Bəzi ixtisaslar birləşdirildi, bəziləri ləğv edildi: Abituriyentlər diqqətli olsun

Bəzi ixtisaslar birləşdirildi, bəziləri ləğv edildi: Abituriyentlər diqqətli olsunKamran Əsədov: "Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb, əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisas əlavə edilib".

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarına əsasən "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.

Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil TV-ə müsahibəsində ixtisaslarla bağlı baş verən dəyişiklikdən danışıb, qeyd edib ki, təhsil ixtisasları qrupunda hazırda 21 ixtisasdan yalnız rəqs müəllimliyi təsnifatdan çıxarılıb. Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan Antropologiya magistraturada pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda 21 ixtisasdan 8-i bir ad altında birləşdirilib. İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 4-ü birləşdirilib və onlara beynəlxalq təcrübəyə uyğun adlar qoyulub. Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib.Beynəlxalq ticarət və logistika adlı yeni ixtisas yaradılıb.

Təbiət ixtisasları qrupuna biotexnologiya ixtisası əlavə olunub. Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar ləğv edilib, əvəzinə 10 yeni ixtisas əlavə olunub. Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişdirilib, 2-sı çıxarılıb, 1 yeni ixtisas əlavə olunub.

Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya , Fizioterapiya və tibbi reabilitasiya , Məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb.

Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan 1 ixtisas çıxarılıb, 2-si əlavə olunub.

Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra Tibbi profilikatika – ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tibblə əvəz olunub.

Baş verən dəyişiklikləri qiymətləndirən təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, öncəki ixtisasların bir çoxu müasir texnologiya dövrünün və əmək bazarının tələblərinə cavab vermirdi: "Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Yəni hazırda ali təhsil müəssisələrində bir-birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı-ayrı ad altında fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Ümumilikdə təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni hazırda fevral ayını yaşayırıq, amma mart ayında elə güclü ixtira ola bilər ki, o, bəşəriyyəti tamamilə dəyişə bilər. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə "Kodak", "Alfa" firmaları hegemon idi, lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotoaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq".

"Qəbul qaydalarını asanlaşdırmalıyıq ki, insanlar xarici ölkələrə təhsil almaq üçün üz tutmasınlar"

Təhsil eksperti hesab edir ki, artıq bir dəfə ali təhsil almaq insana ömür boyu bəs etməyəcək, vaxtaşırı yeni biliklərin əldə edilməsinə ehtiyac olacaq: "Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə sürücüyə ehtiyac qalmayacaq. Amma bir sıra ixtisaslar tarixi, milli-mənafe baxımından əmək bazarında az ehtiyac olsa belə saxlanılmalıdır. Çünki bizim yerləşdiyimiz coğrafi mövqe bunu tələb edir. Dediyim kimi, ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər".

Bu proses əlbəttə ki, 2019-cu ildə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün müəyyən qədər çaşqınlıq yaradacaq: "Həm 2019-cu ildə qəbul imtahanlarının yeni formatda keçirilməsi, həm də yeni ixtisaslar ixtisas seçimi zamanı daha diqqətli olmasını tələb edir. Bu dəyişikliklər ali məktəblərə qəbul zamanı plan yerlərinin də sayına təsir göstərəcək. Nəzərə alsaq ki, 2018-ci ildə ali məktəblərə plan yeri 43 min olub, bu ləğvolma prosesindən sonra plan yerlərinin sayında azalma olacaq. Ümumiyyətlə, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Hesab edirəm ki, plan yerləri azalanda bu xaricdə təhsil almağa meyli artıracaq. Ali təhsil müəssisələrində plan yerlərinin sayı müvəffəqiyyətlə müsabiqədən uğurla keçmiş abituriyentlərin sayından az olsa bu zaman təkcə keçid balı toplamayan abituriyentlər yox, eyni zamanda müsabiqə şərtlərini ödəyib, amma Azərbaycanda ali təhsil müəssisəsinə daxil ola bilməyən şəxslər də xarici ölkələrdə təhsil almağa üz tutacaqlar. Biz təhsilin əlçatımlılığını təmin etməliyik. Qəbul qaydalarını asanlaşdırmalıyıq ki, insanlar xarici ölkələrə təhsil almaq üçün üz tutmasınlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1497   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 146
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 588
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 148
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

26.04.2024 143
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 246
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 257
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 164