Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar...

Zoologiya İnstitutu: Bakının mərkəzində gördüyümüz quşlar əslində qarğa deyil, onlar..."Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir. İnsanlar zağcaları qarğaya oxşadırlar və buna görə də hesab edirlər ki, Bakıda qarğaların sayı artıb".

BiG.AZ xəbər verir ki, bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.

O bildirib ki, Bakının mərkəzində insanların çox sayda gördükləri və qarğa sandıqları quşlar əslində qarğa deyil, qarğalar fəsiləsinə aid olan zağcalardır:

"Bu quşlar elə qarğaya bənzər səs çıxarırlar. Zağcalar Rusiyada kütləvi yuvalayan quşlardır, Azərbaycanda isə onlara yalnız düzən ərazilərdə az miqdarda rast gəlinir".

E.Sultanov qeyd edib ki, Bakının mərkəzində - parklarda, binaların damlarında və s. yerlərdə gördüyümüz zağcalar Azərbaycana oktyabrın əvvəllərində Rusiyadan gəlir və fevralın sonu, martda geri qayıdırlar:

"Bu quşların çox hissəsi milli parklarda, qoruqlarda qışlayırlar. Bakıda da Botanika bağının ətrafında 5000-ə qədər zağcaya rast gəlmək olar. Eyni zamanda parklarda da gecələyirlər".

Qarğalara gəldikdə, E.Sultanov qeyd edib ki, Azərbaycanda qara qarğaya adətən rast gəlinmir. Qara qarğa Fransa və Şərqi Sibirdə yaşayır. Ala qarğaya isə ölkəmizdə yay aylarında az miqdarda rast gəlmək olar.

Alimin sözlərinə görə, ümumilikdə Azərbaycan təbiətində ala qarğa çox sayda olmasa da, həmişə olub. Amma Bakıda və Abşeron yarımadasında əvvəllər ala qarğa heç olmadığı halda, son 10-15 ildə bu ərazilərdə də artıq ala qarğaya rast gəlmək mümkündür:

"Şəhər yerlərində ala qarğanın olması o qədər də xoşagələn deyil. Çünki onlar zibilxanalara girir, kiçik quşların balalarını öldürür, yumurtalarını daşıyır, bəzən elə kiçik quşların özünü də öldürərək yeyirlər. Bu quşlar bir növ şəhərdə "quldurluq" edirlər. Digər tərəfdən, bu quşların xoşagəlməz səsi və görünüşü var. Şəhərdə payız bülbülünün, qaratoyuğun, yaşılcanın çox olması yaxşıdır. Amma ümumiyyətlə, qarğalar dəyişən şəraitə çox tez uyğunlaşırlar. Ona görə də onlara bütün iri şəhərlərdə rast gəlmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Yağışdan çıxıb, yağmura düşdülər": Rusiyada çimizdirilən quşların 90 faizi öldü

Rusiyanın Anapa şəhərində mazut çirklənməsindən xilas edilən və Krasnodara aparılan quşların 90%-i tələf olub. -ın "SOTA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu barədə soçili ornitoloq Aleksandr Dvoretski xəbər verib. Onun sözlərinə görə, bunun səbəbi həm sınmış yü

21:10 161
.

Bakıdan Varşavaya uçuş "Polish Airlines"in təyyarəsində texniki nasazlıq səbəbindən ləğv edilib

Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib. Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib. Sərnişinləri

15:29 205
.

Azərbaycandan göndərilən 10 yük maşını Suriyaya daxil olub

Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Suriyaya daxil olub. "Report" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir. Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra ərzaq məhsulları boşaldılaraq AFAD-ı

17:19 221
.

Tərtər sakini Bakıda iki kiloqram narkotiklə saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

18:50 137
.

Bayraktar: Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır

Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır və beynəlxalq ictimaiyyət bu işdə kömək etməlidir. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. "Keçən həftə Suriyaya olan nümayənd

14:50 133
.

Sabahın havası AÇIQLANDI - Yağış, qar, şaxta...

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

13:09 419
.

Qobustanda kişi özünü çardaqdan asdı

Qobustan intihar hadisəsi olub. -ın xəbərinə görə, hadisə rayonun Cəmcəmli kəndində baş verib. 48 yaşlı Niftəliyev Zaur İsabala oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asıb. Onun hansı səbəbdən intihar etməsi bəlli deyil

17:20 187
.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Xidmətdən BİG.AZ-a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m . Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağl

15:23 218
.

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, yanvarın 6-da Abşeron yarımadasında Xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün narahatlıq hissi yaradır

18:50 288
.

TOP MP3