"Qara yazının ssenariti danışdı: "Maddi imkanlarımızı..."

"Qara yazının ssenariti danışdı: "Maddi imkanlarımızı...""Tamaşaçı keyfiyyətli və fərqli mövzuda seriallar istəyir"

Bu sözləri BiG.AZ ilə müsahibəsində tanınmış ssenarist Nicat Dadaşov deyib;:

-Artıq sosial şəbəkələrdə çoxlu sayda izlənilən bir serialın tanıtım videosu var. Bu ay efirdə olacaqsız. Serial haqqında danışarsız bir az.

-Serialın adı Qara Yazıdır. Maraqlı və bizim tamaşaçının adətən izlədiyi mövzudan bir qədər fərqli bir ideyası var. Serialın baş qərhəmanı Gülsüm adlı qadındı. 16 il həbs çəzası çəkib azadlığa çıxdıqdan sonra yeganə bir şey haqqında düşünür. Övladının onun əlindən alan insanlardan qisas almaq. Bu ana mövzu olsa da serialda bir çox aktual məsələlərə də toxunulur. Əsasəndə valideyin övlad arasında ayrı-ayrı maraqlardan və istəklərdən yaranan incə problemlər. İndi bu çox geniş yayılıb. Həmçinin qadın xəyanəti mələləsi bizi çox narahat edir deyə bu xətti də tamaşaçılara təqdim etmək fikrindəyik. Baş qəhrəmanlardan birinin polis olması da bizim üçün çox önəmlidir. Çünki biz Azərbaycan polisinin nə qədər ağır və tühlükəli bir işnən məşğul olduğunu, bəzən bu işdə həyatlarını belə itirdiyini göstərmək istəyirik. Yəni sözüm ondadır ki, tamaşaçılarımızın illər ərzində formalaşmış bir Azərbaycan serialı stereotiplərini qırmaq fikrindəyik ona görə də adət elədiyimiz "qaynana-gəlin" mövzusundan bir qədər yan keçdik. Hamımıza aydındır ki, tamaşaçı keyfiyyətli və fərqli mövzuda seriallar istəyir, biz də ildən ilə, maaddi imkanlarımız daxilində onlara bunu təqdim etmək fikri ilə işə başlayırıq.

- Düşünürsüz ki, bu mözvu tamaşaçılara maraqlı gələcək? Bəlkə yenə də "qaynana-gəlin" mövzusu müraciət etmək lazım idi.

-Bu cür seriallarımız var və hal hazırda da yayımda gedir. İncəsənət fərqlənmək deməkdir. Biz də bu şuarla yola çıxdıq. Düşünürəm ki, bu ideya tamaşaçıda maraq doğuracaq, əvvəlcə qeyd etdiyim səbələrdən dolayı. Ondan əlavə olaraq deyim ki, biz hədəf kütləmizi yaxşı tanıyırıq və onların sevəcəyi, örnək götürəcəyi bir məhsul istehsal etmişik sadəcə olaraq içinə başqa inqridietnlər də qatmışıq ki, yenə nəsil tamaşaçıları da cəlb etsin. Mən başa düşürəm ki, cavanlar televiziyay qarşı çox aqressiv münasibətdədilər, bəzən də haqlıdılar. Amma inanın ki, aqressiyadan bu günə qədər heç kim xeyir qazanmayıb. Əgər inkişaf etmək istiyiriksə biz də, tamaşaçılarımız da bir olmalıyıq.

-Bəzi səhnələrdən görünür ki, əziyyətiniz çox böyük olub. Çəkiliş prosesindən bir qədər danışın zəhmət olmasa.

-Çəkiliş həddindən artıq ağır keçir, çünki ssenari bir qədər geniş miqyazlıdı. Burada kütləvi səhnələr, polis əməliyyatları, partlayışlar, bir çox sayda məkanlar və s. yer alıb. Mən deyərdim ki, Mediamaster şirkəti olaraq bu günə kimi istehsal etdiyimiz ən bahalı və miqyazlı serial Qara Yazıdı. Tamaşalıçar treyleri izləsələr buna əmin olarlar. İnşAllah əziyyətimizin bəhrəsini görərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 492   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 393
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1615
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 288
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

05.05.2024 380
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 301
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1038
.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 909
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 1281
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

05.05.2024 288