Meyvə tumlarını uşaqların ağzına özümüz üfürürük - "Çöpçü" ilə müsahibə - VİDEO

Meyvə tumlarını uşaqların ağzına özümüz üfürürük - "Çöpçü" ilə müsahibə - VİDEO"Uşaqlarımı çöpçüyə aparmışam. Faydasını da görmüşəm. Həkimə gedirəm, 50 manatlıq dərman yazır, 20-30 manat da əməkhaqqı istəyir. Uşağın vəziyyəti isə ya düzələ, ya da düzəlməyə. Amma çöpçüyə 10 manat verirəm, yarım saata uşaq özünə gəlir".

"Hansı dövrdə yaşayırıq? Mən bu cür şeylərə inanmıram. Uşaqlarımı aparmamışam, aparanları da heç cür anlaya bilmirəm. Bu, sadəcə, cahillikdir. Valideynlər uşaqlara qarşı diqqətli olanda, nə yeyib-içdiyinə baxanda, qoruyanda, "çöp" də düşməz, problem də olmaz".

"Haqqın yolunu tapıblar. Bir uşağa ən azı 20 manata baxırlar. Çox demirəm, elə ay ərzində beş uşaq iki dəfə gəlsə, daha nə lazımdır ki, tapıblar haqq yolunu, qazanırlar pullarını".

"Uşaq kibrit çöpü ilə oynayanda onu qırıb udmuşdu. Boğazında qaldığı üçün üç gün yemək yeyə, yata bilmirdi. Həkimə apardım, müayinə edib dedi ki, çöpü qalıb, amma gərək əməliyyatla götürək. "Çöpçü"yə güvənirsinizsə, aparın, o çıxarsın".

Bu sözlər cəmiyyətdə insanların "çöpçü" adlandırdığımız "peşə" sahibləri, onların gördükləri və ya gördüklərini iddia etdikləri işə olan münasibətidir. Görünən odur ki, insanların böyük bir hissəsi buna inanmadığını deyir. Buna baxmayaraq, "çöpçü"yə inanan insanların da sayı az deyil.

Bəs görəsən, özünü "çöpçü" adlandıran insanlar həkimlərin cərrahi üsulla gördükləri işi bir dəfə "üfürməklə" həll edə bilir? Necə olur ki, uşağın nə yediyindən xəbərdar olurlar?

Paytaxtdan fərqli olaraq, Gəncə şəhərində "çöpçülər" məhəlləsi adlanan ərazi var. Orada bir neçə "çöpçü" var ki, adları ilə tanınır. Hazırda o məhəllənin adı Nizami küçəsi olaraq dəyişdirilib. Vaxtilə Gəncə əhalisi, eləcə də, başqa bölgələrdən Pakizə, Nailə, Kifayət, Sevda adı ilə tanınan məşhur "çöpçü"lərin yanına çoxsaylı insanlar gəlirdi.

"Lalın dilini anası bilər" deyib məsələnin hər kəs üçün qaranlıq qalan tərəflərini elə tanınmış "çöpçü"lərdən biri ilə aydınlaşdırmağa çalışdıq. O dedi ki, rayon yerlərində həkimlərin az olması, insanların dünyagörüşünün nisbətən fərqli olması bizə bu işi inkişaf etdirməyə imkan yaradıb.

Oxu.Az vaxtilə "çöpçü" kimi xidmət göstərən K.T (ad şərtidir) ilə müsahibəni təqdim edir:

- Neçə il bu peşə ilə məşğul olmusunuz?

- 40 ildən çox.

- İnsanları özünüzə necə inandırırdınız?

- Bu işdə birinci psixoloji faktor kömək edir. İnsanlar köhnə adətlərə və qohum-əqrabanın, qonum-qonşunun məsləhətinə daha tez inanır. "Mənim uşağımda çöp vardı, bu xanım sağaltdı" desələr, siz də həmin an inanıb gələrsiniz.

- Həkimlərin cərrahi üsullarla, xüsusi cihazlarla təsbit etdiyi qalıqları siz bir an içərisində necə müəyyən edə bilirsiniz?

