"Prezident Mirşahini tələsdirmək istəmirdi, çünki…" – Politoloq

"Prezident Mirşahini tələsdirmək istəmirdi, çünki…" – Politoloq"Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsində cəmiyyətə ünvanladığı xüsusi mesajları var idi və hiss olunurdu ki, son dəyişikliklər fonunda İlham Əliyev məhz yerli televiziya kanalı vasitəsilə cəmiyyətə hansısa fikirlər çatdırmaq istəyirdi. Əvvəla ondan başlayaq ki, prezident uzun illərdən sonra yerli kanala müsahibə vermək qərarına gəldi və hiss olunurdu ki, dövlət başçısı ondan müsahibə götürən Mirşahini tələsdirmirdi. Müsahibə düz 1 saat çəkdi. Demək, prezidentin növbəti dəfə mesajlarını təkrarlamaq və sətiraltı fikirlər səsləndirməsinə ehtiyac var idi".

BiG.AZ xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində deyib.

Politoloq daha sonar prezidentin səsləndirdiyi fikirlərə diqqət çəkib:

"Birincisi, İlham Əliyev dedi ki, 2019-cu ildə sürətlə başladığı islahatları eyni sürətlə davam etdirəcək. "2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır" deyən prezident islahat hazırlıqlarına dair belə bir cümlə işlətdi: "Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi". Bununla prezident 2019-cu ildə islahatlara spontan başlamadığına və düyməyə basmaq üçün hərtərəfli təhlillər aparıldığına işarə vurdu.

İkincisi, prezident ilk dəfə minimum əmək haqqının 50 manat artırılmasının fəlsəfəsini bu şəkildə izah etdi: "Bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik".

Prezident "gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu" dedikdə böyük ehtimalla vergilər və gömrükdə sistemin yenidən qurulması nəticəsində əldə olunan əlavə gəlirləri nəzərdə tuturdu. Mümkündür ki, gələcəkdə gəlirlər artarsa minimum əmək haqqına yenidən baxılsın. Çünki minimum əmək haqqı 50 manat artırılsa da, bir sıra qonşu ölkələr ilə müqayisədə biz hələ geri qalırıq. Bunu prezident də bilir".

Elxan Şahinoğlu qeyd edib ki, prezident Formula-1 yarışlarının Azərbaycana turizm axınına müsbət təsirindən və ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmasından danışarkən belə bir cümlə işlətdi: "Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi?". Fikrimcə, prezidentin bu sualı səsləndirməkdə məqsədi cəmiyyətin bir hissəsində Formula-1 yarışlarına olan neqativ münasibətin dəyişməsinə yönəlmiş idi. Başqa sözlə,prezidentin cəmiyyətin bir hissəsinin Formula-1 yarışlarına neqativ münasibətindən xəbəri var.

Dördüncüsü, prezident Qarabağdan danışarkən əvvəllər də dediyi "dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür" fikrini bu şəkildə genişləndirdi: "Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq". Başqa sözlə, İlham Əliyevin indi danışıqlar apardığı Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasının münaqişənin həllində addım atacağına ümidi və inamı yoxdur. Təsadüfi deyil ki, İlham Əliyev müsahibəsinin Qarabağla bağlı hissəsini bu cümlə ilə yekunlaşdırdı: "Güc amili həmişə gündəlikdə olub və olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 13 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə velosiped oğruları saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə

18:10 135
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

21:10 82
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

22:34 0
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

15:00 130
.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 151
.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

15:50 176
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

14:12 160
.

İranda 250-dən çox satanist həbs edilib

İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb

17:30 169
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 319