Bakıda evlərin qiyməti ucuzlaşacaq

Bakıda evlərin qiyməti ucuzlaşacaq2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdədir. Xüsusilə yola salmaqda olduğumuz 2018-ci ilin ortalarından başlayaraq, ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Demək olar ki, hazırda paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rəşad Əliyev bildirib ki, bir neçə il əvvəl müşahidə edilən tikinti bumunun kökündə tələbatın artması, iqtisadi vəziyyətin yaxşı olması dururdu:

"Demək olar ki, iqtisadiyyatın bütün sahələrində inkişaf nəzərəçarpaçacaq dərəcədə idi və bu şəraitdə əhalidə alıcılıq qabiliyyəti artırdı. Bu da müvafiq olaraq tikinti sektoruna tələbatı artırdı. Tələbata uyğun olaraq da təklif formalaşmağa başlamışdı. Nəticədə tikinti sektorunda hiss olunacaq dərəcədə inkişaf gedirdi. Hazırda müşahidə edilən tikinti sektorundakı canlanma isə bir qədər fərqli amillərlə bağlıdır".

R.Əliyevin sözlərinə görə, tikinti sektorundakı hazırkı canlanma pilot layihələrin hesabına gerçəkləşir:

"Bu layihələr çərçivəsində investorlar cəlb olunub. İrəli sürülən nisbətən yüngül şərtlər tikinti şirkərlərinin marağınadadır. Demək olar ki, müşahidə edilən tikinti bumu tələbatla yox, təkliflə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka, xüsusilə də mənzillərə tələbat hər zaman var. Sadəcə olaraq dövrü olaraq alıcılıq qabiliyyətindən asılı olaraq dəyişir.

Bir çox tikinti şirkətləri pilot layihələr çərçivəsində tikintilə məşğul olmağa başlayıb. Təklifin qarşılığında müvafiq tələbat yoxdur. Alıcılıq qabiliyyəti yüksəlməzsə, hazırda tikinti sektorunda müşahidə olunan intensivliyi saxlamaq çox çətin olacaq".

Ekspert təkliflə tələbi uyğunlaşdırmaq üçün müəyyən güzəştlərin tətbiq olunmasının tərəfdarıdır:

"Hansısa yollarla tələbatın stimullaşdırılması lazımdır. Yəni elə şərtlər olmalıdır ki, tikilən mənzillər vətəndaş üçün əlçatan olsun. Bu bütün sahələrdə belədir ki, təklif tələbata uyğun formalşdırılır. Biz isə təklifin formalaşmasını görürük, alıcılıq qabiliyyətinə malik tələbat isə yoxdur. Bir çox ölkələrdə olduğu kimi aşağı faizlərlə mənzil satışları həyata keçirilməlidir. Bir çox alətlər istifadə olunmalıdır. Pilot layihələrin əksəriyyətinin eyni vaxtda start götürdüyünü nəzərə alsaq, yaxın gələcəkdə bazara daha çox mənzilin çıxarılacağını gözləmək olar. Bəzilərinin tikintisi heç başa çatdırılmayıb. Amma tikinti başa çatdıqca, bazara daha çox əmlak çxıarıldıqca, aılıcılıq qabiliyyətini stimullaşdırmaq lazım gələcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1185   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18.05.2024 579
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18.05.2024 253
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474