Yanvarın 1-dən bərbər, dərzi və ofisiantlar vergi ödəyəcək

Yanvarın 1-dən bərbər, dərzi və ofisiantlar vergi ödəyəcəkVergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.

Bəs həmin şəxslər vergi ödənişlərini necə hesablamalıdır?

BiG.AZ-ın modern.az-a istinadən məlumatına görə, muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən edilir.

Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.

Cədvəldə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

* Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
* Gəncə, Sumqayıt və Xırdalan
şəhərlərində - 1,5;
* Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
* digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara «Sabit verginin ödənilməsi haqqında qəbz» verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:

* vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;
* vergi ödəyicisinin VÖEN-i;
* qəbzin qüvvədə olma müddəti;
* fəaliyyətin həyata keçirildiyi ərazi;
* ödənilmiş verginin məbləği;
* fəaliyyət növünün adı.

«Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» vergi ödəyicisində saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir. Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda «Sabit verginin ödənilməsi haqqında qəbz»i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Vergi öhdəliklərini «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim edirik. Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada aparılacaq:

Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.
Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.
Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 20 manat.
Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.
Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 20 manat.

Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» alırlar və heç bir hesabat təqdim etmirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1762   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3