Yumurtanı neçə dəqiqə və necə bişirməli? - Vaxtdan asılı olaraq faydası da dəyişir

Yumurtanı neçə dəqiqə və necə bişirməli? - Vaxtdan asılı olaraq faydası da dəyişirYumurta ən faydalı qidalardan biri hesab olunur. Təsadüfi deyil ki, bir çox pəhrizlərin tərkib hissəsini məhz yumurta təşkil edir. Yumurtanın tərkibində olan albumin zülalı insan orqanizmi tərəfindən ən tez və rahat mənimsənilən zülal olduğundan yumurta zülal tərkibli ən ideal qida hesab olunur. Lakin onun faydası bişirilmə qaydalarına görə dəyişir.

BiG.AZ medicina.az-a istinadən yumurtanın ən faydalı hazırlanma qaydasını təqdim edir:

Yumurta necə hazırlanmalıdır?

Şəhər əhalisi yumurtanı əsasən soyuducuda saxlayır. Bişirmək istədikdə isə soyuducudan çıxararaq birbaşa qazana qoyub, üstünə soyuq su alır və qaynadır. Buna görə də qabığı yumurtanın ağına yapışır. Yumurtanın asan təmizlənməsi üçün onu qaynar suda bişirmək lazımdır.

Neçə dəqiqə bişirilməlidir?

Yumurtanın suda neçə dəqiqə qaynaması çox önəmlidir. Çünki istinin təsiri ilə onun tərkibində olan zülalın forması dəyişilir.

Gəlin yumurta bişərkən onun tərkibində olan zülalın nə cür dəyişdiyini addım-addım izləyək:

•0-60 °S. Maye şəklində olan zülal tədricən qızır.

•60 °S. Qlikoprotein adlanan zülallar bir biri ilə birləşərək matrisa əmələ gətirirlər. Yumurtanın ağı süd rəng alır və jeleyəbənzər qatılığa çatır (3 dəqiqə qaynadıqdan sonra).

•68 °S. Qlikoproteinlər formalaşmağa başlayır: o, artıq şəffaf deyil, kifayət qədər bərk, amma hələ də jeleyəbənzər qatılıqdadır (5 dəqiqə qaynadıqdan sonra).

•82 °S. Ovalbumin görünməyə başlayır - bu zülal yumurta ağının əsas tərkib hissəsidir (7-9 dəqiqə qaynadıqdan sonra).

•82 °S və daha artıq. Temperatur nə qədər yüksək olarsa, əmələ gələn zülal bağları da bir o qədər möhkəm olur. Qaynama vaxtı nə qədər uzun olarsa, o zaman yumurta bir o qədər quru və bərk olur. Zülal rezini xatırladır (15 dəqiqəyə yaxın)

Yumurta sarısının bişmə prosesi isə başqa cürdür:

•63 °S. Sarı qatılaşaraq bişməyə başlayır.

•70 °S. Sarı bərkiyir, amma hələ də yumşaq və parlaq-sarı rəngdədir.

•77 °S. Sarı solğunlaşır və tez ovxalanan olur.

•77 °S və daha yüksək. Sarı qurumağa başlayır, təbaşiri xatrıladır. Yumurta ağının tərkibində olan zülal özündən kükürd ifraz edərək sarıdakı dəmir ilə reaksiyaya girir. Nəticədə dəmir sulfidi əmələ gəlir ki, bu maddə yumurta sarısını yüngülcə yaşıl rəngə boyayır. Belə ki, 11-15 dəqiqə qaynadılan yumurta sarısının üzərində həmin boz-yaşıl təbəqəni görmək olar.

Beləliklə də qabığından asan təmizlənən, elastik ağı və yumşaq sarısı olan ideal yumurta bişirmək üçün onu qaynar suya salmaq lazımdır. 30 saniyədən sonra yenidən qazı yandıraraq vam odda 10 dəqiqə qaynatmaq bəs olacaq.

Bəzən insanlar elə düşünürlər ki, yumurtanı bişirdikdə onun tərkibində olan vitaminlər və minerallar parçalanır. Buna görə ondan çiy halda istifadə etməyin daha faydalı olduğunu düşünürlər. Amma bu fikir səhvdir. Həkimlərin bildirdiyinə görə, çiy yumurta sağlamlığa ziyan verir. Belə ki, çiy yumurta qəbulu B7 vitamininin orqanizm tərəfindən sovrulmasını ləngidir. Bundan başqa, çiy yumurtadan çox təhlükəli salmonella mikrobuna yoluxmaq mümkündür. Salmonella mikrobları əsasən də immuniteti zəif olan insanlarda ciddi problemlər yaradır. Düzdür, yumurta bişdikdə qida dəyəri nisbətən azalır, amma çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyəri baxımından ciddi fərq yoxdur. Buna görə də əlavə problem yaranmaması üçün yumurtanı tam bişirib yemək məsləhətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2965   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 301
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1662
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 331
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 209
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 679
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 378
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 753
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 144
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 234