Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı

Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdıRusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: "Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər".

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:

"Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.

Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar".

Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:

"Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm".

Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:
"Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt bəyanatlar səsləndirir.
Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 390
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507