- Uşaqların üzünə baxanda bilmək olur ki, onda çöp var. Valideyn uşağını bizim yanımıza gətirəndə qızdırması olur, özünü halsız hiss edir. Yaşından asılı olaraq, dayanmadan ağlayanlar da olur. Ən çox azyaşlı uşaqlarda çöp qalır. Çöp deyəndə isə qida qalığı, oyuncaq qırığı, kibrit çöpü, düymə, meyvə çəyirdəyini nəzərdə tuturam. Əslində, burada qeyri-adi bir şey yoxdur. Amma bu işin fırıldaq tərəfi də az deyil.

Səmimi danışsaq, bu bir biznesə çevrilib. Uşaqlar qızdırmalı gəlir, günlərlə yemək yemir, gözlərini qırpanda, burnu tez-tez qaşınanda deyirlər ki, çöp qalıb.

- Bəs dediyiniz fırıldaq nədir?

- "Çöpçü"lər mövsümə uyğun işləyir. Məsələn, yayda gilas, alça, qışda günəbaxan tumunun qabığı, adi bir kağız çıxarırıq. İnsanlar uşaqları gətirir. Biz onlara baxırıq. Boğazına əlimizlə baxırmış kimi edirik. Sonra valideynlə danışa-danışa, uşağı oynada-oynada söz alırıq. Daha sonra bir anda uşağın ağzına üfürüb həmin o çöpü çıxarırıq.

- Başa düşmədim. Bunun fırıldaq dediyiniz hissəsi hansıdır?

- Qəbul edirəm ki, reflektiv boğulma yaratmaqla ani olaraq qırtlaq-udlaq nahiyyəsində qalan yad cismi çıxarmaq olur. Tibdə çöpün adı boğazın armudvari cibinə düşmüş yad cisimdir. Lakin fərq budur ki, o cismi oradan lor cərrahlar çıxarır, "çöpçü"lər yox. Valideynlər uşaqla göstərilən yerə keçib, hazırlaşana qədər biz də əllərimizi yuyub, "hazırlaşırıq". Bax, həmin an mövsümə uyğun olaraq dilimizin altına vəziyyətə uyğun olaraq meyvə çəyirdəyi, düymə, kağız, salfet və s. qoyuruq.

Daha sonra uşağa yaxınlaşırıq. Uşaqlar tanımadıqları insanlardan qorxur, ağlayır. Ya da uşaq yaşda böyükdürsə, imkan vermir boğazına baxmağa. Bu an valideynin başı qarışır uşağa. Nəhayət, uşaq ağzını açır və biz onun ağzına üfürürük.

Üfürən zaman, əslində, boğazda qalan yox, dilimizin altında olan "çöp" düşür. Hava uşağın boğazın qıcıqlandırdığı üçün qusmaq istəyir. Sonra barmağımızı basırıq ki, rahat qussun və boğazını müvafiq yuvalarında qalan başqa nələrsə varsa, düşsün.

- Valideyn sizin bu etdiklərinizi görmür?

- Belə deyim sizə, illüziyaçının manevrlərini görə bilən neçə nəfər var? İnsanların ani diqqətsizliyi nəticəsində illüziyaçılar necə cəld hərəkət edirsə, biz də elə.

- Vaxtilə özünüz də bu işi görmüsünüz. Əgər faydası yoxdursa, insanlar nə üçün sizin yanınıza gəlirdi?

- Bayaq dediyim kimi, psixoloji. İnsanlar bir-birinin tövsiyəsinə həkimlərdən çox inanır. Vaxtilə mən öz uşaqlarımı da aparırdım. Sonra qaynanam bunu mənə peşə kimi öyrədəndə bildim ki, məsələnin əsli necə olur.

- Axı uşaqların qızdırması düşür. Valideynlər uşaqların rahatlaşdığını deyir. Bunu necə izah edirsiniz?

- Yəqin ki, siz də bilirsiniz ki, vaxtilə nənələrimiz uşaqlar xəstələnəndə, boğazları ağrıyanda yodla, spirtlə boğazı silirdilər. Binti barmağa dolayıb, yodlu suya batırıb boğazı yüngülcə siləndə qızartı, irinli proses varsa, partlayırdı. Beləcə, qızdırma düşürdü. Eyni şeydir. Boğazı basanda əgər orada irinli proses varsa, partlayır, qusanda da sürtüb boğazı təmizləyir və qızdırma düşür. Daha sonra qaynanmış su ilə uşağın boğazın yuyandan sonra heç nə qalmır.

