Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?

Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?"Yas məclislərində qadın və kişilərin ayrı-ayrılıqda dini ayinləri icra etməsi dinin tələbi deyil".

Bu barədə modern.az-a dəfn və yas adətlərindən, bu mərasimlərin dini xüsusiyyətlərindən danışarkən tanınmış ilahiyyatçı hacı Şahin Həsənli bildirib. O qeyd edib ki, xristian dünyasında yas məclislərində qadınlar və kişilər birlikdə iştirak edirlər:

"Əslində isə bu ənənə insanların, xüsusilə qadınların rahatlığı üçün belə formalaşdırılıb. Qadınların yas məclisini idarə etmə qaydaları, dini ayinləri icra etmə şəkli təbii olaraq, kişilərdən fərqlənir. Ona görə, bu ayinlərin sərbəst icra olunması üçün qadın və kişi məclislərinin ayrı-ayrı qurulması keçmişdən məqsədəuyğun hesab edilib.

Xristian dünyasında da dindən irəli gələn və dinin tələb etmədiyi, insanların rahatlığı üçün formalaşdırılan fərqli ənənələr var. Məsələn, bu gün xristian qadınlar kilsəyə daxil olanda baş örtüyündən istifadə edirlər. Bu, dinin qoyduğu qaydadır. Yas məclisləri, kişi və qadınların ibadət mərasimlərində isə ayrılıq tələb olunmur. Bu, dediyim kimi, xalqların adət-ənənələri ilə bağlıdır, şəriətin hökmləri, dinlərin tələbləri olaraq ortaya qoyulmur".

Buna baxmayaraq, hacı Şahin Həsənli diqqətə çatdırıb ki, dəfn prosesində qadınların iştirakı dində qadağan olmasa da, bəyənilməyən əməldir:

"Qadınların dəfndə iştirakı məkruh hesab olunur. Bu, dini termindir, mənası bəyənilməyən əməl deməkdir. Qadınlar daha çox emosional olur, dəfn zamanı onlar kişilərdən çox ağrı-acı yaşayırlar. Hətta bəzi hallarda qadınlar dəfn prosesinə mane ola bilirlər. Onların öz səhhətləri üçün də müsbət nəticələnməyəcək bu əməl ona görə bəyənilmir. Dinimiz bunu qadağan etmir, yəni hökm olaraq, olmaz deyilmir. Mən bir sıra İslam ölkələrində, xüsusilə, İranda görmüşəm ki, qadınlar dəfn prosesində iştirak edirlər. Əksər İslam ölkələrində isə adətən belə qəbul olunur ki, dəfn prosesində qadınlar iştirak etməsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

12:10 74
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

13:10 0
.

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Ruanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi. Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib. Səfir bildirib ki, 30 il öncə Afrikanı

27.04.2024 201
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

11:40 126
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 428
.

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir:. Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb. Dördaylı

00:32 767
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

11:50 99
.

2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb

Son beş ildə aparılan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib. Bu dövrdə əmək müqavilələrinin sayında 500 mindən çox və ya 40 faizlik artıma nail olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində "İqlim dəyişikliyini

27.04.2024 168
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 202