AFFA Azərbaycan millisini Diniyevə tapşırır?

AFFA Azərbaycan millisini Diniyevə tapşırır?Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin "sükan"ı boş qalıb. AFFA rəhbərliyi dekabrın sonları, yanvarın əvvəllərində yeni baş məşqçinin adının açıqlanacağını bəyan etsə də, bu baş vermədi.

BiG.AZ xəbər verir ki, milli komandanı bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin final mərhələsində görmək istəyən AFFA rəhbərliyinin axtarışları nəticəsiz qalır. Daha doğrusu, danışıqları. Qurban Qurbanovu millinin baş məşqçi postundan göndərən federasiya başbilənləri, "sükan"ı əcnəbi mütəxəssisə tapşırmaq istəyir. Amma İtaliyadan tutmuş, Türkiyəyə qədər, bütün axtarışlar, danışıqlar, hələ ki, nəticəsiz qalıb.

Komanda.az-ın əldə etdiyi məlumata görə, vaxtın getdikcə daralması, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə "sükan arxasında" olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir.

Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin - xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 546   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669