ABŞ Güləni Türkiyəyə niyə vermir? – Sensassion səbəblər

ABŞ Güləni Türkiyəyə niyə vermir? – Sensassion səbəblər"FETÖ lideri Fətullah Gülənin ekstradisiya edilməsi Türkiyə və ABŞ arasında gedən danışıqlarda ciddi müzakirə mövzusudur. Məlumdur ki, Türkiyə Fətullah Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhd etməkdə ittiham edir, Türkiyə dövlətinə xəyanətdə günahlandırır".

Bunu teleqraf.com-a açıqlamasında ABŞ-da yaşayan FETÖ liderinin Türkiyəyə təhvil verilməsi ehtimalını şərh edərkən politoloq Elşən Manafov deyib.

Fətullah Gülənin ABŞ-da Pentaqon yaxınlığında yaşadığını vurğulayan politoloq onun 25 milyard dollara yaxın varidatının olduğu iddiasının da yayıldığına diqqət çəkib:

"Gülənin təkcə Türkiyədə yox, MDB məkanında da nüfuz dairəsi mövcud idi. Gülənin ayrı-ayrı ölkələrin siyasi elitalarına təsir imkanlarının olması barədə, məlumatlar var. Azərbaycanda da, rəsmi Bakının müdaxiləsindən sonra burada gülənçilərlə bağlı bir sıra institutların fəaliyyətinə xitam verildi, Gülənə bağlı olan şəxslər dövlət strukturlarından uzaqlaşdırıldı.

Bu, onu göstərir ki, Fətullah Gülən təkcə Türkiyə üçün yox, bir sıra türkdilli dövlətlər üçün də ciddi təhlükə idi. Bu təhlükənin aradan qaldırılması üçün də, türkdilli ölkələr ümumi maraqlardan çıxış etdi".

ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verəcəyi ilə bağlı ehtimala gəlincə, Elşən Manafov qeyd edib ki, bununla bağlı vaxtilə tərəflər arasında razılaşmalar əldə edilib:

"Amma ABŞ tərəfi bu və digər amillərə istinad edərək, hər dəfə Gülənin ekstradisiyası ilə bağlı məsələnin üzərindən sükutla keçir. Bir tərəfdən isə Donald Tramp Ərdoğanla sonuncu görüşündə bildirdi ki, o, Gülənin ekstradisiyası prosesinin sürətləndirilməsinin tərəfdarıdır və Ədliyyə Nazirliyinə bununla bağlı tələbi olacaq. Amma hələlik ABŞ Ədliyyə Nazirliyinin bununla bağlı konkret mövqeyi yoxdur, Gülən Ankaraya təhvil verilməyib.

Fətullah Gülənin isə ABŞ-ın xüsusi xidmət orqanlarına bağlı şəxs olduğunu bilirik. Buna görə də, Gülənin təhvil verilməsi, ABŞ xüsusi xidmət orqanları ilə bağlı bir sıra sirlərin Türkiyəyə ötürülməsi olardı. Bu baxımdan, Fətullah Gülənin Türkiyəyə sağ veriləcəyinə inanmıram. Gülənin "məxfi dünya hökuməti" və masonlarla gizli əlaqələri barədə məlumatlar sızır. Belə dərin əlaqələrə və məxfi məlumatlara sahib olan bir şəxsin Türkiyəyə verilməsi, bir sıra geosiyasi məsələlərə aydınlıq gətirə bilər. Buna görə də, onun Türkiyəyə sağ-salamat veriləcəyinə şübhə ilə yanaşıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 956   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862