Gəncə qalasını tələb edən rus generala rədd cavabı verən Cavad xanın şərəfli həyat yolu

Gəncə qalasını tələb edən rus generala rədd cavabı verən Cavad xanın şərəfli həyat yolu3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi kimi tarixə düşüb.

Çar Rusiyasının generalı, knyaz P.D.Sisianovun növbəti işğal hədəfi Gəncə seçildi. O, 1803-cü ilin aprelində I Aleksandra göndərdiyi məktubunda bildirir... "Samux bəylərini itaətə gətirdikdən sonra Kür çayını keçməkdən ötrü keçid düzəldəcək, özüm ən əvvəl Gəncəni fəth etmək üçün gedəcəyəm." ... sözlərini yazaraq general Sisianov qeyd edir. Gəncənin işğalı üçün rus qoşunu ciddi hazırlıq görürdü. Sisianov 2 yeni alayı gözləyir. 1803-cü il. Noyabr ayının 20-də Tiflisin yaxınlığındakı Soğanlıq kəndində 6 batalyon və 12 topdan ibarət rus qoşunu toplanmışdı. Yürüş noyabrın 22-nə nəzərdə tutuldu. Lakin noyabrın 29-da rus qoşunları Şəmkirə daxil oldular. Sisianov Cavad xana hədə-qorxu ilə dolu məktub göndərib qalanı təslim etməyi ondan tələb edirdi. Sisianov məktublarında yazır..."Gəncə ərazisinə daxil olaraq sizə gəlişimin səbəbini elan edirəm. 1) Gəncə, ətrafı ilə birlikdə Gürcüstana məxsus olmuş və gürcü çarlarının zəifliyi ucbatından ondan qoparıldı. Gürcüstanı öz himayəsinə qəbul edən Rusiya imperiyası Gəncənin yad əllərdə qalmasına laqeyd qala bilməz. 2) Unudursuz ki, altı il əvvəl siz Rusiyanın tabeliyindəydiniz. 3) Adamlarınızın qarət etdikləri, Tiflis tacirləri hələ də razısalınmayıblar. Bu səbəblərə görə mən qoşunla şəhəri almağa gəldim. Qan axıtmazdan əvvəl, sizə şəhəri təslim etməyi təklif edirəm."...qeyd edir.

Gəncə xanı Cavad xan da öz növbəsində məktublara cavab olaraq Gəncənin Gürcüstana məxsus olmasını nəinki inkar edir, hətta bildirir ki, Gürcüstanın özü hələ vaxtilə Gəncə bəyləri tərəfindən idarə olunub.

-"Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamaranın dövründə Gəncə Gürcüstandan asılı olub. Bu nağıla heç kim inanmaz. Ancaq əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə ediblər... Bir də yazırsan ki, 6 il əvvəl mən Gəncə qalasını rus padşahına verdim. Bu doğrudur. Onda sizin padşah mənə fərman göndərdi və mən onun təklifini qəbul etdim. Əgər indi belə fərman varsa mənə göstər... götür-qoy edim. Bir də yazırsan ki, guya mən əvvəllər Gürcüstanın tabeliyində idim. Sənin padşahının fərmanı indi də əlimdədir. Bax gör, orada mən Gəncə bəylərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur ki, sözlərin tam yalandır..."

Məktubun sonunda Cavad xan bu sözlərini qeyd etdi... "Mənimlə müharibə etmək fikrinə düşmüsənsə, mən hazır, uğur isə Allahın əlindədir."

1804-cü il. Yanvar 3-ü Sisianov çağırdığı hərbi şuranın qərarı ilə Gəncə üzərinə hücuma keçdi.

Tarixçi Mirzə Adıgözəl bəy yazır... "Rus orduları Gəncə torpağına girib, ətrafı tutdular. Cavad xan adamlarını və qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində Quru qobu adlanan yerdə iki ordu üz-üzə gəldi və hərbi atəş alovlandı."

Qanlı döyüşlərdən sonra qala rus qoşunları tərəfindən tutuldu. Böyük rəşadətlə qeyri-bərabər döyüşən Cavad xan və onun oğlu Hüseynqulu ağa qəhrəmancasına həlak oldular. Cavad xandan nümunə götürən qala müdafiəçiləri axıra qədər vuruşdular. Döyüş meydanını tərk etmədilər.

