Əsrlər sonra açıqlandı: Hürrəm Sultanın məktubları - FOTO

Əsrlər sonra açıqlandı: Hürrəm Sultanın məktubları - FOTOTürkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Sultan Süleymana məhəbbət məktubları ictimaiyyətə açıqlanıb.

Məktublarda böyük eşq və həsrət hissləri dərin ədəbi üslubla öz əksini tapıb. Hürrəm Sultanın 1526-cı ildə əri Qanuni Sultan Süleymana göndərdiyi məktublar Osmanlı dövrünün tarixi ilə maraqlananlar və tədqiqatçılar üçün əvəzsiz mənbədir. Eyni zamanda, bu namələr dövrünün ən gözəl nəsr və nəzm nümunələri hesab oluna bilər. Məktub aşağıdakı lirik sözlərlə başlayır:

"Sultanım, padşahım! Məhəbbət bağını andıran gözəl çöhrənizin çiçəkləri ilə bəzənmiş dualarımı və gözlərinizin insanı cuşa gətirən şərabı ilə dolub-daşan hisslərimi səhər vaxtı həsrət guşəsində ah çəkənlər və gecələr ayrılıq diyarında inləyənlərlə birgə səadət ulduzum olan Sultanımın hüzuruna ithaf edirəm".

Əsrlər sonra açıqlandı: Hürrəm Sultanın məktubları - FOTOUkrayna mənşəli olan Hürrəm Sultanın Osmanlı türkcəsində yazılmış təşbihlərini heyrətsiz oxumaq mümkün deyil: "Mən Allahın yaratdığı Kainatda qaib olmuş birisiyəm. Ömrümün baharını sizin mücəvhər qutusunun bir incisi kimi mühafizəniz altında yaşadım. Həsrət acısı ilə yanıb-tutuşan və çəkdiyi iztirablar üzündən pərişan olan bu çarəsiz qulunuzun dəyərsiz sızlamalarını qəbul edin. Sizin yanınızda olmaqdan duyduğum xoşbəxtlik hisslərini anlatmağa qələmlər yetməz. Bu xatirələrin sayəsində bir az da olsa təsəlli tapıram. Əsən küləklər çəkdiyim acıları sizə çatdırsa, o zaman anlarsınız ki, qulunuzun vəziyyəti fəryad edən bülbül kimidir".

Arxiv İdarəsi Hürrəm Sultanın "göz yaşları ilə islanmış libasımı sizə göndərdim" sözləri ilə başlayan məktubu, Qanuni Sultan Süleyman dövrünün ən görkəmli şəxsiyyətlərindən biri, tarixdə "Parqalı" ləqəbi ilə qalmış İbrahim paşanın xanımı Xədicə Sultana yazdığı poetik namələri də ictimaiyyətlə bölüşüb. Sədr-əzəm İbrahim paşanın Avropa ölkələrinin fəthi və Təbriz yaxınlarından göndərdiyi məktublar isə tarixçilər üçün yeni mənbə olacaq. (Azertag.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1076   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580