Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?Müasir dövrün şərtləri və iş rejiminin təsirindən yeni nəsil daha çox oturaq həyat tərzi keçirməkdədir. Hərəkətsiz yaşam tərzinin insanların kökəlməsi, artıq çəki problemi ilə nəticələndiyinə dair həkimlərin xəbərdarlıqlarına tez-tez rast gəlirik. Bu səbəbdən valideynlər uşaqlarının çox erkən yaşda idmanla məşğul olmasını istəyirlər.

Bəs, ilk olaraq hansı idmandan başlamaq lazımdır? Uşaqlara hansı idman növü ilə məşğul olmaq məsləhət görülmür? Hansı idman növləri uşaqlar üçün daha uyğundur? Uşaqlar üçün idman növü seçəndə nələrə diqqət edilməlidir?

BiG.AZ xəbər verir ki, bu sualları e-tibb.az-a cavablandıran fizioterapevt Sənan Cəfərov bildirir ki, idmanla məşğul olmaq əzələləri tonuslandırır, əzələlər daha çox elastik və möhkəm olur: "Fiziki hazırlıq almış oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. İdmanla məşğul olmaq omba, dizlər və xüsusilə onurğa səviyyəsindəki ağrıların qarşısının alınmasına imkan verir. Daimi fəal hərəkət isə ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir. Yaşa və fiziki sağlamlığa uyğun idman növünü seçmək çox vacibdir".

Uşaqların idman yaşına gəldikdə, fizioterapevt deyir ki, valideynlər övladları üçün idman növü seçərkən diqqətli olmalıdırlar: "Bizə müraciətlər zamanı idman növünü seçərkən ciddi xətalara yol verildiyinin şahidi oluruq. Valideynlər bilməlidirlər ki, 0-4 yaşına qədər istənilən uşaq üçün ən gözəl, ən məsləhət görülən idman növü üzgüçülükdür. 4 yaşdan əvvəl istənilən idman növü uşağa zərər verəcək. Üzmə sümük problemlərində təsirlidir. Əzələ və oynaq problemi olanlar, fiziki və fizioloji fəaliyyət olaraq üzmədən rahatlıqla faydalana bilər. Eyni zamanda, üzmək elastikliyi artırır. Suyun içində sümüklər və oynaqlar daha da rahatlayır. Bunun sayəsində üzənlər elastiklik qazanır və bədən üzvlərini daha geniş bucaqlarda rahatlıqla aça bilirlər. Üzmək ürək sağlamlığına da kömək edir".
Mütəxəssisin sözlərinə görə, 5-8 yaş arasında olan uşaqlar üçün stolüstü tennis tövsiyə olunur: "8-12 yaş arasında olan uşaqlar isə futbol, voleybol və basketbol kimi idman növləri ilə məşğul ola bilərlər. Döyüş növləri hesab edilən - güləş və boksla məşğul olmaq istəyənlər üçün ən ideal yaş 12-14 yaş aralığıdır. Əgər məsləhətlər nəzərə alınsa, uşaqlar həm sağlam, həm də yaşlarına uyğun inkişaf etmiş olacaqlar. Bəzən valideynlər övladlarını daha erkən, 7-8 yaşında güləş, yaxud boksla məşğul olmasını istəyir. Bu məsələdə valideyn istəyi yox, tibbi göstəriş nəzərə alınmalıdır. Valideynlər başa düşməlidirlər ki, daha erkən yaşda, vaxtından əvvəl döyüş idman növləri ilə məşğul olan uşaqlar kəllə-beyin travmaları alırlar. Oynaqlar daha yaxşı formalaşmadığı, ora daha çox yük düşdüyü üçün uşağın gələcəyində, sağlamlığında problemlər yaranır".

S. Cəfərov yaşlı insanların da idman seçimi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, yaşlı insanlar da idman seçimində diqqətli olmalıdırlar: "Çünki 65 yaşa qədər və daha yaşlı insanlarda əzələnin inkişafı əvvəlki səviyyədə olmur, bütün ağırlıq sümüklərin üzərinə düşür. Ağır atletika, yaşına və bədən strukturuna uyğun olmayan idman növləri bu yaşdakı insanlar üçün məsləhət deyil. 45 yaşdan yuxarı insanlar üçün də ən ideal idman növü üzgüçülükdür. Digər idman növləri zərərli olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1942   Tarix: 24 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3