Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR2019-cu il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

BiG.AZ xəbər verir ki, bu barədə Publika.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və "Bakı Metropoliteni"nin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.

Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində "Ventprom"un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

"Bakı Metropoliteni" QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.
Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib.

Ventilyatorlardan 4-ü "VOM 24R", 3-ü isə "VOM 20" tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri "Bakı Metropoliteni"nin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 kubmetr/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 kubmetr/saniyədir.

Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

Bununla yanaşı, 2019-cu ildə daha bir mühüm addım atılaraq, tunel və stansiyaların təbii havalandırılması istiqamətində də yeni layihəyə start veriləcək. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının "Bakı Metropoliteni"ndə tətbiqi imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bu monitorinqin nəticəsində yekun qərarlar veriləcək və 2019-cu ildən bu istiqamətdə də əhəmiyyətli addımlar atılacaq.

2018-ci ilin mart ayında "Bakı Metropoliteni" QSC-də tarixi addım atılaraq, ventilyatorların iş qrafiki dəyişdirilib və tam yeni əsaslarla qurulub. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə - aprel və noyabr aylarında dəyişdirilirdisə, 2018-ci ildən mövsümi qrafiklərin tətbiqinə başlanılıb. Nəticədə ilin isti günlərində stansiyalarda, tunellərdə hərarətin 1-3 dərəcə aşağı salınmasına nail olunub. Qrafikin yeni əsaslara keçidi ilə yanaşı, davamlı olaraq, stansiya və tunellərdə mikroiqlim şəraitinin bir neçə aspektdən (havanın hərarəti, oksigenin miqdarı, rütubət göstəriciləri, havanın axın istiqamətləri) monitorinqləri aparılaraq, yeni qrafikin təhlil olunur. Təkcə onu qeyd etmək olar ki, ölçmələr hər stansiyanın 15-20 nöqtəsində aparılır.

Bir sözlə, müqayisəli təhlillər də gələcəkdə bu istiqamətdə aparılan işin səmərəsini, keyfiyyətini artıracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3053   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

04.05.2024 159
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 340
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155