Mikayıl Cabbarov tapşırıqlar verdi - FOTO

Mikayıl Cabbarov tapşırıqlar verdi - FOTOVergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edərək, nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb. 2018-ci ilin yeni vəzifələrin və iş prinsiplərinin icrası və tətbiqi baxımından çox əhəmiyyətli dövr olduğunu deyən nazir ötən il vergi sistemində struktur və kadr islahatlarının aparıldığını, inzibatçılıqda yeni prinsiplərin tətbiq edildiyini, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb.

BiG.AZ xəbər verir ki, sonra vergilər nazirinin müavini İlkin Vəliyev və nazirliyin departament rəhbərləri 2018-ci ildə görülmüş işlər, qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, ötən il vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114 faiz əməl edilib. Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 milyon manat və ya 21,4 faiz azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb.

Kollegiya iclasına yekun vuran M.Cabbarov 2019-cu il üçün vergi orqanlarının qarşısında duran əsas məsələlərə toxunaraq bildirib ki, vergi sistemində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi qanunvericiliyinin tətbiqi sahəsində vergi nəzarətinin və auditin keyfiyyətinin yüksəldilməsi, habelə vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlər olacaqdır.

İri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinn təkmilləşdirilməsinin vacibliyini qeyd edən M.Cabbarov vergi administrasiyasının əsas vəzifələrindən birinin hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarət olduğunu bildirib. İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə "kölgə iqtisadiyyatı"nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməli olduğu diqqətə çatdırılıb. Kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Sonda vergilər naziri Mikayıl Cabbarov 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 963
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 159
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 317
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 260
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1220
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 360
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 247
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 226
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 416