"İnsanlarımız inkişafdan geri qalırlar" – Bakını çirkləyən şəhər sakinləri – VİDEO

"İnsanlarımız inkişafdan geri qalırlar" – Bakını çirkləyən şəhər sakinləri – VİDEOGünü-gündən gözəlləşən, müasirləşən və turistlərin axın etdiyi şəhərimizdə bəzən xoşagəlməz anlar yaşanır. Bunu edənlər isə elə paytaxtın öz sakinləridir.

Sakinlərin bəziləri zibili eyvandan birbaşa yerə atırlar. Bu isə həm sənə, həm də sənə məxsus əmlaka çox ciddi ziyan vura bilər.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sonuncu belə bir hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binanın eyvanından içi tullantılarla dolu sellofan torba avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşüb.

Sakin: "Gərək hərə özünə hörmət qoysun. Özünün yaxını da keçə bilər ordan".

Sakin: "Etika qaydalarından kənara çıxırlar. Kobud desək qanacaqsızlıqdır".

Aydınxan Əbilov – Kulturoloq: "Bu tipli hadisələrlə rastlaşırıq ki, 16-cı mərtəbədən məişət tullantılarını bir başa ya insanların üstünə, ya da maşınların üstünə atırlar. Bəzən çay dəmləyirlər o dəmin qalıqlarını belə yuxarıdan aşağı atırlar. Bakı dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Amma insanlarımız sanki bu inkişafdan çox geri qalırlar".

Dünyanın bəzi ölkələrində şəhəri zibilliyən, zibili eyvandan atanları ictimai qınaq məqsədilə küçədə gəzdirirlər, adamlara göstərirlər. Avropa ölkələrində müxtəlif miqdarda cərimələr tətbiq edilir. Ekspertlər ölkəmizdə də belə metodlardan istifadəni zəruri sayır.

Aydınxan Əbilov – Kulturoloq: "Yalnız və yalnız cərimələri artırmaq, ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda insanların özləri qonşuya, o zibilləri atan şəxslərə bir nəzarət edib, onlarla bağlı aidiyatı dövlət qurumlarına şikayət etməlidir".

Belə hallarda dəyən ziyana görə, sığorta məsələsi də gündəmə gəlir. Sığorta mütəxəsisləri insanlara əmlaklarını bazar dəyərində sığortalatdırmağı məsləhət görür. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib, ona dəyən ziyanın ödənilməsini tələb edə bilər.

Bir sözlə, özümüzə bir az əziyyət verib, zibili eyvandan yox, zibil qutusuna ataq ki, artıq xərcə düşməyək. Bu həm də, bizim mədəniyyətimizin göstəricisidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

21:20 0
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

16:48 99
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 779
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 272
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 136
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

19:00 0