"Bakcell"dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

"Bakcell"dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternetAzərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir. Yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha iri həcmli İnternet paketini əldə edən hər bir Bakcell abunəçisinə eyni həcmdə PULSUZ 4G trafik hədiyyə olunacaq.

5 dekabr 2018-ci il tarixindən 31 yanvar 2019-cu il tarixinə qədər keçiriləcək kampaniya sayəsində abunəçilər 20 qiqabayta qədər PULUSUZ 4G İnternet əldə edə biləcəklər. Kampaniya "Bakcell"in 1 GB-dən 20 GB-dək həcmində olan sərfəli internet paketlərin geniş çeşidinə şamil edilir.

Kampaniyada iştirak edib "Bakcell"dən xüsusi Yeni İl hədiyyəsi almaq üçün, abunəçilər sadəcə kampaniya ilə əhatə olunmuş internet paketlərinin birini (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB, 20 GB) əldə etməlidir. PULSUZ 4G İnternet trafiki dərhal onların istifadə etdiyi nömrənin balansına yükləniləcək.

Həmçinin qeyd etmək lazımdır ki, kampaniya müddətində Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya "Bakcell"in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.
Pulsuz internet yalnız Bakcell şirkətinin 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər.

Həmin müddət ərzində abunəçilər ölkənin ən sürətli və ən geniş 4G/LTE şəbəkəsinin üstünlüklərindən yararlana biləcəklər. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə istifadə imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə edə bilirlər.

"Bakcell"in 4G şəbəkəsi 1700 baza stansiyası ilə Azərbaycanın 40-dan çox çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir
Qeyd edək ki, 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1117   Tarix: 11 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanlar niyə sosial şəbəkələrdə real həyatda olduqları kimi deyillər? - PSİXOLOQDAN AÇIQLAMA

Son vaxtlar insanlar sosial şəbəkələrdə real həyatda olduqları kimi deyil, özlərini sanki dəbdəbəli həyat tərzi sürürmüş kimi göstərirlər. Qohumlara, dostlara acıq vermək, onlara öz sosial şəbəkələr üzərindən qiymətli əşyaları göstərmək, komfortlu həyatlarını nümayiş etdimək insanlar arasında adi ha

12:39 151
.

Almaniyada təyyarə qəzası: Pilot ağır xəsarət aldı

Almaniyanın Mannheim şəhərində pilotun ağır yaralanması səbəbindən təyyarə təcili eniş edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin əsas yanğınsöndürmə məntəqəsinin yaxınlığında baş verib. Təyyarənin qapısı açılmadığından xilasedicilər göyərtədəki üç nəfəri çıxarmağa məcbur olublar

19:00 96
.

Türkiyənin hər yerində Bibliyada deyilən nəhəng torpaq çökəklikləri yaranır

Türkiyənin müxtəlif bölgələrində torpağın iri miqyaslı çökmələri getdikcə daha tez-tez müşahidə olunur. Bu çökəkliklərin bəzilərinin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Ən xurafatçı insanlar bunu ali qüvvələrin əlaməti kimi dəyərləndirir və hətta Bibliya peyğəmbərliklərini xatırladırlar. Laki

11:40 462
.

Balakəndə ağır qəza - Ölən və yaralananlar var

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu

20:41 17
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

13:18 485
.

Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı

Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa

19:45 81
.

Sabah hava necə olacaq?

Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

12:51 222
.

Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu

15:30 223
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

20:23 79
.

TOP MP3