Qida, yoxsa zəhər, genetik silah?

Qida, yoxsa zəhər, genetik silah?Mütəxəssislər deyir ki, bir neçə dəfə istifadə edilmiş yağda bişirilən bütün yeməklər sağlamlıq üçün çox təhlükəlidir

BiG.AZ kaspi.az-a istinadən yazını təqdim edir.

Fridrix Şiller adına Yen Universitetinin alimləri pis qidalanma səbəbi ilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahısını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahda ilk onluqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə keçirilmiş sorğuda Avropa regionu üzrə 51 ölkənin 1990-cı ildən 2016-cı ilədək olan məlumatları təhlil olunub. Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidalanma səbəbi ilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. Ölkədə hər il 65 min insan ürək-damar və qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklər səbəbi ilə ölür. Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.

Özbəkistan - hər 100 minə 394 ölüm halı
Türkmənistan - 376
Qırğızıstan - 350
Ukrayna - 349
Moldova - 328
Azərbaycan - 319
Belarus - 313
Tacikistan - 310
Qazaxıstan - 306
Rusiya - 291

Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxıldan az yararlanma səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər. Qərbi Avropa ölkələrində vəziyyət Asiya və Şərqi Avropa ölkələrində olduğundan daha yaxşıdır. Almaniya bu bölgədə, 2016-cı ildə 100 mindən çox insanın pis qida rasionu səbəbi ilə öldüyü yeganə ölkədir. Alimlərin gəldiyi nəticələrə görə, İspaniya, İsrail və Fransa sakinləri ən sağlam qidalananlardır. Bu ölkələrdə qeyri-sağlam qidalanma səbəbi ilə hər 100 mindən 43-46 nəfər ölüb. Alimlər iddia edirlər ki, balanslaşdırılmış pəhrizlə hər beşinci erkən ölüm halının qarşısını almaq olar. Onların məlumatına görə, 2016-cı ildə regionda 2 milyondan çox insan yüksək miqdarda duzun olması və tərəvəzlərin kifayət qədər istifadə edilməməyi səbəbi ilə ölüb. Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Afət Həsənovabildirdi ki, zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz "fast food" məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır: "Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı müzakirə mövzusudur. "Fast food" qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə, bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir. "Fast food" adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan "fast food"ların sayını artırmaq da mümkündür".

Afət Həsənovanın sözlərinə görə, "fast food"un qida dəyəri göstəricilərinin aşağı olması sağlamlığı təhdid edir: "Yuxarıda sadalanan məqamları nəzərə alaraq, vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan "fast food" məhsulları immun sistemini zəiflədir. Həmçinin, müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən, yağın tərkibi dəyişir və turşuluğu artır. Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan başqa, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzətartırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə, daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir".

Mütəxəssis içkilərdən də danışdı: "Mədənin su ehtiyacını qazlı, şirəli və ya kofeinli içkilərlə tamamlamaq tövsiyə olunmur. Qazlı və şirəli içkilərin tərkibində yüksək miqdarda şəkər olduğu üçün onun davamlı istifadəsi diş çürüməsinə, piylənmənin yaranmasına gətirib çıxarır. Xüsusilə, böyümə dövründə olan uşaqlar üçün bədənin sağlam inkişafına mane olur.

Sinir sistemində xəbərdarlıq funksiyalarına təsir göstərən kofein insanın uzun müddət oyaq qalmasına səbəb olur. Bu içkilərin intensiv istifadəsi stress hormonunun artmasına, yuxusuzluq problemlərinin yaranmasına gətirib çıxarır".

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov da "Fast food" məhsullarının orqanizm üçün zərərli olduğunu bildirdi: "Fast food" yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır. Elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, belə məhsulların satıldığı yerlərdə oturub yemək yeməyi istirahət sayırlar. Bütün məhsullar Gigiyena və Epidemiologiya Mərkəzindən sertifikat almalıdır. Elə məkanlarda satılan yeməklərin heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Onların hamısı da broyler toyuqlarının dərmanlar toplanmış hissələridir".

"Fast food"un əsas təhlükəsi bu qidaların hazırlanması üçün işlədilən yağın uzun müddət istifadə olunmasıdır" deyən tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, istənilən qidanı bir neçə dəfə istifadə edilmiş yağda bişirdikdə, sağlamlıq üçün təhlükəli olur: "Yağların müəyyən intervaldan çox qızdırılması zərərli maddələr əmələ gətirir. Yağın bir dəfədən çox istifadə edilməsi məsləhət deyil. Bu qidaların yarımfabrikat halına, tam istehlak vəziyyətinə gətirilməsi zamanı xeyli məhsullar əlavə olunur. Həmin tərkiblər də ziyanlıdır. Ona görə, "fast food"ları ehtiyac olmadıqda istifadə etmək, davamlı olaraq onlarla qidalanmaq məsləhət deyil. Təəssüf ki, gənclər bunu tam anlamır, bu gün ölkəmizin də adının o siyahıda olması həddindən artıq "fast food" qəbulunun göstəricidir. Hazırda onkoloji xəstəliklərin artmasının bir səbəbi də "fast food"lardan istifadə nəticəsində qida təhlükəsizliyi prinsiplərinin pozulması ilə bağlıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1208   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 83
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 844
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

15:48 453
.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

14:02 88
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

16:42 199
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 321
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

14:57 368
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 610
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 301