"Mehman Hüseynovun ailə üzvləri onun üzərindən milyonlar qazanır" - Seymur Orucov

"Mehman Hüseynovun ailə üzvləri onun üzərindən milyonlar qazanır" - Seymur OrucovXəbər verdiyimiz kimi, yanvarın 21-də həbsdə olan blogger Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda hər bir insanın tutduğu vəzifədən, səlahiyyətindən və yaşından aslı olmayaraq hüquqi müstəvidə eyni yanaşma var:

"Təbbi ki, daxili və xarici qüvvələr Mehman Hüseynov məsələsini siyasiləşdirib, ölkənin əleyhinə istifadə etməyə çalışdılar. Onlar istəyirlər ki, müxtəlif oyunlarlarla dünya müstəvisinə jurnalistin həbs edilməsini göstərsinlər. Məhz buna görə də Mehman məsələsini də siyasiləşdirib qrand almağa çalışırlar. Guya dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda insan hüquqları pozulur. Həmin qüvvələrə sual verirəm ki, sonuncu dəfə onlar nə zaman Xocalı Soyqrımı, qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. Guya bunlar vətən, dövlət, insan hüquqçularıdır. Qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətlərinin, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab prezidentimizin gördüyü işləri görməməzlikdən gəlirlərsə, demək, onların məqsədləri başqadır. Burada əsas məqsəd əlavə qrandlar və yeni maliyyə əldə etməkdir. Azərbaycanın uğurlarını qəbul etmək istəməyən qüvvələr öz istəklərini bu qrandlar vasitəsi ilə gerçəkləşdirməyə çalışır. Amma onu bilsinlər ki, biz onlara öz oyunlarını gerçəkləşdirməyə icazə verməyəcəyik. Mən onları ədalətli, düzgün mövqe tutmağa çağırıram. Dövlətlərini sevsinlər. Əgər hakimiyyətə gəlmək istəyirlərsə, seçkilərin vaxtı var. Gəlib qutuda öz sözlərini desinlər. Xalq onları dəstəkləyirsə buyursunlar. Amma xalq onları dəstəkləmirsə hansısa qüvvələrə arxalanıb hakimiyyətə gələ bilməyəcəklər".

"Mehman Hüseynovun ailə üzvləri onun üzərindən milyonlar qazanır" - Seymur OrucovSeymur Orucov vurğulayıb ki, əgər Mehman Hüseynov onun üzərində oynanılan oyunlardan sonra yenə də həmin qüvvələrin maşası olmaq istəyirsə bu onun öz seçimidir: "Amma Mehman Hüseynov unutmasın ki, Azərbaycan respublikasının vətəndaşıdır. Cənab prezidentimiz münasibətində heç kimə fərq qoymur. O fikirləşsin ki, ailə üzvlərindən tutmuş və digərləri onun üzərindən çoxlu milyonlar qazanırlar. Arzu edərdim ki, o bunları analiz edib, düzgün qərar versin".

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan bununla bağlı olaraq Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Bundan əlavə yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3282   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281