Gürcüstan nömrəli maşın sürənlərə bəd xəbər: DYP hərəkətə keçdi
"Son vaxtlar Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı paytaxt Bakıda çoxalıb. Sürücülər arasında sanki bir dəb halını alıb ki, bu ölkəyə məxsus olan qeydiyyat nişanlı avtomobil ilə hər hansı qayda pozduqda radar və kameralar bunu aşkar etsə də sürücülər bu vəziyyətdən asanlıqla çıxırlar."
Bunu avtosfer.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bəzən 5000-10000 manata qədər cərimə dəyərində qayda pozsalar belə maşını Gürcüstana keçirir, yeni nömrə alaraq Azərbaycana qayıdırlar.
"Bu tendensiya həqiqətən də əvvəllər baş verib. Lakin biz Avtosfer.az saytı olaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə müzakirələr aparmışıq. Belə bir nəticə ortaya çıxdı ki, hazırda bu əməllərə yol verən sürücülər heç də məsuliyyətdən kənarda qalmır. DYP əməkdaşları həmin nəqliyyat vasitələrini saxladıqda onun ban və şassi nömrələrini Mərkəzi Məlumat Sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxara bilirlər. Artıq son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Bununla belə YPX əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilir."
Elməddin Muradlı deyir ki, çox təssüflər olsun ki, Gürcüstanda yaşayan həmvətənlərimiz həmin ölkədə bütün yol hərəkəti qaydalarına əməl edirlər. "Azərbaycandan Gürcüstana gedəndə sərhəddi keçən kimi təhlükəsizlik kəməri taxır, qaydalar çərçivəsində sürürlər. Amma nədənsə Azərbaycan ərazisində özlərini "toxunulmaz" sayır və çox kobud qayda pozuntularına yol verirlər. Hətta 15, 17 min manat məbləğində cəriməsi olanlar var. Bəziləri məsuliyyətdən yayınmaq üçün Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət ediblər. Amma nəzərə almaq lazımdır ki, qaydaları pozanlar mütləq şəkildə cəzalanacaq."
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytı vasitəsilə bu cür qayda pozan sürücülərə müraciət edərək bunun heç bir faydasının olmayacağını diqqətə çatdırır və qaydalara əməl etməyə çağırır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1338 Tarix: 13 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 122 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:
16:58 134 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 158 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 305 Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs
10:59 268 Malayziyada təhlükəli timsahlar: əhali üçün risk artır
Malayziyanın Saravak əyalətinin hökuməti timsah populyasiyasının azaldılması məqsədilə xüsusi proqram hazırlamağa başlayıb. Buna səbəb son aylarda sürünənlərin insanlara qarşı hücumlarının artmasıdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr-oktyabr aylarında timsah hücumları nəticəsində dörd nəfər həyatın
10:27 155 Süni intellektli çatbot qətldə ittiham olunur
ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta
10:53 163 Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin
11:25 303 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 169