"Elimizin adəti var..." – Qız qaçırmanın hüquqi tərəfləri nələrdir? - VİDEO
Ta qədimdən qalan qız qaçırma ənənəsi günümüzdə də öz aktuallığını saxlayır. Bəs, bu adətin hüquqi tərəfləri nələrdir?
ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı süjet hazırlayıb.
Sakin: "Atasının, anasının halallığı olmalıdır. Qətiyyən qaçırtmaq olmaz".
Sakin: "Çox vaxt evdən icazə vermirlər deyə qoşulub qaçanlar var. Məcbur yox təbii ki, könüllü qaçmağı normal qəbul edirəm".
Sakin: "Hər iki tərəfin istəyi varsa normal qəbul edirəm".
Aida Nəbiyeva - Psixoloq: "Ya maddi cəhətdən yetərsizlik olur, ya da ki, ailələlər razı olmur. Kaprizlər edirlər, razılaşmırlar. Bir çox hallarda övlad doğulur, ondan sonra qəbul edirlər".
İl 2019 olsa da qız qaçırma ənənələri bu gün də var. Amma keçmişlə bir fərq var ki, könülsüz qaçırılan qız "Bu da mənim qismətimdir" deyib taleyi ilə barışmır. Əksinə, mübarizə aparır.
Əhməd Qəşəmoğlu – Sosiloq: "Qızı qaçırdan oğlan başa düşməlidir ki, indiki cəmiyyətdə belə qızla xoşbəxt olmaq mümkün deyil. Çünki, indiki qız dediyim kimi, 100 il bundan qabaqkı, 50 il bundan qabaqkı qız deyil. Və o gedəndən sonra da o ailədə gərginlik olacaq və o ailədən ailə olmayacaq".
Aida Nəbiyeva – Psixoloq: "Həm cütlüklər böyük travma alır, həm də daha sonra ailədə incikliklər varsa o ailədə doğulan övladın ciddi travmaları olur. Bu şəkildə ailənin qurulması az natamamlıq yaradır ailə srtrurktutunda. Nəyə görə? Çünki, orda böyüklərin məsləhəti olmalıdır, xeyir-duaları olmalıdır".
Qız qaçırmanın qanuni tərəflərinə gəlincə, ailə qurmaq məqsədilə olsa da, əgər bu hal qızın iradəsinə zidd olaraq baş tutarsa bu cinayət tərkibi yaradır və Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu halı kimi dəyərləndirilir.
Tahir Əlirzayev - Vəkil: "Ağır cinayət hesab olunur, özü də ən ağır cinayətlər kateqoriyasına aiddir adam oğurluğu. Digər tərəfin iradəsinə zidd həyata keçiriləcəksə, sözsüz ki, burda məsuliyyət var. Yox könülülük xarakterindədirsə, qaçırılan qız desə ki, mən özüm könüllü olaraq qoşulub qaçmışam sözsüz ki, burda artıq cinayət məsuliyyətini istisna edir".
Sosiololoqlarsa hesab edirlər ki, bu cür qurulan ailələrdəki problem təkcə məcburi evliliklə bitir. Növbəti illərdə daha böyük problemlərin ortaya çıxmasına zəmin yaranır .
Əhməd Qəşəmoğlu – Sosiloq: "Oğlunu ayrı qızla evləndirmək, qızını ayrı adama vermək hər iki gənci bədbəxt etməkdir. Cəmiyyət o qədər mürəkkəbdir ki, onların zorla qurduqları ailə də alınmayacaq və o ikisi bir-birini axtaracaqlar, çox böyük bir ehtimalla. Yenə də ailə daxilində ayrı problemlər çıxacaq ortaya".
Aida Nəbiyeva – Psixoloq: "Əgər tərəflər həddindən artıq çox qərarlıdırlarsa, heç nə ilə mane olmaq mümkün olmayacaqsa o halda məncə razılaşmaqda fayda var".
Əgər övladınızın xoşbəxtliyini istəyirsiznizsə onların seçiminə hörmət etməlisiniz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 30 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233