Kimlərin banklara olan borcu bağışlanacaq?

Kimlərin banklara olan borcu bağışlanacaq?Son günlər 700 minə yaxın vətəndaşın təxminən 1,8 milyon manat problemli kretidinin dövlət tərəfindən ödənilməsi məsələsi müzakirə olunur. 2015-ci il devalvasiyalarından sonra problemli kreditlərin get-gedə böyüməsi bir sıra bankların bağlanmasına, digərlərinin isə vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdı.

Bəs dövlət problemli kreditləri hansı mexanizmlə ödəyəcək və bu proses necə olmalıdır?

Bu məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qaynarinfo-ya açıqlama verib. Məsələni geniş şərh edən ekspert problemli kreditlərin həcminin son illərdə daha da artdığını və bunun həm banklar, həm vətəndaşlar, həm də dövlətin iqtisadi vəziyyəti üçün ciddi problemə çevrildiyini bildirib:

"Birinci və ikinci devalvasiyadan sonra problemli kreditlər mövzusu çox aktual idi. Təəssüf ki, uzun illər bunun həlli ilə bağlı addımların atılmaması səbəbindən problem daha da dərinləşdi. İkinci devalvasiyadan sonra problemli kreditlər ümumi kredit portfelinin cəmi 7-8 faizini təşkil edirdisə, bu gün artıq 2 dəfə artaraq, 16 faizə çatıb. Bu həm bankların iqtisadi aktivliyinə mənfi təsir göstərir, həm də vətəndaşların üzərində böyük yük kimi qalıb. Çünki vətəndaşlar öz gücləri hesabına bu vəsaitləri ödəmək qalibiliyyətində deyillər. Kreditlərin böyük əksəriyyəti dollarla olduğundan, 2 devalvasiya bu borcu vətəndaşlar üçün 2 dəfədən çox artırıb və üstəlik üzərinə faiz də gəlib. Problemli kreditlər həm iqtisadi aktivliyə, həm vətəndaşların psixoloji və sosial vəziyyətinə, həm də qeyd etdiyim kimi bankların fəaliyyətinə pis təsir edir. Problem həll olunsa bankların özü də müəyyən qədər nəfəs alar. Çünki elə banklar var ki, onların kredit portfelində problemli kreditlərin həcmi 30 faizdən yuxarıdır. Görünən odur ki, məsələnin həlli ilə bağlı müəyyən addımlar atılacaq. İlkin hesablamalara görə təxminən 700 min insanın problemli krediti var. Bu da olduqca böyük rəqəmdir və Mərkəzi Bankın rəsmi hesabatlarına görə, problemli kretidlərin həcmi təxminən 1,8 milyard manata yaxındır. Problemin həlli mexanizmləri də maraqlı olacaq. Hələ ki, məsələnin hansı şəkildə həll olunacağı açıqlanmır. Mexanizm olaraq çox güman ki, pullar vətəndaşa yox, birbaşa banklara ödəniləcək və böyük ehtimalla köhnə məzənnə ilə olan borclar qalacaq, yeni məzənnə ilə olanlar silinəcək. Yəni, 0.78 AZN ilə olanlar qalacaq, yerdə qalanlar ödəniləcək. Yaxud da 3-5 və ya 10 min manata qədər olan borcların silinməsi mexanizmi tətbiq oluna bilər. Hansı mexanizmin tətbiq olunması daolduqca vacib məsələdir. Borcların bağışlanması üçün büdcədən və ya Neft Fondundan vəsait ayrılsa, bu, həm bankların dayanıqlılığının artması üçün böyük kömək olar, həm də 700 minə yaxın problemli krediti olan vətəndaşların sosial, hətta psixoloji vəziyyəti yaxşıla bilər və onların iqtisadiyyata yenidən qazandırılması mümkün olar. Çünki bu gün həmin insanlar borc səbəbindən yeni kreditlər alıb, iqtisadi fəaliyyətlə məşğul ola bilmirlər".

Ötən illərdə problemli kreditlər məsələsinin həlli üçün üçlü mexanizmin tətbiq olunmasını təklif edən ekspert, bugünkü gündə bunun tətbiqinin effektli nəticə verməyəcəyini açıqlayıb:

"Mən ikinci devasiyadan sonra məsuliyyətin 3 yerə bölünməsi mexanizminin tətbiq olunmasını təklif etmişdim. Bu mexanizm 2015-ci ildə probemli kreditlər bu qədər qabarmamış tətbiq olunsaydı, ciddi effekt verə bilərdi. Burada kreditin 33 faizi vətəndaşın, 33 faizi bankın, digər 33-34 faizi də dövlətin. Lakin hazıda vəziyyət dəyişib. Çünki o vaxtdan indiyə problemli kreditlərin həcmi ciddi şəkildə artıb, üzərinə faizlər gəlib. Ona görə də indiki dövürdə hər hansısa bankın öz üzərinə belə bir yek götürə biləcəyini düşünmürəm. Çünki bankların özünün də vəziyyəti yaxşı deyil. Bü gün 1-2 bankı çıxmaqla yerdə qalanları ziyanla işləyir. Yəni bu gün ziyanla işləyən banklar həmin borcların 30 faizini belə öz üzərinə götürmək iqtidarında deyillər. Düşünmürəm ki, hazırda banklarla dövlət bunu hər hansısa formada bölüşdürə bilərlər".

Dövlət bunun üçün daha hansı addımlar ata bilər?

"Məsələn, bankların hər ay vergi öhdəlikləri yaradır. Dövlət müəyyən müddət bu öhdəlikləri almayaraq, onların vətəndaşların borclarına hesablanmasını tətbiq edə bilər. Əgər hər hansısa bank, ay ərzində 100 min manat vergi ödəyirsə, o 100 mini ödəmədən vətəndaşın orcunu silə bilər. Mexanizmin necə olacağından çox şey asılıdır. Ümid edirəm ki, vətəndaşların xeyrinə bir mexanizm formalaşdırılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2274   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930