"Hədiyyəni göstərmək görməmişlik deməkdir" - Tanınmışlardan AÇIQLAMALAR

"Hədiyyəni göstərmək görməmişlik deməkdir" - Tanınmışlardan AÇIQLAMALARBizlər üçün özəl olan insanlara çox dəyər verdiyimizdən aldığımız hədiyyələrin də özəl və qalıcı olmasına xüsusi diqqət göstəririk.

Əlbəttə hədiyyənin maddi və mənəvi tərəfləri də var.
Məşhurlar göz önündə olduqları üçün zaman-zaman aldıqları hədiyyələrlə müzakirə mövzusu olurlar.

Metbuat.az bu dəfə xanım məşhurlara verilən ən dəyərli hədiyyələr ilə maraqlanıb.

Xanım aparıcı Rövşanə Bektaşı açıqlamasında bildirib ki,çoxdandır hədiyyə almıram, amma qarşıdan sevgililər günü gəlir: "Qarşıdan sevgililər günü gəlir, yəqin ki, sevən insan varsa, hədiyyə verəcək və hədiyyə gözləyirəm. Tanınan insanlara hər zaman gözləmədiyi bir yerdən hədiyyə gələ bilər. Bir hədiyyə ki, könüldən, ruhdan verilir, deməli, ən dəyərli hədiyyədir."

"Hədiyyənin dəyərli olması mənim üçün onun qiyməti deyil" deyən əməkdar artist Röya Ayxan əlavə olaraq bildirib ki, həmin an istədiyim bir şeyi mənə verəndə o, mənim üçün ən dəyərli hədiyyə olur: "Axtardığım hər hansı bir əşyanı bəzən dostlarım həmin an tapıb gətirir mənim üçün, o, mənə ən dəyərli hədiyyədir. Bir də baxırsan tort, şirniyyat keçir ürəyimdən və hansısa dostum alır göndərir"

Baxır hədiyyəni hansı dəyərlə ölçürsən: maddi yoxsa mənəvi ?

Müğənni Sevda Sanəliyeva sözlərinə əlavə olaraq deyib ki, hədiyyələrə maddiyyat tərəfindən baxmıram. "Maddiyyatla gələn hədiyyələri desəm düzgün çıxmayacaq. Mən xoşlamıram bəziləri kimi haralardasa hədiyyələr gəlsin, onları göstərim və ya mənə gələn hədiyyələrin reklamını edim. Mənim üçün ən dəyərli hədiyyə övladlarımdır."

Müğənni həm də qeyd etdi ki,hədiyyəni göstərmək görməmişlik deməkdir.

Xuraman Şuşalı açıqlamasında bildirib ki,mənim üçün ən dəyərli hədiyyə kecirdiyim xoş günlərdir:"Ad günümdə getdik Şahdağa. Övladlarımla çox gözəl vaxt keçirdik, qarda oynadıq. Bu mənim üçün ən gözəl hədiyyə oldu. Dəyərli olan hədiyyə deyil, vaxtdır.

O ki qaldı maddiyyat baxımından, bu yaxınlarda Türkiyəyə istirahətə getmişdim və orda özümə aliş-veriş hədiyyə etdim.

Bəzi insanlar gedib kreditə girib özlərinə bahalı hədiyyələr alırlar. Mən də bunu etmişəm illər əvvəl. Fikirləşdim ki, özümə hədiyyə almışam, amma gördüm yox, bu, özünü işə salmaqdır. Gecə-gündüz işləyib kredit ödəməkdənsə düşünürəm ki, ən yaxşısı ayağını yorğanına görə uzatmaqdır."

Fatimə Fətəliyeva düşünür ki, tələbələrinin ona saf ürəklə gətirdiyi hədiyyələr daha dəyərlidir: "Bu yaxınlarda brend bir mağazada qızıl dəsti bəyəndim və bir müddət sonra həmin o dəsti mənə hədiyyə etdilər. Qiyməti isə təxminən 6-7 min manat olar, amma bir də görürsən rəqs məktəbindəki balaca qızlarım məşqlər zamanı mənə evdən qoğal, konfet gətirirlər və ya ürək sözlərini məktubla yazırlar. Bax bu mənim üçün 6-7 min manatlıq dəstdən də dəyərlidir və xoşdur. Sevgi, məhəbbət, diqqət mənim fikrimcə hər şeyə dəyər.

Aparıcı Nanə Ağamalıyeva isə deyib: "Ən dəyərli hədiyyəm uşaqlıqda ailəmin mənə aldığı fortepianodur."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 889   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225