Kişinin xəyanət etdiyini göstərən 12 əlamət

Kişinin xəyanət etdiyini göstərən 12 əlamətTürkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib.

BiG.AZ yenicag.az-a istinadən həmin 12 əlaməti təqdim edir.

1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri, bədənində cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu… Səhər başqa alt paltarıyla gedib axşam başqasıyla dönənlər. Xüsusən də bütün bunlar bir dəfədən çox baş veribsə…

2. Xarici görünüşünə həddindən çox fikir verir? Bəlkə, daha yaxşı geyinir, bəlkə, birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri qəfil dəyişir, geyim tərzi başqalaşır…

Heç adətkarı olmadığı zamanlarda evə gəlib çimməsi, ya da yatağa girmədən öncə duş alması da başqa bir ipucudur. Bunu digər qadının qoxusu üstündən getsin deyə edə bilər. Bundan başqa, digər qadına aid hər hansı bir izin qalmaması üçün də maşınını daha tez-tez təmizləyə bilər.

3. Birdən-birə ərinizin iş saatı artır, hətta bəzən iş gərəyi səyahət etmək məcburiyyətində qalır. Bəzən bir neçə gün gecələri sizdən ayrı keçirir? Ərinizin gündəlik məsrəflərində ciddi bir artım olursa… Bunlar ərinizin gecələri başqasıyla keçirdiyinin açıq dəlilləridir.

4. İş yerindəki yoldaşına qarşı marağı birdən-birə artır. Əvvəllər heç olmadığı qədər tez-tez ondan bəhs edir və ona kömək etmək istəyir. Hətta bu qadına həddindən çox kömək edir. Belə vəziyyətdə siz özünüzü əzilmiş hiss edirsiniz.

5. Yanınızdadır, amma sizinlə deyil. Hər nə qədər fiziki olaraq yanınızda olsa da, əriniz öz dünyasında yaşayır və əslində həqiqətən də sizinlə bərabər deyil…

6. Sizi artıq gözü görmür. Başınıza papaq əvəzinə bir çanta qoysanız belə, bunu fərq etməyəcək durumdadırsa… Gerçək mənada sizin yanınızda olmaq üçün ciddi cəhd göstərsə də, əslində sizin fərqinizdə deyilsə…

7. Əriniz sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır. Qabaqdangəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.

8. Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir. Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Bu, e-mail-lərə də aiddir. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını ələ verəcək hansısa ipucu paylaşmaz.

9. Birdən-birə ortaya çıxan aşırı mədəni davranışlar. Televizorda nəyə baxmaq istəsəniz, icazə verir, sizə hədiyyələr alır, ən çox bəyəndiyiniz restorana yeməyə aparmaq istəyir. Əvvəllər problem yaradırdısa, indi məsələn, rəfiqələrinizlə görüşməyə icazə verir… Bu durum iki səbəbdən ola bilər. Həyat yoldaşını aldadan kişilərdən bəziləri digər münasibətlərindən dolayı daha xoşbəxt olmağa başlayırlar. Bəziləri isə xəyanət etdiyinə görə özünü günahkar sayar və bu cür jestlərlə sanki günahlarını yumağa çalışırlar.

10. Bəlkə də, tam tərsidir, əriniz daim sizdə qüsur tapır və ya onu aldatdığınızı düşünür. Xəyanət edən kişi bəzən belə də fikirləşir: "Mən onu hiss etdirmədən aldada bilirəmsə, bəlkə, elə o da məni eyni şəkildə aldadır?"

11. İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir… Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeyləri bilirlər.

12. Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır. Bəlkə, bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu anlamına gəlməz.

Bütün bu maddələrdən sadəcə bir, ya da ikisi tək başına bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını sezmisinizsə, deməli, xəyanətin ciddi işarələrini əldə etmisiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1290   Tarix: 20 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir

Zəngin mədəniyyəti və təbii gözəllikləri ilə turistlərin sevimli məkanı olan İtaliyanın Neapol şəhərində yerləşən Qayola adası "dünyanın ən lənətlənmiş adası" kimi tanınır. Lənətlənmiş adanın adı 1920-ci illərə aid olsa da, indiyə qədər adada tikilmiş evdə çoxlu insan yaşayıb. Bu insanları

12.05.2024 535
.

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO

Bakıda klon kimi fəaliyyət göstərən ali təhsilli klounun açıqlamaları diqqət çəkib. APA TV-yə müsahibə verən kloun insanların onun peşəsinə olan münasibətindən gileylənib. "Özünə kişi işi tap" kimi ifadələrlə qarşılaşan müsahib narazılığını dilə gətirib. Daha ətraflı videoda:

12.05.2024 857
.

"Apple" şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

"Apple" şirkəti bu həftə yeni ultra nazik "iPad Pro" ilə birlikdə "Crush" reklamını təqdim edib. Ancaq video çıxdığı iki gündə çoxlu tənqidə məruz qalıb. "Apple" buna cavab olaraq videonun yersiz olduğunu etiraf edib və üzrxahlıq edib. "Crush" reklamınd

12.05.2024 533
.

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır. -ın "Belə yaranıb" rubrikasında bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik. Bu məsəl qədimdə bir çox xalqları

12.05.2024 390
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.05.2024 1025
.

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında başqalarının profil fotolarının skrinşotunu çəkməyi qadağan edən qeyri-adi funksiya aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb . Bildirilib ki, yenilik əvvəllər "Android"

12.05.2024 875
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 504
.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 383
.

Gerçək "Şrek"in qeyri-adi hekayəsi

Məşhur cizgi filmi qəhrəmanı "Şrek"in real prototipi var. Rəssam Uilyam Steyq "Şrek"i məhz fransız restleri Moris Tiyeyə bənzədib. Əksər insanlardan zahiri fərqlərinə baxmayaraq, qeyri-adi restler Moris Tiye də "Şrek" kimi həyatının sonuna qədər ürəyini saf və mehriban saxlay

18:40 0