Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEO

Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı? - VİDEOBu kimi reklamlara mütəmadi olaraq rast gəlirik. Kredit götürən şəxs üçün isə sözsüz ki, ən əhəmiyyətli məsələ kreditin faiz dərəcəsi, məbləği və müddəti olmalıdır. Lakin bu heç də həmişə belə olmur.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu – Müştəri: "Televizoru şəxsiyyət vəsiqəsi ilə götürmüşəm, bu kredit bitəndən sonra da soyuducu götürəcəm".

Şirkətlər rəqabət fonunda daha çox müştəri cəlb etmək üçün yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə məişət əşyası satdığını elan edir. Təbii ki, müştəri də ümumi məbləği ödəmək üçün kifayət qədər pulu olmadığından əksər vaxt faiz dərəcəsini belə hesablamadan zəruri olan əşyanı almağa çalışır. Lakin mağazaya yaxınlaşdıqda fərqli mənzərə ilə qarşılaşır. Çünki bu zaman başqa sənədlərin də tələb olunduğunu görür.

Sorğu – Müştəri: "Tək şəxsiyyət ilə deyirlər, gedirsən sonra da deyirlər ki, get filan şey gətir, filan qədər ilkin ödəniş et".

Əslində mağaza sahiblərinin də özlərinə görə müəyyən arqumentləri var. Yalnız şəxsiyyət vəsiqəsi tələbi qoyulsa da bu sənəddən başqa heç bir sənəd almayan obyekt sahibləri sonradan çətinliklərlə üzləşirlər. Çünki heç kəsin vəsiqəsində onun iş yeri, gəliri barədə məlumat verilmir.

Mağaza əməkdaşı: "Şirkət tək şəxsiyyət vəsiqəsiylə kredit verirdi. Amma bir müddətdən sonra müştərilər problem yaratdı. Heç kim pulunu vermədi, demək olar ki, şirkət batdı".

Ancaq müştəri cəlb etməyin bu forması da müsbət hal kimi qarşılanmır. Çünki sonradan başqa sənədlərin də tələb olunmasını hüquqşunaslar istehlakçıların aldadılması hesab edir.

Şaban Məmmədov – Hüquqşünas: "Əgər satıcı elan verirsə ki, tək şəxsiyyət vəsiqəsi ilə hər hansı əşyanı satıram və alıcı yaxınlaşdığı zaman başqa sənədlər tələb edirsə, belə halda alıcının sözügedən alqı-satqıdan imtina etmək haqqı var".

Digər məqam isə belə sadə yolla kreditə əşya verən şirkətlərin yüksək faiz dərəcəsi qoymasıdır ki, bu da sonradan hər iki tərəf arasında problemlərin yaşanmasına rəvac verir. Ancaq faiz dərəcəsinin müəyyənləşməsi, əmlak şəxsi mülkiyyət olduğundan sahibkarın özündən asılıdır.

Şaban Məmmədov – Hüquqşünas: "Qanunda konkret qanun yoxdur ki, mütləq filan fazilə kredit verməlisən. Azad ticarətdir və hər bir alıcı istədiyi faizi qoya bilər".

Kreditlə hər hansı bir əşyanın verilməsi sakinlər üçün əlçatandır. Ancaq qoyulan tələblər və faizlər müştərilərin xeyrinə olmadıqda, sonradan hər iki tərəfin də problem yaşamasına gətirib çıxarır. Nəticədə iş məhkəmə qərarları ilə yekunlaşır ki, bu da heç bir tərəf üçün məqbul sayılmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428