Gəncənin işğal edilməsində iştirak etmiş general Koryaginin gündəliyində qeyd edib: "... Əgər P.Dimitriyeviçin yanında yavəri olmasaydı o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdir... Bu hadisədən sonra Sisianov dərhal çölə çıxmış, lakin rəngi qaçmışdır. Mən tatar (azərbaycanlı) xanın arvadının əynində çərkəzi paltar, belində xəncər və əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhimli əri o qılıncla mənə zərbələr endirmişdir, xan qılıncı atraksionlar kimi oynadırdı, daha doğrusu elə bil rəqs edirdi. Mən onun "oyununa" dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım. Özüm "oyundan" çıxdım...

... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan ayağa qara paltar içində idi. Bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan otağa getdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu pul kisəsi idi. Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz onun gözlərinin içinə baxıb tatarca nəsə dedi. Birdən dəhşət baş verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl onluqlar P. Dimitriyeviçin alnına, gözünə, burnuna və ağzına dəyib ayaqlarının altına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl pullara acgözlüklə baxanda xanım mənalı tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan Qafqazlı adətinə bələd olduğu üçün Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu. Qapıdan çıxanda nəisə fikirləşib geri qayıtdı, astanada dayanıb həmin pulları cibindən çıxartdı. Hələ də ayaq üstə dayanan xan arvadının ayaqları altına 600 çervonu səpdi. Qadın pullara baxmadı və onları ayaqladı."

"Gəncənin səsi" qəzeti, 23 fevral 1990-cı il.

Mirzə Adıgözəl bəy Gəncə xanlarının mənsubiyyəti haqqında belə yazır... " ... Gəncə xanları əslən Qacar nəslindən olub, onlara Ziyadoğlu adı da verirdilər. Onlar yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar da olublar, bu isə bütün aləmə aydın və aşkardır... bəzən vaxt Gəncə xanlarının hökmranlıq bayrağı Darüssürur (Tiflis) sahəsində də əmin-amanlıq kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı... Ziyad oğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə Nadir şah onlara özgə bir cəza və başqa bir siyasətə rəva görmədi." Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, səh.30

Qafqazın baş komandanı Markiz Pauliççinin Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli məktubundan:

"Gürcüstanı və ona birləşən vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpolda (Gəncə) mərhum Cavad xanın qohum-əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət etdiyi adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək, əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq vedim ki, İrana köçsünlər."

Bəzən deyilir ki, general Sisianovun Gəncə xanlığına məqsədli yürüşü Cavad xanın məğlubiyyətinə səbəb oldu. Lakin bu əslində belə deyildir!!!

Cavad xan və oğlu Hüseynqulu ağa Vətən üçün, torpaq uğrunda şücaət göstərərək, şəhadət şərbətini şərəflə içmişlər. Bu da öz növbəsində Azərbaycan sərkərdəsinə və Türk oğluna xas olan bir nümunədir.

Tarixdə göründüyü kimi Gəncə xanı Cavad xan və onun oğlu Hüseynqulu ağa bu döyüşdə məğlub olurlar. Bu açıq aşkar bəllidir. Lakin Sisianovun Cənubi Qafqaza Azərbaycan torpaqlarına işğalçı yürüşü həyatı bahasına, məhz Bakıda sona yetir.

Hüsynqulu xanın Bakının açarlarını təslim etmədən A.A. Bakıxanov "Gülüstani-İrəm" (1841) yazır: "Bu zaman sülh və müsalimət qanunu xilafina olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırıqı ilə Sisianov... öldürülür."

"Tiflis 1869-cu il Qafqaz Arxeoqrafiya Komisiyasının Aktları"nın III cildindəki (səh. 349; sənəd 645;) materiala əsasən - "13 noyabr 1806-cı il Beşbarmaq ərazisindən rus generalı Bulqakovadan cənab Qudoviçə hesabat!"

"Bakılı Qasım bəydən aldığım məlumata görə general Sisianovun və podpolkovnik Eristovun qətlində təqsirləndirilən Bakılı Əmir Həmzə Hacı Abid bəy və onunla birgə qətildə iştirak edən daha 2 nəfər Bakıətrafı ərazilərdə gizlənmişlər. Mən Qasım bəyə Əmir Həmzə Hacı Abid bəyi şəhərə hər hansı bir yolla çağırılıb və onunla birgə suiqəsddə iştirak edən 2 nəfərin yeri öyrənilərək tutulmağına göstəriş verdim."

Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işğalı münasibətilə gümüşdən "1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı "Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu. Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa başlamışdı.

mənbə: femida


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1053   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 115
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1197
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 0
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 87
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 0
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

26.04.2024 522
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 333
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 289
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 614