Nərminin Mübarizə "hücumunu" ermənilər nə tez gördü?

Nərminin Mübarizə "hücumunu" ermənilər nə tez gördü?Türkiyə də daxil olmaqla, bəzi qonşu ölkələrdə Mübariz İbrahimov vətənpərvərliyin simvolu kimi təbliğ edilir, haqqında film çəkilir və yaxud ən məşhur seriallarında onun qəhrəmanlığı nümunə göstərilir, Mübariz dastanları yaradır, bizlərdən isə kimlərsə onu aşağılamağa cəhd edir. Görünür, bunun günahı bir az da bizdə - jurnalistlərdə, media orqanlarında çalışanlardadır. Görünür, biz Mübariz İbrahimovun kimliyini, onun atdığı addımın ictimai-hərbi və sosial anlamını tam izah edə bilməmişik və ya az təbliğ etmişik.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Son günlər Milli Qəhrəman Mübariz İbrahimov haqda sosial şəbəkədə yazılan bir statusun doğurduğu rezonansa münasibət bildirən A.Camalqızı deyib ki, bu hadisə araşdırılmalar aparılmasını zəruri edir:

"Adətən, Avropada sosioloqlar və sosioloji mərkəzlər bu cür hallarda ciddi araşdırmalar aparır və mənzərəni aydınlaşdırırlar. Çünki burda məsələ bir xalqın dəyərindən gedir. Mübariz İbrahimov Azərbaycan xalqının dəyiridir, vətənpərvərlik məsələsində bir dönüş nöqtəsidir və dövlətin bununla bağlı ictimai-sosial mesajı, siyasi iradəsi ortadadır. Müzakirələrin ümumi mənzərəsində Mübariz İbrahimovu aşağılamağa cəhd edən bir gəncə qarşı sərt təpkilərə etiraz edənlər bizi düşünməyə vadar etməlidir. Yəni elə dəyərlər var ki, onları hər hansı "səbəblə" – məşhurlaşmaq, ya hansısa təşkilatın ayırdığı qrantın "tələblərini yerinə yetirmək", yaxud Avropadan siyasi sığınacaq almaq arzusu... – müzakirəyə çıxarmaq qətiyyən olmaz".

A.Camalqızı bildirib ki, mövzu həddən artıq həssasdır və xalqın dəyərini aşağılayan gənc çox təhlükəli bir yola əl atıb:

"Onu buna hansı səbəblər "vadar edib" – bu, toxunulası məqam deyil. Burda əsas məqam ona qarşı ən sərt mövqelərin doğurduğu "ictimai yazıqlıq" hissi və nəticədə bir gəncin çox böyük, yanlış mövqeyinin tərəfdarı olmayanların belə onu müdafiə etməyə qalxmasıdır. Ən kədərləndirici məqam isə belə bir "mövqenin" ictimai şüura yeridilməsi cəhdidir. Xatırlayırsınızsa, analoji hadisə Ramil Səfərovla bağlı da baş vermişdi. Baxmayaraq ki, Ramil Səfərov və Mübariz İbrahimov olayları tamamilə fərqlidir, ancaq diqqət edirsinizsə, bütün hallarda bir yanlış yanaşmanın, dəyərlərə qarşı getmənin, neqativ informasiyanın xalqın şüuraltına yeridilməsinə cəhdlər sezilir".

A.Camalqızının sözlərinə görə, bu, ictimai təfəkkürə, xalqın milli mübarizəsinə və torpaqlarımıza qarşı yönələn qəsddir:

