Bu rayon və onun ətrafında Fazil Məmmədovun milyonlarla yatırım etdiyi müəssisələr, özəl mülklər, tərpənməz əmlaklar var. İndi aydın olur ki, "qala" içdən çöküb - Alimpaşa öz xeyirxahına qarşı çıxıb.

Dünən "Yeni Müsavat" qəzetinin manşetində belə bir yazı dərc olunmuşdu ki, müalicədən sonra Fazil Məmmədov özünün malik olduğu biznes imperiyasının başına keçib və onu bilavasitə idarə etmək qərarına gəlib. Sitat: "Fevralın 8-də "ölüm" xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin yerli mediaya verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini "Synergy Group" MMC şirkətlər qrupuna yönəldib.

Məlum olduğu kimi, "Synergy Group" MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir olduğu dövrdə yaradılıb, rəsmi olmasa da, de-fakto ona məxsus olub.
"Yeni Müsavat" bildirir ki, 2010-cu ildə təsis edilmiş, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. "Synergy Group" MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

"Synergy Group" istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. "Synergy Group"un tərkibindəki "Excelsior Hotel Shamkir", "AzAqro" qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, "Zəka" Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir.

"Synergy Group"un yalnız bankı yox idi. 2015-ci ildə YAP-çı deputatlardan birinin qardaşına məxsus "Kövsər Bank"ı "Synergy Group" alıb. "Kövsər Bank"ın 38 milyon manatlıq yeni səhm emisiyasını "Synergy Group "alıb"...

Bu sitatdan və məlumatlardan da göründüyü kimi, F.Məmmədovun biznes imperiyasına aid əhəmiyyətli komponentlər Şəmkir rayonunun inzibati ərazisində yerləşir. Biznesini öz vətənindən idarə etmək, yaxud da onun məlum komponentlərini yoxlamaq üçün Şəmkirə varid olan sabiq nazirin belə bir aqibətlə üzləşməsi onun planlarına ağır zərbədir.

Mənbə bildirir ki, Fazil Məmmədov "Excelsior Hotel Shamkir"də özünə dəbdəbəli ofis hazırlıqları ilə məşğul imiş. Hətta sabiq nazirin ailəsi də Bakıdan Şəmkirə köçübmüş. F.Məmmədovun rayonda son dərəcə dəbdəbəli bir evinin olduğu deyilir. Ailəsi ilə birlikdə orda qalmağı planlaşdırırmış. Lakin Alimpaşa Məmmədov sabiq şefinin planlarını darmadağın edib.

Başçı F.Məmmədovun rayonla əlaqəsi olan başqa adamlarını da Şəmkirdən qovub. Mənbə bildirir ki, Fazil Məmmədovun yaxın adamlarından biri - qardaşının qaynı Turan Səidov bir vaxtlar sabiq nazirin rayondakı təmir-tikinti işlərini görürmüş. Onun "21-ci əsr" adlı şirkəti də var. Hazırda bu şirkətin fəaliyyəti iflicdi. Bildirilir ki, Şəmkirin icra başçısı özünün yaxın adamlarına yeni şirkətlər açıb, rayonla bağlı bütün təmir-tikinti işlərini yaxın çevrəsinin əli ilə gördürür.

Alimpaşa Məmmədov ötən ay Turanı yanına çağıraraq deyib ki, "bir daha ayağın Şəmkirə dəyməyəcək". Ardınca da elə Fazil Məmmədova ismarışını yollayıb: "Ona deyin, əziyyət çəkib ofis təmir etdirməsin, mən bu rayonda başçı olan müddətdə Fazil müəllim burda yaşaya, bizneslə məşğul ola bilməz". Deyilənə görə, başçının bu ismarışından sonra Fazil Məmmədov Şəmkiri tərk edib, Bakıya gəlib. Yaxınlarına deyib ki, o, Alimpaşayla üz-üzə gəlmək, konflikt yaratmaq istəmir. Hazırda F.Məmmədovun Şəmkirdə biznesini o, nazir olduğu dövrdə müşaviri vəzifəsində işləmiş Riyad Hüseynovun qardaşı Fərid Hüseynovun idarə etdiyi deyilir.

Maraqlıdı, Fazil Məmmədov işdən çıxarıldıqdan sonra da mühafizə və kortejlə gəzir. Bunu da sabiq nazirin yaxın ətrafından "Yeni Müsavat"a bildiriblər. Həmçinin biznesini də qoruyub saxlayıb. Ona bu qədər güzəşt edildiyi halda, Şəmkirin icra başçısı nədən keçmiş nazirlə bu cür davransın? Bu sualı ünvanladığımız tanınmış şəmkirlinin qənaətinə görə, Alimpaşa Məmmədov özfəaliyyətlə məşğuldur. Onun Fazil Məmmədovla bu cür davranışını "yuxarılar" bilsə, başçı üçün işlər yaxşı getməz. Amma A.Məmmədov nə qədər qeyri-stabil şəxs kimi tanınsa da, belə sərt qərarları özbaşına qəbul etməz yəqin ki.

F.Məmmədovun bundan sonra necə davranacağı və öz adamının zərbəsini necə dəf edəcəyi hələlik məlum deyil.

"Yeni Musavat" sabiq nazirin də mövqeyini dərc etməyə hazırdır.

"Yeni Müsavat"ın informasiya şöbəsi

Şəmkirin icra başçısı Fazil Məmmədovu rayondan qovub - ŞOK İDDİA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3523   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 218
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 442
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 274
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 783
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1067
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 113
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 99
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 659
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 400