- Boğazda çöp yerini bağlamaq olurmu?

- Xeyr, belə bir anlayış yoxdur. Bəzən deyirlər ki, apardıq çöpçüyə, "Quran"dan hansısa ayəni oxudu, uşağın boğazında çöp yeri bağlandı. Belə bir şey yoxdur.

- Oxucuların ağlında "bəlkə" ilə başlayan suallar qalmasın deyə soruşmaq istəyirəm. Elə insanlar var ki, bu "çöp yeri bağlama" prosesindən sonra uşaqlarında çöp qalmadığını deyirlər. Bunu nə ilə izah edirsiniz?

- Baxın, hər yaşda insanların boğazında çöp qala bilər. Xüsusilə uşaqlar olsa da, 70 yaşlı insanın boğazında da çöp qalır. Amma onlar müraciət etmir. Ona görə ki, uşaqların boğazındakı boşluqlar bir az dərin olur. Ümumiyyətlə, həmin nahiyələrdə qida qalıqlarının qalmasının əsas səbəbini elm də sübut edə bilməyib. Özüm də bu barədə maraqlanmışam, lakin səbəbini öyrənə bilməmişəm. Uşaqlarda müəyyən yaşdan sonra artıq nisbətən normal qidalanmağa başladıqca həmin dəliklər genişlənir və dərinliyi itir. Bu səbəbdən də daha çöp problemi yaşamırlar.

- Onda belə çıxır ki, çöp qalması doğrudur?

- Boğazda qida qırıntısının qalması mümkündür. Amma bunu qusmaqla belə çıxarmaq olar. Ona görə 20-30 manatdan keçməyə ehtiyac yoxdur.

- Heç olub ki, uşağın boğazından çıxardığınızla valideynlər razılaşmasın?

- Bəli, olub. Bir dəfə alça çəyirdəyi çıxardığımı dedim. Ana razılaşdı, amma ata razılaşmadı. İsrarla dedi ki, bizim evdə son vaxtlar alça olmayıb ki, uşaq bunu yesin. Amma belə anda dil-ağız etməklə işin içərisindən çıxmaq olur.

- Ümumiyyətlə, bayaq dediniz dilimin altına mövsümə uyğun meyvə çəyirdəyi qoyuram. Həmin an onu necə tapırsınız?

- (gülür) Bir gün bunları deyəcəyim ağlıma gəlməzdi. Qayınanamdan öyrənmişdim. Evimizdə həmişə su ilə dolu ağzı bağlı bankalar olurdu. O, həmin meyvə çəyirdəklərini suyun içərisində saxlayırdı. Elə ondan qalmışdı. Mövsümü gəldikcə, həmin qaba çəyirdəklər yığırdı. Başqa bir bankada qarışıq kiçik düymələr, meyvə çöpləri saxlayırdı. Ayrıca qaynanmış ət saxlayırdıq. Həmin an vəziyyətə uyğun olaraq onlardan götürürdük.

- Başqa nə xidmətlər göstərmisiniz?

- Kürək basması dediyimiz ağrı götürmə üsulu var. Qabırğaların arasını basırdım, kürəyində ağrısı olan adam sakitləşirdi. İnsan bədənində xüsusi nöqtələr var. Onu bilmək çətin deyil. Burada heç bir yalan-dolan yoxdur. Savadsız olsaq da, bu məlumatların qeyd olunduğu xüsusi kitab var. Onu almışdım. Bədəndə ağrıkəsici, sakitləşdirici nöqtələrin yerini öyrənmişdim. Bu, artıq yalan deyil, elmi izahı olan bir məsələdir.

Qeyd edək ki, sözügedən "çöpçü" sənəti yalnız Azərbaycanda tanınır. Başqa ölkələrdə bu peşə və onun istiqaməti barədə məlumatlı olan şəxslər yoxdur. Ümumi götürəndə isə adama elə gəlir ki, "çöp"lər düşmək üçün yalnız azərbaycanlı körpələrin boğazlarını seçir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2237   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3