24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin... - Azərbaycanda ŞOK

24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin... - Azərbaycanda ŞOKAzərbaycanda 24 yaşlı gəlin həyat yoldaşının 40 mərasiminə 3 gün qalmış anası ilə birgə evdəki seyfdən pul oğurlayaraq erməninin evində gizlənib.

BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə çıxan qaynana Laçın Mədirova bildirib.

O vurğulayıb ki, oğlu Həsənin 25 yaşı olanda Göygöl rayonunda yaşayan qardaşı qızı ilə evləndirib: "Onlar 5 il bir yerdə yaşadılar. Oğlumun 29 yaşı olanda birdən-birə mədəsində problem yarandı. Xəstəxanaya aparanda "Təcili əməliyyat olunmalıdır" dedilər. Oğlum əməliyyatdan sağ çıxmadı. Gəlin çox yaxşı idi. Münasibətlərimizdə problem yox idi. Anası gələndən sonra problemlər yaşanmağa başladı. Gəlin 6 aylıq hamilə idi. Qızın anası mənə dedi ki, qızımı aparacağam. O, qızını abort elətdirib ərə verməyə apardı. Mən də dedim uşaqların heç olmasa birini ver ki, oğlumun qoxusunu ondan duyum. Gəlin məni aldatdı ki, mən heç bir yerə getmirəm. Anama bilet almışam evinə göndərirəm. Mən də rahat olub işə getdim. Axşam saat 8-də evə gələndə gördüm ki, seyfi qırıb, oğlumun nə qədər pulu, qızılı və əşyası varsa oğurlayıb aparıblar. Oğlum yaxşı qazanırdı, biznesmendir. Onlar ana-bala Xaçik adlı ermənini evində gizlənmişdilər. Mən qardaşımın qızı olduğuna görə polisə vermədim. Hər il onlarla görüşürdüm. Amma sonradan onlardan xəbər ala bilmədim. Uşaqlar Qazaxıstan, gəlin isə Azərbaycan vətəndaşıdır. Uşaqlar mənim himayəmdə idi. Onlar uşağı hansı yolla oğurlayıb gətiriblər, bilmirəm. Mən oğlumun qəsdən zəhərlənə biləcəyindən şübhələnirəm. Çünki oğlumun 40 mərasiminə 3 gün qalmış qaçdı. Erməni ər-arvad onları necə yola salıb, xəbərim olmadı".

Aysel Yusifqızı
24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin... - Azərbaycanda ŞOK24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin... - Azərbaycanda ŞOK24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin... - Azərbaycanda ŞOK


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3231   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 163
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 109
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 165
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 340
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 154
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 124
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 124