Çadra qadağan edilir
Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində ictimai yerlərdə çadra, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
BiG.AZ-ın report-a istinadən verdiyi xəbərə görə, sənədin müəllifi olan Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.
E.Kvitisiani qanun layihəsindən çadra sözünün çıxarıldığını deyib. O, bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu qeyd edib.
Deputat Anri Oxanaşvili qanun layihəsinin daha geniş formatda müzakirə olunmasının tərəfdarı olduğunu deyib: "Biz multietnik cəmiyyətdə yaşayırıq və bir-birimizin hüquqlarına hörmətlə yanaşırıq. Buna görə də bu cür məsələlərin müzakirəsi zamanı çox ehtiyatlı olmalıyıq".
Parlament üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, təklif olunan qanun layihəsi insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdırır.
Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirdiyini deyib: "Niqab və burkaya gəlincə, deyə bilmərik ki, İslamda qadınların bu geyimlərdə olması qəti şərtdir. Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtülməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur".
GMİ sədri əlavə edib ki, niqab və burkanın qadağan olunması ilə bağlı qanun qəbul olunarkən onun insan haqları, din və inanc azadlığına qarşı olmamasına diqqət yetirilməlidir.
İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Sofio Kiladze qanun layihəsinin işçi qrup formatında müzakirə olunmasını təklif edib.
Sənədin növbəti müzakirəsi yanvarın 21-nə təyin olunub.
Qeyd edək ki, qanun layihəsinə əsasən, meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub.
Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 26 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMayın 25-də QAZ OLMAYACAQ
Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır. Qa
17:11 173 Ətin qiyməti 39 manata QALXDI
"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsi
14:39 275 Əli Əsədov QƏRAR İMZALADI - Bu şəxslərə hər ay 100 MANAT VERİLƏCƏK
Azərbaycanın dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarının mənzil kirayəsi xərclərini hökumət ödəyəcək. "Yeni Sabah" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşlar
15:58 229 Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir
Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir. "Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanı
16:10 128 Qızıl və gümüş UCUZLAŞDI
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,8 dollar azalaraq 4 522,7 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 0,01 dollar azalaraq 76,72 dollara bərabər olub
22.05.2026 290 İzzət oğulları ilə kamera qarşısına keçdi
Müğənni İzzət Bağırov bir müddət əvvəl keçirtdiyi 50 illik yubiley məclisindən fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, böyük oğlu Əlinin fotosu ilə gündəmə gələn sənətçi əkizləri Rza və Mətinlə də şəkil yayımlayıb. Qeyd edək ki, Əli bu il orta məktəbi bitirir, o, universitetə imtahan verməyə hazırlaşı
12:21 335 Zelenski Ukraynanın Aİ-yə assosiativ üzvlük təklifini "ədalətsiz" adlandırıb
Ukrayna Prezidenti Vladimir Zelenski Aİ liderlərinə ünvanladığı məktubda Almaniyanın Ukraynaya Avropa İttifaqının "assosiativ" üzvlüyünün verilməsi təklifinin "ədalətsiz" olduğunu, çünki bu, Kiyevi blok daxilində səssiz qoyacağını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki
11:53 177 Qızıl və gümüş UCUZLAŞDI
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,44% azalaraq 4,556.4 ABŞ dollarına bərabər olub. COMEX-d
19:10 90 Türkiyədə rusiyalı turistlərin olduğu avtobus qəzaya uğradı: Çoxlu sayda yaralı var
Türkiyənin Antalya əyalətində rusiyalı turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, nəticədə 14 nəfər xəsarət alıb. -ın REN TV-yə istinadən verdiyi məlumata görə, qəza mayın 23-də Beldibi kurort şəhərində baş verib. Agentliyin mənbəsi bildirib ki, turistləri daşıyan avtobus maneəyə çırpılıb və nəticəd
20:20 15