Yeni qurumlar yaradılacaq - Cəzalar ağırdır

Yeni qurumlar yaradılacaq - Cəzalar ağırdırPrezidentin 16 yanvar 2019-cu il tarixli Fərmanı ilə İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik əsasında məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert Samir Əliyev Prezident İlham Əliyevin Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklərlə bağlı Milli Məclisdə qəbul edilmiş qanunların tətbiqi barədə sərəncamlarını şərh edərkən bildirib.
İqtisadçının sözlərinə görə, dəyişikliyə əsasən, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidirlər: "Əks halda vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun "kupçası" olmalıdır.

Ekspert qeyd edib ki, İnzbati Xətalar Məcəlləsinə dəyişiklik, həmçinin bələdiyyələrin də məsuliyyətini artırır: "Bələdiyyələr məcəllənin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Mənzil Məcəlləsinin 141.4-cü maddəsinə görə, çoxmənzilli bina sakinləri altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçməzsə, bu halda bələdiyyə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilməzsə, bələdiyyə idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bütün bu addımlar atılmazsa, bələdiyyələrin vəzifəli şəxsləri 300 manatdan 500 manatadək cərimə ödəməli olacaqlar".

S.Əliyev məsələ ilə bağlı görülə bilən digər cəza tədbirlərini də açıqlayıb: "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə, vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2000 manatadək cərimə edilir.

Əgər bina sakini ona məxsus olan sahənin saxlanması xərclərini, habelə binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin 100%-dən 150%-nədək cərimə edilir.

Əgər kimsə çoxmənzilli binanın sahə mülkiyyətçilərinə binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədərsə, vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1206   Tarix: 17 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459