Nura Suridən Murad Arifə ağır sözlər: "O mənə çatmır..." – Müsahibə

Nura Suridən Murad Arifə ağır sözlər: "O mənə çatmır..." – MüsahibəMüğənni Nura Suri "Dönmək olmur" klipinin təqdimat mərasimindən sonra Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Şəkilinizi kənardan çəkilməsini istəmirsiniz...

- Səhv rakursdan çəkilən şəkli xəbərin əsas şəkli edirlər, mən gördüyüm işlər yox, görüntüm müzakirə olunur. Elə olmasın deyə, mətbuat konfransı keçirdiyim zaman şəkillərimi yalnız şəxsi fotoqrafım çəkir, sonra saytlara göndərilir. Ona görə də tədbir keçirdiyim zaman deyirəm ki, fotoqrafsız gəlin.

- Yəqin ki, həmin şəkillər fotoşopsuz olacaq?

- Onu mən yox, fotoqrafım deyə bilər. Amma mənim fotoşopa elə də ehtiyacım yoxdur. Göz qabağındayam.

- Bir çoxları deyir ki, Nura niyə tez-tez klip təqdimatı edir...

- Yaxşı, mən də iş görməyim, bütün müğənnilər evlərində otursunlar? Mən hər gün jurnalistlərlə görüşən insan deyiləm. Bəlkə media əhlinin məndən soruşmaq istədiyi hansısa sual var?.. Son zamanlar start götürmüşəm, dayanmadan çalışıram. O da Azərbaycanda musiqi kanalı olandan sonra. Ona görə də hamımız bəhsə düşmüşük, klip çəkdiririk.

Mən istədim ki, jurnalistlər tədbirimə gəlsin və ünsiyyətdə olaq. Virtual həmsöhbət olmaqdan bezdim. Yəni bunu jurnalistlərlə görüşmək üçün etdim. Yoxsa tədbirin təşkil olunmasına sərf etdiyim pula yeni mahnı çıxarda bilərdim.

- Nura, hazırkı dövrdə nədən narazıdır?

- İnsanların bir-birinə laqeytliyindən, biganəliyindən, robotlaşmasından narazıyam.

- Bəs şou-biznesdə?

- Bir müddət səviyyəli müğənnilərin hamısı yatmışdı. Qış yuxusunda idilər. Bayağılar efirləri tutmuşdu. Amma yavaş-yavaş onlara deyirik ki, bir dəqiqə kənara çəkilin, biz burdayıq, hələ ki ölməmişik.

- Hesab edirsiniz ki, indi bayağılar yoxdu?

- Bayağılar var, amma indi gündəmi zəbt edə bilmirlər. İndi gündəmi səviyyəli işlərlə özümüz zəbt etmişik. Mahnılarıma qulaq asan olsa, biləcək ki, burda səviyyəli iş var. Bəzilərinin mahnılarında çırtmadan başqa heç nə yoxdu.

- "Dönmək olmur" klipinizi hündürlükdə çəkilib. Qorxu oldumu?

- Mən yüksəklikdən qorxmuram. Evim də yüksəlklikdə yerləşir. Valideynlərim, qardaşım da pilotdur. Ümumiyyətlə yüksəkliyi sevirəm. Amma öz ayaqlarımla zirzəmiyə, yerin altında girə bilmərəm. Mən metro, keçid və ümumiyyətlə yerin altında olan yerlərə girmirəm. Onsuz da öləndən sonra yerin altında olacağıq.

"Dönmək olmur" klipimdə koma vəziyyətində oluram. Əslində mən 11 il öncə zəhərlənib, koma vəziyyətinə düşmüşəm. Yəni o vəziyyətin real necə olduğunu da anlayıram. Yenidən bu həyata niyə qayıtdığımı da anlayıram. Çünki mən anayam, övladlarım var. Yəqin ki, Allah məni övladlarıma görə yenidən həyata qaytardı. Amma elə insanlar var ki, illərdir komada qalır.

