Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ

Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ"Bir meyvə yedikdən sonra 5 kilometr qaçmalısan ki, toksik təsirini orqanizmdən çıxarasan. Kənd təsərrüfatı zəhəriylə yetişdirilən meyvələri yeməyin. Almalarda mineral qalmayıb. Uşaq başı boyda alma olmaz. Onları almayın. Ən sağlam meyvə zeytundur".

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur kardioloq və professor Canan Karatay iştirak etdiyi bir konfransda deyib. Karatay bildirib ki, şəkər hüceyrələrə zərər verir, şəkər xəstəliyi, köklük, altsheymer, depressiya, parkinson və xərçəng xəstəliklərinə səbəb olur. Hamilə xanımlarda şəkər xəstəliyinin müayinəsi üçün edilən şəkər yükləməsi üsulunu tənqid edən Karatay sözlərinə belə davam edib:

"İndi hamilələrə şəkər yükləməsi edirlər. Şəkər yüksəlməsi qaraciyər yağlanması, altsheymer və köklüyə səbəb olur. Bu, qadağan olunmalıdır. Zavallı qadınlara bu yüklənərmi? Şəkər xəstəliyi müayinəsinin başqa yolları var".

obezite

Çörəyin də ən şirin zəhər olduğunu, beyni keyləşdirdiyini, bədəndəki triqliseridi qaldırdığını, aclıq hissi yaratdığını bildirən Karatay rəfinə edilmiş unlarda aminopeptin şəkəri olduğunu və insan metobolizmasında bunu həzm edəcək ferment olmadığını ifadə edib:

"Çörək müqəddəs deyil, onu yemək olmaz?" sualı tez-tez mənə müraciət edirlər. Əgər sağlam olmaq istəyirsinizsə, yeməyəcəksiniz".

Karatay 2 ağ məhsulun (un və şəkər) səbəb olduğu problemlərin genetik deyil, tamamilə qarşısı alınan xəstəliklər olduğunu vurğulayıb. Bu növ xəstəliklər son 20-30 il ərzində göbələk kimi artıb. Gənclərin əzələ yığmaq üçün istifadə etdikləri proteinlərin də zərərli olduğunu dilə gətirən Karatay dərmanlı meyvələr orqanizmdə triqliseridi yüksəltdiyini etiraf edib:

"Mən tacir və istehsalçı deyiləm. Lakin həkim və feldşer kimi deməliyəm ki, meyvə şəkəri də uşaqlarda qaraciyəri yağlandırır. Uşaqlar indi kökdür. Onlar ki, alkoqollu içki qəbul etmir. Çörək, dondurma, tost, cipsi, makaron, vafli yeyib üstündən də kola, buzlu çay içirlər.

meyve suyu

Podaqra xəstəliyi şəkər zəhərlənməsinin əlamətidir, səbəbi qırmızı ət deyil. Meyvə suyu və fruktoza da podaqra xəstəliyinə gətirib çıxarır. Təzə sıxılmış olsa da, meyvə suyu zərərlidir. Altsheymer, autizmin, parkinsonun, iflicinin, oynaq ağrılarının təməlinin qoyulmasına səbəb olur.

Rəfinə edilmiş duzlardan da uzaq durmalıyıq. Süfrə duzlarının rənginin açılması və axıcı olması üçün ona kimyəvi maddələr və alüminium əlavə edilir. Kristal qaya duzu rəfinə edilməyib. Onlar sağlamlıq mənbəyidir, safdır, mineral birliyidir. Kristal qaya duzu ömrü uzadır. Bu duzu suya qatıb səhər-axşam qarqara edin, xəstələnməyəcəksiniz".

İbn Sina gündə 2 dəfə məsləhət görürdü

Karatay bildirib ki, "Tibb Qanun"u kitabı Avropada tibb məktəblərində tədris edilən dahi Şərq alimi və həkimi İbn Sina gündə 2 dəfə yemək yeməyi məsləhət görüb:

"2 dəfə yemək sağlamlıqdır, 3 dəfə xəstəlikdir. Bu, illərlə araşdırılıb. Sizə 11 əsrlik yaşı olan araşdırmanı xatırladıram. Sənayenin oyuncağı olmayın. İdman zalları, üzgüçülük kursları yerinə küçəyə çıxıb hərəkət edin".

Bir insan vücudunun 24 saat ərzində yalnız 5 qram şəkərə ehtiyac duyduğunu söyləyən Karatay həddən artıq şəkərin xərçəng hüceyrələrini bəslədiyini qeyd edib:

"Bəs nə yeyəcəyik?" deyə soruşanlara su, təbii kənd kərə yağı, soyuq sızma zeytun yağı, kənd toyuğu, kənd yumurtası, pendir, kəllə-paça, ayaq, sümük suyu və qırmızı ətə üstünlük verməyi məsləhət görürəm. Baş-ayaq, həmçinin sümük suyu bütün bədəni gümrahlaşdırır. Sümüyü qaynadıb hər səhər içinə limonla şirəsi sıxaraq için. Bu, bir çox xəstəliklərin qarşısını alan təbii müalicə üsuldur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179