"Maraqlıdır ki, erməni millətindən olanlar o qızın statusuna dərhal münasibət bildirməyə tələsdilər, erməni mediası bunu xəbərə çevirdi, manşetlərə daşıdı və bundan öz məqsədləri üçün istifadə etməyə başladı. Digər tərəfdən, o gənc qızın dərhal saxta profili yaradıldı və o profildən Xocalı faciəsi də daxil olmaqla, torpaqlarımızın işğalı ilə bağlı erməni fikirləri tirajlanmağa başladı. Burdakı eybəcər məqsəd və hədəflərə baxaq: birincisi, xalqımızın dəyərinə hücum, sosial nəbz yoxlanılması, ikincisi, dəyərlərin və qəhrəmanların aşağılanmasına "cəsarətin" mümkünlüyü, üçüncüsü, ictimai altşüura – təhtəlşüura neqativ informasiyanın ötürülməsi ilə milli təfəkkürü sarsıtma cəhdi... Sosioloqlar yaxşı bilir ki, ən ağlasığmaz olayla bağlı xəbər belə qəti etirazlarla qarşılansa da, altşüurda özünə yer edir və "demək ki, mümkündür" təhlükəli rəyinin formalaşmasına təkan verir.

Dördüncü və ən təhlükəli məqamı isə saxta profilin yaradılması və ordan aparılan təbliğatda gördük. Şübhəsiz ki, bu, düşmən işidir və hədəf həmin o fikirləri səsləndirən qızın linç edilməsinə nail olmaqdır. Bununla erməni təbliğatına beynəlxalq aləmdə Azərbaycan xalqı haqda yanlış rəy yaratma fürsəti ilə bərabər. bizim cəmiyyətimizi də gərginləşdirmək hədəflənir".

Aynur Camalqızı buna görə də mütləq Dövlət Təhlükəsizliyi Xidmətinin müəyyən araşdırmalar aparmasının vacibliyini də bildirib:

"Biz hələ bilmirik ki, o qızın birdən-birə bu statusu yazması, ermənilərin o statusu dərhal "görməsi", saxta profilin açılması və Azərbaycan xalqına təhqirlərin davam etdirilməsi ilə o gəncin hədəfə çıxarılması, erməni mediasının bu olaya anında reaksiyası və s. əvvəlcədən düşünülmüş məkrli planın tərkib hissəsidir, ya yox. Çünki istər-istəməz, burda bir "ssenari" diqqət çəkir və hesab edirəm ki, DTX artıq araşdırmaya başlayıbdır.

İkinci məsuliyyət isə əlbəttə ki, bizim və ziyalıların üzərinə düşür. Çünki dəyərlərə hücum cəhdi varsa, bunun məsuliyyəti həm də bizimdir. Mübariz İbrahimov obrazının niyə dəyərə çevrilməsi, onun həyat amalı, hədəfi, Azərbaycan gəncliyinə böyük və əbədi mesajı daha yaxşı anladılmalı, vaxtaşırı təbliğ olunmalı, yada salınmalıdır. Mübarizin timsalında dəyərimizə atılan bu daş bizi oyatmalıdır. Mübariz İbrahimovun kimliyi, onun igidliyi barədə əsərlər yazılmalı, orta məktəb dərsliklərinə salınmalıdır, filmlər çəkilməlidir. Müasir dünyada kino ölkələrin, xalqların tanıtımı, təbliği üçün ən gözəl vasitədir. Gözəl hekayələri gözəl ssenarilərə, gözəl ssenariləri gözəl filmlərə çevirən usta yazarlara, istedadlı rejissorlara, peşəkar aktyorlara meydan verilməlidir. Uşaqlara, gənclərə aşılanmalıdır ki, suverenliyimiz və Qarabağın azadlığı uğrunda həyatını fəda edən hər bir şəhidimiz Azərbaycanın dəyəridir və dəyərlərimizə sayğı göstərilməsi hər kəsin, hər bir azərbaycanlının borcudur. Hesab edin ki, bu, Konstitusiya ilə təsbit olunan bir borcdur, görəvdir. Azərbaycanın bütövlüyü, müstəqilliyi ugrunda həlak olan oğullarımızın statusu dövlətimizin simvolları qədər simvollaşmalı, bayraq qədər müqəddəs tutulmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3051   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 368
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

21:13 0
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

21:00 0
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

21:30 0
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 972
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

18:19 290
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 722
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 104