- Həyatda bir insanı dəyişmək istəmisinizmi?

- Yox, mən güzgü kimi insanam. Bir insan mənə qarşı necədirsə, mən də ona eləyəm. Məni sevirsə, sevəcəm. Sevmirsə, mən də münasibətimdə onu sevmədiyimi bildirəcəm. Yəni dostluqda da belədir.

Bəzi insanları ağlı, bəzilərini isə hisləri idarə edir. Mənim bütün gücüm ağlımdadır. Məni ağlım idarə edir. Mənim bu ağlım 18-19 yaşımda olsaydı, nə qədər hadisələrin qarşısını almış olardım. İnsanları tanıya bilərdim. Əfsuslar olsun ki, əvvəllər insanları özümüz kimi tanıyırıq. Sonra illər keçdikcə başın daşdan daşa dəyir. İnsanlardan uzaqlaşıb, heyvanlara daha yaxın olursan.

- Son dövrlər "Mashup"mahnılar dəbə minib. Buna münasibətiniz?

- Mən əslində bir müddət öncə dicey Roşqa ilk "mashup" mahnılar edəndə ona dedim ki, gəl 5-7 estrada müğənnisi bir klassik mahnıda bir araya gəlsin.

Onda heç Sevinc-Sevil bacıları, nə də başqaları Roşqayla nəsə mahnı etməmişdilər. Razılaşdı, amma ondan xəbər çıxmadı. Mən də sonra onu axtarmadım. Amma yaxşı ideya idi. Roşqa gəncləri seçdi. Bu da onun öz seçimidir.

- Bəstəkar-müğənni Murad Arif deyir, mən istəmirəm ki, mahnılarıma "Mashup" qoşsunlar...

- Mən baxıram, Murad Arif son vaxtlar özünü fərqli tərəfdən göstərmək istəyir. Özünü elə aparır ki... Bir deyir ki, ay mənim dostum yoxdur, nə bilim vay mən dost olduğum adamın halına. İnsan öz-özü haqqında niyə bu sözləri desin ki?

Şəxsən mən öz adıma deyirəm xoşbəxtəm ki, bu günə gəlib çıxmışam və özümə dost qazana bilmişəm. Mənim bir çox işlərim dostlarımın hesabına ərsəyə gəlir. İnsanın pis və yaxşı günündə də ətrafında yaxşı dostları olmalıdı. Necə yanı dostum yoxdu? Bilmirəm Murada nə olub. Son vaxtlar kobud, fərqli danışır.

Ona demək istəyirəm ki, biz Azərbaycanda yaşayırıq. Biz azərbaycanlıyıq. Kiməsə baxıb, onlar kimi hərəkət edə bilmərik. Bizim ürəyimiz, qanımızda axan mərhəmət hissi başqadır. Biz avropalılar kimi ola bilmərik. Heç olmaq da istəmirik. Yəni son zamanlar onun dediyi frazalara baxıram, mənə çatmır. O elə insan deyil. Özünü niyə elə göstərir?

- Hesab etmirsiniz ki, sizin bu sözlərinizdən sonra növbəti qalmaqalın təməli qoyulur?

- Yox, burda nə qalmaqal var ki? Kimisə söymədik, döymədik. Ümumi sual verilir, cavab alınır.

- "Brilliantlar" mahnınızı xalq artisti Brilliant Dadaşova da ifa etdi. Münasibətiniz necə oldu?

- Mənim mahnılarımı səviyyəli, musiqini bilən, sənəti, şəxsiyyəti olan insanın ifa etməsi xoşdur. Amma it dəftərində adı olmayanların kənardan bizə dəyər verməsi yersizdir. Bunu anlasınlar.

Brilliant xanımın sənəti, özü, şəxsiyyəti, yaş baxımından da məndən üstündür. Bu adam mənə dəyər verirsə, mahnımı ifa edirsə, bundan gözəl nə ola bilər ki?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1555   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043