"Kupça"sız evlərin "düyünü" necə açılacaq? - TƏHLİL

"Kupça"sız evlərin "düyünü" necə açılacaq? - TƏHLİLİlkin məlumatlara görə, Bakı şəhərində istismarına icazə verilməyən, ancaq artıq insanların məskunlaşdığı binaların sayı 400-ə qədərdir. Amma istisna deyil ki, dövlət başçısının 19 fevral 2019-cu il fərmanı əsasında aparılan araşdırmalar nəticəsində onların sayı bundan daha çox olsun.

Niyə belə binalar var?

Maraqlı nüans odur ki, bu binalar indəyədək tikilib və insanlar yaşayır, amma müvafiq qurumlar hüquqi səlahiyyətləri çərçivəsində müvafiq işləri görməyiblər. Nəzərə alsaq ki, çoxmənzilli binalar adi fərdi yaşayış sahəsi deyil, burada böyük tikinti işləri aparılır, yüzlərlə insan çalışır, tikinti şirkətləri icazə almaq üçün bir neçə dövlət qurumunun qapısını döyürlər, sənədlər toplayırlar, ancaq sonda binalar istismara qəbul edilmir. Tikinti şirkəti isə "kupça" verəcəyi ilə bağlı ev sahibinə yalan vədlər verə-verə illəri ötürür. Səbəb nədir?

Səbəb odur ki, müxtəlif yollarla müvafiq qurumlardan sənədlər yığılıb, bunun üçün sahibkarlar xeyli əlavə xərclər çəkiblər, bu xərcləri binanın qiymətinin üstünə əlavə ediblər, nəticədə, layihədən kənara çıxıblar, məsələn, 10 mərtəbəli bina əvəzinə, 12 mərtəbəli bina tikiblər. Sonda isə axırıncı mərhələ olan Bakı Şəhər İcra Hakimiyyəti də bu kənaraçıxmaları obyektiv və subyektiv məsələləri arqument gətirərərək, binaları istismara qəbul etməyib.

Beləcə, on illərlə yaşayış olan binalar dövlət tərəfindən istismara qəbul edilməyib və bu da bir sıra fəsadlar yaradıb. İlk növbədə vətəndaş pulunu ödəyib aldığı mülkü üzərində sahiblik hüququna malik deyil, evini alqı-satqı etmək, bağışlama hüquqlarından məhrumdur. Çıxarış ala bilmədiyindən öz mənzilindən şəxsi mülkü kimi istifadə edərək, müxtəlif əməliyyatlar aparmaq, məsələn, girov qoymaq hüququndan istifadə edə bilmir, əmlakını övladının adına rəsmiləşdirmək imkanı yoxdur.

Dövlətin itirdikləri də az deyil: milyonlarla manat əmlak vergisi büdcədən yayındırılıb, alqı-satqı prosesindən büdcəyə daxil olmalı olan vəsaitlər kiminsə cibinə gedib.

Cavab: Obyektiv, subyektiv səbəblər də ola bilər

"Belə binalar niyə var və niyə indiyə qədər istismara qəbul olunmayıb?" sualına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin cavabı belə olub:

"Tikinti şirkətləri bu işə daha məsuliyyətli yanaşmalı idi və təəssüflər olsun ki, bəzi hallarda rəsmiləşdirmə prosedurlarına tam əməl olunmayıb. Başqa obyektiv, subyektiv səbəblər də ola bilər".

Çıxış yolu prezident fərmanında göstərildi

Anar Quliyevin sözlərinə görə, prezident İlham Əliyevin müvafiq fərmanı ilə tikintisi 1 yanvar 2019-cu il tarixinə qədər bitən və hazırda qeydiyyata alınmasa da, istismar olunan, yəni uzun müddətdir ki, insanların yaşadığı binaların istismara verilməsinə icazələr asanlaşdırılacaq.

"Bu müddət ərzində bu növ binaların siyahısı dəqiqləşdiriləcək və müayinəsi aparılacaq. Bu, o demək deyil ki, bu günə qədər həmin binalarla bağlı məlumat yox idi, sadəcə, həmin binaların müayinəsi məsələsi var, düzdür, onların çoxu dövlət ekspertizasından keçirilərək tikilirdi.

Güman edirəm ki, tikintisi zamanı da nəzarət edilib. Sadəcə olaraq, indi istismara götürülməsi zamanı onun dayanıqlılığı, möhkəmliyi texniki tələblərə, təhlükəsizlik normalarına cavab verməlidir".

Qeyd edək ki, ötən ilin avqust ayından etibarən binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət komitəyə verilib. A.Quliyev deyir ki, həmin vaxtdan etibarən müraciətlər əsasında təhlillər aparılırdı. Bu növ binaların sayının çox olduğu ortaya çıxıb və Komitə bu barədə aidiyyəti qurumlara məlumat verib. Bir neçə dövlət qurumunun iştirakı ilə İşçi qrupu yaradılıb.

Əgər bina müayinədən "mənfi cavab" alsa…

Ekspertizadan müsbət cavab alan binalarla bağlı vəziyyət məlumdur və onların tez bir zamanda istismarına icazə veriləcək. Bəs müayinənin nəticəsi mənfi olarsa, həmin binada yaşayan yüzlərlə sakin nə edəcək?

Komitə rəsmisi deyir ki, bu halda tikinti şirkətinə 5 ay vaxt veriləcək ki, qüsurları və problemləri aradan qaldırsın. Bu müddət bitənə qədər çatışmazlıq aradan qaldırılacaqsa, yenidən müayinə aparılaraq istismarına icazə veriləcək.

Tikintisinə icazə varsa…

Rəsmi qurumlar deyirlər ki, tikinti üçün əsas sənəd tikintiyə icazə sənədidir. Xatırlayırsınızsa, ötən il Masazırda yerləşən "Yeni Bakı" yaşayış kompleksi ilə bağlı məsələ qalxmışdı. Həmin ərazilərin kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu əsas gətirilərək, binaların istismarına icazə verilmədi, halbuki tikintiyə icazə sənədi vardı. Bu halda nə baş verəcək?

Anar Quliyevin açıqlamasına görə, kənd təsərrüfatı və sənaye təyinatlı torpaqlarda binaların inşa edilməsi halları aşkar ediləcəksə, bu halda torpağın təyinatı mütləq dəyişməlidir. Aidiyyatı dövlət qurumu bununla bağlı Hazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır.

"Nazirlər Kabineti müəyyən edilmiş müddət ərzində həmin vəsatətə baxacaq. Unutmayın ki, fərman bu ilin sonuna qədər qüvvədədir və ona görə də hər bir mərhələnin müddəti dəqiq şəkildə göstərilib. Hamı işləri bacardığı qədər operativ həyata keçirməlidir. Fərmanda göstərilir ki, tapşırıqlarla bağlı hər bir dövlət qurumu hər ayın sonunda dövlət başçısına hesabat verməlidir".

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880