Amacinin aqibətini açıqlayırıq

Amacinin aqibətini açıqlayırıq Sevənləri oxumasın...

Sovet illərindən bu günə kimi azərbaycanlı tamaşaçı üçün hələ də öz musiqisi, adət-ənənələri, geyimləri, rəqsləri və filmləri ilə maraqlı olan bir ölkə var. Məsum sevgi nağıllarının beşiyi olan və bu nağılları filmlərində izlədiyimiz Hindistan.

Bir-birini sevən iki gəncin qovuşmasının yolunda yaradılan maneələr və gənclərin bu maneələrə qarşı qəhrəmancasına mübarizə aparması illərlə Bollivud filmlərinin aparıcı süjet xətti olub. Bu filmlərin qəhrəmanları sovet vətəndaşlarının dilinə dastan olub.

Ancaq sentyabr ayından Space telekanalında yayımlanmağa başlayan "Bu zalım dünyada doğulma" (Na Aana Is Desh Laado) adlı Hind serialının qəhrəmanı əvvəlki qəhrəmanlardan seçildi. Yayımlandığı ilk gündən serial deyilənlərə görə izləmə rekordu qırdı.

Azərbaycanın əksər rayon və şəhərlərinin əhalisinin son aylar müzakirə mövzusu el arasında serialın qəhrəmanının adı ilə tanınan Amaci oldu.

Bunu nəzərə alıb Azərbaycan tamaşaçısını öz problemlərindən ayırıb diqqətini tamamilə öz üzərinə çəkən bu serial haqqında araşdırma apardım. Gəlin "Amaci" ilə tanış olaq.

Dram janrında çəkilən serialda hadisələr Hindistanın Virpur adlı kəndində cərəyan edir. Bu kəndin başçısı Amaci adlı qadındır. O, kəndi öz yazdığı qanunlar əsasında idarə edir. Bu qanunlar kənd camaatının hüquqlarını pozsa da heç kim cəhd edib etiraz səsini qaldırmır. Amacinin ən dəhşətli qanunu isə qız uşaqlarının doğulmasının günah hesab edərək onları yaşamaq hüququndan məhrum etməsidir. O, çox varlıdir, xarici model maşınlarda gəzir, mobil telefondan istifadə edir, gözəl və rahat evdə qulluqçuların xidməti ilə yaşayır. Amma onun həyata baxışı müasir deyil, o, keçmiş zamanda olduğu kimi insanları qul kimi idarə etməyə üstünlük verir. İdarəçiliyə boyun əydirmək üçün də ilk növbədə insanların təhsil hüququnu əlindən alan Amaci özü inandırıcı sözləri ilə onların xoş həyatını arzuladığını deyir. O, inandırmağı bacarır.

Amaci özü qadın olsa da qadınların xoş gün yaşamasına mane olur. Bu kəndin qadınlarının hüquqları tapdanır, onlar qadın başçının sayəsində qul kimi həyat yaşayır.

Serial Hindistanda 2009-cu ildən bəri yayımlanır. Kamal Pandey, Satiş Kumar Nair, Amit Verma və Raquvir Şövkətin birgə ssenarisi əsasında rejissorlar Anşuman Kişur Sinqh, Dineş Mahadev, Arun Bali, Debaşiş Dar, Raciv Bhonot, Sancay Qoş və İndar Dasın çəkdikləri teleserialın artıq 776-cı bölümü hazırdır. Ancaq serialın çəkilişləri hələ də davam edir. Çəkilişlərin davam etməsinə baxmayaraq serial artıq Hindistanla yanaşı Türkiyə, Rusiya, Pakistan telekanallarında yayımlanır.

Amaci öləcək

"Bu zalım dünyada doğulma" serialının aktyor heyəti də serial yayımlanandan sonra daha çox diqqət mərkəzində olduqlarını qeyd edib. Amaci rolunun ifaçısı Hindistanlı məşhur aktrisa Meqhna Malik bildirib ki, o artıq serialdan çıxmaq istəyir. Buna görə də serialın gələcəkdə çəkiləcək bölümündə Amacinin öləcəyini istisna etməyib. Belə ki, Amacisevərlər onun ölümünə hazır olsunlar. Meqhna Malik qız uşaqlarını öldürən, insanlara əzab verən qadın rolunu ifa etməyin onun üçün çətin olduğunu amma rolunu inandırıcı ifa etmək üçün əlindən gələni etdiyini, Amaci kimi nifrət qazansa da, Meqhna Malik kimi tamaşaçı sevgisi qazandığını deyib. Aktrisa onu da bildirib ki, ümumiyyətlə, serialın sonunun necə bitəcəyi hələ heç kimə məlum deyil. Çünki hələ ssenaristlər iş başındadır.

