Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu
Peterburqda adam oğurluğunda, soyğunçuluqda, qanunsuz silah saxlamaqda, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan mütəşəkkil dəstənin doqquz üzvü barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrum olmaqla yanaşı, onların mənzilləri, avtomobilləri, pulları da əllərindən alınacaq.
2012-2014-cü illər ərzində Peterburqda fəaliyyət göstərən cinayətkar dəstə iş adamlarını oğurlayaraq onların pullarını zorla əllərindən alıblar. Odlu silahlarla silahlanan banda üzvləri həmçinin inkassator maşınlara da hücumlar təşkil ediblər. Cinayətkarlar özlərini Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsinin üzvləri kimi təqdim ediblər. Hətta idarə etdikləri avtomobilləri də İstintaq komitəsinin avtomobilləri kimi rəngləyiblər. Dəstə üzvləri arasında güc strukturlarının əməkdaşlarının da olması sonradan bəlli olub.
ekabrın 18-də Sankt-Peterburq şəhər məhkəməsində banda üzvlərinə hökm oxunub. Hökmə əsasən, Andrey Karpov 7 il, Qeorqi Zuxin 8,5 il. Dmitri Qorşkov, Aleksandr Qlotov və Konstantin Zubov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Pavel Qriqoryev və Anton Kulikov isə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il və 11 il 5 ay həbs cəzası alıblar. Məhkəmə banda başçıları – İqor Xludkov və Vitali Samsonov barəsində 13 il cəza təyin edib. Onların hər ikisi 300 min rubl civarında cərimə olunublar.
Məhkəmə vətəndaşların 1,2 milyon rubl və 2,5 milyon dollar mülki iddialarını təmin edib.
Cinayət işi 76 cilddən ibarətdir. İstintaq araşdırmaları zamanı 200-dən çox müxtəlif ekspertiza keçirilib. İş üzrə təxminən 50 şahid dindirilib.
Məşhur "Fontanka" nəşri əvvəlllər sözügedən cinayətkar dəstənin fəaliyyəti barədə yazıb. 2012-ci ilin noyabrında onlar basqın zamanı 10 milyon rubl ələ keçirməyə müvəffəq olublar. 2013-cü ilin sentyabrda isə banda üzvləri ilə "rastlaşan" Azərbaycan vətəndaşı 2,5 milyon dollarından olub.
Xatırladaq ki, 15 iyul 2014-cü ildə Dubay – Peterburq reysi ilə "Pulkovo" aeroportuna gələn iş adamı, 40 yaşlı azərbaycanlıya hücum edilib. İstintaq komitəsinin əməkdaşlarına məxsus uniforma geyinmiş dəstə üzvləri onun saxlanmasını səhnələşdiriblər. Basqın zamanı iş adamınnın 1 milyon 500 min dollar pulunu əlindən alıblar.
Bu hadisədən iki ay sonra, eyni yerdə, eyni məkanda dəstə üzvləri başqa bir azərbaycanlıya da eyni üsulla hücum çəkərək 3 milyon dollarını aparıblar. Bundan bir qədər əvvəl isə yenə də əslən Azərbaycandan olan iş adamının 2 milyon 500 min dolları dəstə üzvləri tərəfindən oğurlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 778 Tarix: 19 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"
"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ
14.12.2025 148 Tramp ABŞ-dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq. "Report"un məlumatına görə, Tramp bunu "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəd
14.12.2025 105 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
14.12.2025 143 Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi
Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d
14.12.2025 260 Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini
14.12.2025 126 Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib
Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib
14.12.2025 120 Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə
14.12.2025 114 XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
14.12.2025 151 Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar
14.12.2025 139