Elman Rüstəmov yüksək kredit faizlərindən danışdı

Elman Rüstəmov yüksək kredit faizlərindən danışdıAzərbaycanda kredit faizləri niyə bu qədər yüksəkdir və Mərkəzi Bankın uçot dərəcəsini azaltması belə bu bazara təsir etmir? Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də "at belindədir".

Mərkəzi Bank sədri Elman Rüstəmov oxu.az-a açıqlamasında bunun səbəblərinin dərin və müxtəlif olduğunu, eyni zamanda, yalnız Mərkəzi Bankda, pul bazarında deyil, digər sahələrdə də ciddi islahatlar tələb edildiyini vurğulayıb.

"Mərkəzin Bankın ölkə banklarında kredit portfelinin həcmi təxminən 400 milyon manatdır. Bu həcm bank aktivlərində çox kiçik bir rəqəmdir. Heç bir Mərkəzi Bank bu resurslarla bazarlara təsir göstərmir. Mərkəzi Bankın təsir gücü müəyyən etdiyi uçot dərəcəsinin bankların bir-birinə verdiyi pulun dəyərinə, onun qiymətinə təsiridir. Bunu yaratmaq üçün çox ciddi şərtlərin olması lazımdır.

Bu, təkcə Mərkəzi Bankda, pul bazarında yox, digər sahələrdə də ciddi islahatlar tələb edir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz bu təsir gücünü yarada biləcəyik. Bu isə ona gətirib çıxaracaq ki, biz bütün dünyada qəbul edilən inflyasiyanın alternativ təsir lövbərini yaradacağıq. Bu lövbər imkan verəcək ki, inflyasiyaya manatın təsirini yumşaldaq. Bu istiqamətdə çox ciddi işlər görürük".

Azərbaycanda uçot dərəcəsinin kredit və depozit bazarına hazırkı təsirinə gəlincə, ölkənin baş bankiri bildirib ki, depozit dərəcələrinə müəyyən qədər təsir göstərir və burada qismən dinamika var, amma kredit faizlərinə təsir mexanizmi çox zəifdir.

"Səbəblərdən biri də Azərbaycanda mütəşəkkil banklararası bazarın olmamasıdır. Bu isə bütövlükdə qısamüddətli pulun dəyərini müəyyənləşdirməyə imkan vermir ki, onun vasitəsilə kredit faizlərinə təsir göstərə bilək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Bu isə nəticə olaraq Mərkəzi Bankın uçot dərəcəsinin təsir imkanlarının güclənməsinə gətirib çıxaracaq".

E.Rüstəmov bildirib ki, hazırda banklarda yüksək likvidlik problemi var və bankların əksəriyyəti Mərkəzi Bankdan kredit almır, əksinə, aldığı krediti geri qaytarır.

Qeyd edək ki, hazırda bankların aktivlərində kredit portfelinin payı 30-40 faizi keçmir. Burada istehlak kreditlərinin həcminin yüksək olduğunu nəzərə alsaq, biznes kreditlərinin faizinin çox cüzi olduğunu görərik. Banklar kredit verməkdə maraqlı deyillər, çünki xüsusən biznes kreditləri üzrə ölkədə risklər yüksəkdir. Bunu bankların Mərkəzi Bankın qiymətli kağızlarını almaq və faiz qazancı əldə etmək cəhdlərinin yüksək olması da təsdiqləyir.

Elman Rüstəmovun sözlərinə görə, bankların manatla not almaq təklifi onların tələbini dəfələrlə üstələyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 213
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 451
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 212
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 263
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 204
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 234
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 221
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 169
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 195