Qeyd edək ki, Meqhna Malik Azərbaycana səfər üçün dəvət alıb. O, Azərbaycan haqqında Rusiyada yaşayan Sara adlı azərbaycanlı rəfiqəsindən ancaq gözəl sözlər eşitdiyini və yaxın zamanlarda ölkəmizə səfər etmək haqqında düşündüyünü bildirib. (veteninfo.az)

"Na Aana Is Des Laado" ("Bu zalım dünyada doğulma") serialında Virpur kəndində ağalıq edən Amaci ilə yanaşı ona qarşı çıxan, qadınların hüquqlarını müdafiə edən Sianı da unutmaq olmaz. Bu rolu aktrisa Nataşa Şarma ifa edir. Filmin baş qəhrəmanlarından olan Nataşa Şarma "Asian Times"a verdiyi müsahibəsində bildirib ki, rolunu ifa elədiyi qəhrəman sərt axına qarşı gedən qızdır. Sia şəhərdə təhsil alıb. O, haqsızlıqlara dözməyib Amaci ilə mübarizə aparır. Amaci Siaya qarşı mübarizə üçün oğlu Raqhava müraciət edir. Londondan vətənə, anasına kömək üçün qayıdan Raqhav heç kimin gözləmədiyi halda Siaya vurulur və onunla evlənir: "Həyat bəzən elə ağır olur ki, üzləşdiyi çətinliklər qarşısında insan aciz qalır və "Bu zalım dünyada doğulma" deyir. Lakin dünya zalım deyil, insanlar zalımdır".

Serilada artıq rolunu başa çatdıran aktrisa Şarma onu da deyib ki : "Raqhav və Sia ölsə də onların əkiz qızları böyüyəcək, 18 ildən sonra öz valideynlərinin yolunu davam etdirərək Amaciyə qarşı mübarizə aparacaqlar. Həmişə olduğu kimi, Xeyir Şərə qalib gələcək və Amaci uduzacaq".

Mumbayın şərqində yerləşən Qoreqaon qəsəbəsində çəkilən teleserialın istehsalçısı olan "Shakuntalam Telefilms" kinostudiyasının prodüseri Şyamaşiş Battaçarya da son seriyanın nə zaman çəkiləcəyini hələ bilmədiklərini deyib. "Teleserialın bu qədər populyarlıq qazanacağını gözləmirdik. Ona görə də öz üzərimizdə ciddi məsuliyyət hiss edirik. Artıq bir neçə ölkədə serial yayımlanır və bir neçə ölkə də serialı yayımlamaq üçün bizə müraciət edib. Bu bizi sevindirir".

Dram janrında çəkilən "Bu zalım dünyada doğulma" serialında aktyorlar obrazlarını xüsusi jestlər, mimikalar, döyüş səhnələri ilə daha da maraqlı edirlər. Rollarını daha da gözəl ifa etmələri üçün gənc aktyorlara hind aktyor məktəbinin müəllimləri xüsusi olaraq dərslər keçir. Bu serialda musiqi, rəqs və geyim tamaşaçı üçün ikinci planda qalır. Tamaşaçı üçün obrazların yaşadıqları hadisələr: nifrət, qəzəb, qorxu, cəsarət, sevgi, kədər, təəccüb hissləri daha çox əhəmiyyət daşıyır.

İndi Bakının bir çox kafe və yeməkxanalarında Amacinin əlində kabab şişləri və armudu stəkanda çay olan şəkillərinə rast gələ bilərsiniz. Bazarlarda satıcılar sizə Amacinin, Sianın yaylıqlarından almağı təklif etsələr, təəccüblənməyin. Filmdə yaşananların bəziləri cəmiyyətimizə yad olsa da əksər izləyicilər baş verənlərlə öz ölkəmizdə də rastlaşdığını dilə gətirir və Sianın dərdini öz dərdi bilir. Elə bunun üçün də hadisələr obrazlarla tamaşaçılarını doğmalaşdırır.

Azərbaycan kanallarında may ayıının 1-dən xarici serialların yayımı dayandırıldı. "Space" telekanalı tamaşaçılarını qəhrəmanlarının başına gələcəklərdən xəbərsiz qalmamaları üçün xüsusi bir veriliş hazırlayaraq bir-birinə zidd olan obrazlardan hansının haqlı olmasını müzakirə etməklə yanaşı, növbəti seriyalarda baş verəcək hadisələr haqqında da qısa məlumatlar verirdi. Bu günlərdə isə proqramın yayımının dayandırılacağı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 20264   Tarix: 09 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3