Yol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO - FOTO

Yol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO - FOTOPolislərin fədakar davranışı və operativliyi gənc ailənı ağır faciədən qurtarıb

Yol polisi əməkdaşları daha bir nəfərin həyatını xilas ediblər. Hadisə yanvarın 20-də Abşeron rayonu, Pereşkül qəsəbəsində baş verib.

BiG.AZ Avtosfer.az-a istinadən bildirir ki, yanvarın 20-də, saat 23:30 radələrində Püreşkül qəsəbəsi sakini Nurani Bayramov yolda xidmət aparan 99 YP 791 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobinin qarşısnı kəsərək yol polisi əməkdaşlarından kömək istəyib. Bildirib ki, işdə olarkən qonşusu zəng vurub və bildirib ki, həyat yoldaşı evdə qazdan zəhərlənib, vəziyyəti ağırdır. Yol polisi əməkdaşları heç bir tərəddüd etmədən həmin şəxsi patrul maşınına mindirərək onun dediyi ünvana yollanıblar və məlum olub ki, Nurani Bayramovun həyat yoldaşı Lalə Bayramova hamamda dəm qazından zəhərlənib. Hadisənin üstünü isə elə Nurani Bayramov özü açıb. Gün ərzində bir neçə dəfə həyat yoldaşı ilə zəngləşən, mesaj vasitəsilə əlaqə saxlayan Nurani Bayramov təxminən 1 saata yaxın ərzində həyat yoldaşına dəfələrlə zəng etsə də ona cavab verilməyib. Bundan narahat olan N.Bayramov qonşusuna zəng vuraraq xahiş edib ki, onların evinə baş çəksin və həyat yoldaşı ilə maraqlansın. Qonşu qadın N.Bayramovun evinə gedəndə Lalənin huşsuz vəziyyətdə yerə yıxıldığını görüb və bu barədə onun həyat yoldaşına məlumat verəndən sonra Nurani Bayramov iş yerindən çıxaraq yol kənarında xidmətdə olan polis əməkdaşlarından kömək istəyib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, baş serjant Rəşad ƏSgərov və serjant Aslan Qarayev vətəndaş Nurani Bayramovu patrul maşını ilə yaşadığı ünvana apararkən yolda təcili yardıma da zəng edərək kömək istəyiblər. Qısa müddətdə onun yaşadığı ünvana çatdıqda isə vəziyyətin kritik həddə olduğunu görərək özləri xəstəyə ilkin tibbi yardım göstəməli olublar. Məlum olub ki, L.Bayramovanın dili qatlanıb və nəfəsi kəsilir. Yol polisi əməkdaşı Rəşad Əsgərov və Lalənin həyat yoldaşı Nurani köməkləşərək onun dilini çıxarıblar və nəfəs almasına kömək ediblər. Təcili yardımın gecikdiyini görərək dərhal xəstəni patrul maşınına əyləşdirib xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində Lalə Bayramovanın həyatını xilas etmək mümkin olub.

Avtosfer.azın əməkdaşları dünən həmin polis əməkdaşları və vətəndaş Nurani Bayramovla görüşüb. Onlar baş vermiş hadisə barədə danışıbalr. N.Bayramov göstərdikləri köməkliyə görə polis əməkdaşlarına, DİN və Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Bu hadisədən sonra polislərlə tez-tez əlaqə saxladığını və özünə dostlar qazandığını bildirb. Polis əməkdaşları isə bu xidmətdən qürur duyduğunu və daim vətəndaşların yanında olduqlarını diqqətə çatdıırblar.

Yol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO - FOTOYol polisləri qazdan boğulan xanımı belə xilas etdi - Film kimi hadisə - VİDEO - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1387   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3