Gürcüstanda fəaliyyət göstərən "Magi LTD" laboratoriyasının saxtakarlığı üzə çıxıb

Gürcüstanda fəaliyyət göstərən "Magi LTD" laboratoriyasının saxtakarlığı üzə çıxıbAzərbaycanda satılan dizel yanacağının keyfiyyətinə görə avtomobillərin mühərriklərində problem yaranması ilə bağlı yerli servis mərkəzlərinə müraciətlər daxil olmayıb.

Bu barədə "Report"a xarici avtomobillərin Azərbaycandakı rəsmi dilerlərindən bildirilib.

Məsələn, Yaponiyanın məşhur avtomobil istehsalçısı "Toyota"nın Azərbaycanda rəsmi nümayəndəliyi - "Toyota Bakı Mərkəzi"nin PR meneceri Eldəniz Cəfərov "Report"a bildirib ki, təmsil etdiyi şirkətə dizel mühərrikli "Land Cruiser 200", "Prado" markalı avtomobillər hələ də sifariş edilir: "Əgər dizel yanacağının keyfiyyəti ilə bağlı problem olsaydı, bu sifarişlər də olmazdı. Problem yaşanmadığına görə tələbat da var".

Gürcüstanda fəaliyyət göstərən "Magi LTD" laboratoriyasının saxtakarlığı üzə çıxıbÇinin avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olan "Sirena Motors" şirkətinin marketinq meneceri Əyyub Əliyev də "Report"a bildirib ki, dizel yanacağının keyfiyyətinin aşağı olması və avtomobillərin mühərrikində problem yaranması ilə bağlı onlara müraciət daxil olmayıb.

Bundan başqa, "Mercedes-Benz Azerbaijan" şirkətindən dizel yanacağının keyfiyyətsizliyinə görə hər hansı şikayətin olmadığı bildirilib.

Gürcüstanda fəaliyyət göstərən "Magi LTD" laboratoriyasının saxtakarlığı üzə çıxıbQeyd edək ki, Azərbaycanda dizel yanacağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir və ölkədə bu yanacağa tələbat yüksəkdir. Bu ilin yanvar-noyabr aylarında ölkədə 1,766 mln. ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 951,6 min ton dizel yanacağı istehlak edilib ki, bu da illik müqayisədə 1,5% artım deməkdir.

İndiyə qədər yanacağın keyfiyyətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlayaraq müvafiq rəylər verib. Bu ilin aprel ayında Prezident İlham Əliyevin sərəncamı ilə Komitə ləğv edilib, onun səlahiyyətləri isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazasında yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Lakin Nazirlər Kabineti yeni Agentliyin əsasnaməsini hələlik təsdiq etmədiyindən yeni qurumun strukturu formalaşdırılmayıb və müvafiq səlahiyyətlər ona keçməyib. Odur ki, Agentlik dizel yanacağının keyfiyyəti məsələsində hələ ki, susur.

Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyi - "SGS-Azeri LTD"nin əməliyyat koordinatoru Zöhrab Ağayev isə "Report"a bildirib ki, sifarişlər əsasında yanacağın keyfiyyəti ilə bağlı müxtəlif yoxlamalar, analizlər aparılır. İndiyə qədər hər hansı problem aşkar edilməyib.

Gürcüstanda fəaliyyət göstərən "Magi LTD" laboratoriyasının saxtakarlığı üzə çıxıb"Yoxlamalar çoxlu parametrlər üzrə aparılır. Bu, sifarişlərdən asılıdır. Məsələn, bəzi şirkətlər benzinin və dizelin tərkibində kükürdün, qurğuşunun miqdarını, oktan ədədinin yoxlanılmasını istəyir. Analizlərimizə əsasən, hər hansı uyğunsuzluq, keyfiyyətin aşağı olması halları aşkarlanmayıb. Müxtəlif parametrlər üzrə apardığımız analizlər göstərib ki, hər bir parametr Azərbaycandakı müəyyənləşən standarta cavab verir", - deyə Z.Ağayev qeyd edib.

"Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) benzinin və dizel yanacağının keyfiyyətini yoxlayan ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Ətraf Mühitə Nəzarət Departamenti isə eyni işlə məşğul olduğu iddia edilən "Magi LTD" laboratoriyası barədə məlumatlı deyil və onu tanımır".

Bunu isə "Report"un Gürcüstan bürosuna adı çəkilən Departamentdən SOCAR-ın satdığı dizel yanacağının keyfiyyətinin Avropa standartlarından aşağı olması barədə iddialara münasibət bildirərkən deyiblər.

Xatırladaq ki, Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycanda istifadə edilən dizel yanacağının keyfiyyətinin yoxlanılması ilə bağlı laborator araşdırma aparılıb və dizel keyfiyyətinin dünyanın digər ölkələri ilə müqayisədə guya 20 dəfə aşağı olduğu aşkarlanıb. Bu laboratoriya ilə bağlı Gürcüstanın tənzimləyici qurumuna sorğu verilib.

Qeyd edək ki, bu ayın əvvəlində qurumun əməkdaşları bütün ölkə üzrə yerləşən YDM-lərdən 240 nümunə götürüb. Yoxlama öncədən xəbərdarlıq edilmədən aparılır, nümunələrin tədqiqini isə beynəlxalq akkreditasiyası olan laboratoriyalar həyata keçirəcək. Tədqiqatların nəticələri YDM-lərdəki benzində qurğuşunun səviyyəsinin Gürcüstan qanunvericiliyi ilə müəyyən olunmuş normalara nə qədər uyğun olub-olmadığını müəyyən edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 18 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 181
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 451
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

26.04.2024 616
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 131
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 177
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

26.04.2024 605
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 367
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 124
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 169