"Ölüm işi": Əlimi ayağıma aparanda qan gördüm

"Ölüm işi": Əlimi ayağıma aparanda qan gördümBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Əliyev elan olunan ittihamla özünü təqsirli bilib.

Sonra zərərçəkmiş qismində Kənan Səlimov ifadə verib. O bildirib ki, hadisədən üç gün əvvəl "Araz" marketdən ayrılıb:

"Axşam əşyalarımı götürməyə getmişdim. Əvvəl marketdən kənarda Surxayla görüşdüm. Sonra marketin qabağında duran zaman Vüqar əsəbi halda bizə yaxınlaşdı, əlindəki binti mənə uzadıb, Surxayla marketin arxasına keçdi. Sonra onlar dalaşdılar, Vüqar altında olan Surxayı yumruqla vurmağa başladı. Tez gəlib, hər ikisini ayırdım.

Ayağa qalxanda Vüqar yerişini itirdi, mən də halsızlaşdım. Əlimi ayağıma aparanda qan gördüm. Sonra bildim ki, Surxay Vüqarı da, məni də bıçaqla vurub. Marketin qabığına gəlib, mühafizəçini çağırdı. Mühafizəçi də təcili tibbi yardım maşını çağırdı. Həkimlər gələndə Vüqarın öldüyünü dedilər, məni də xəstəxanaya apardılar".

Zərərçəkmişin hüquqi varisi, Vüqar Hüseynzadənin atası digər zərərçəkmişə suallar verən zaman söyləyib ki, K.Səlimov "Araz" marketdən doqquz ay əvvəl ayrılıb.

K.Səlimov isə hadisədən 2-3 ay əvvəl marketə işə düzəldiyini, ora gələndə V.Hüseynzadə S.Əliyevi tanıdığını, hər iki şəxsin arasında yeməkxanada da mübahisə düşdüyünü vurğulayıb:

"Düzdür, onlar yeməkxanada mübahisə edən zaman orada olmamışam. Durduğu yerdə heç kəs heç kəsi bıçaqlamır. Yəqin ki, aralarında nəsə olub, ona görə də belə hadisə baş verib. Amma nə olduğunu bilmirəm. Surxay məni bilərəkdən vurmayıb. Onun da əlində bıçaq olduğunu əvvəl görməmişdim".

Sualları cavablandıran K.Səlimov bildirib ki, özü "Araz" marketdə mühafizəçi, S.Əliyev balıq satan, mərhum V.Hüseyzadə isə kassir vəzifəsində çalışıb.

Proses yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz" Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə, V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474