Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"

Çoxdandır görünmür. Nə seriallarda, nə də filmlərdə. Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyevanı deyirik.

Aktrisanın yenicag.az-a müsahibəsini təqdim edirik:

– Çoxdandır görünmürsünüz, yeni çəkilən seriallarda da yoxsunuz? Niyə?

– Keyfiyyətli seriallar olsa, çəkilərəm. Yoxsa ki, çəkilmək xatirinə çəkilib, illərlə damla-damla yığdığım hörməti bir anın içində itirmək istəmirəm. Açığı, özümü o seriallarda görmürəm. Normal qonorar verilsə, yenə də dərd yarıdır. Bu məbləğ verilmədiyinə görə o zəhmətə heç dəyməz. Ondansa, kənardan seyirçi mövqeyində durmaq və gözləmək daha yaxşıdır.Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"– Bəs aktrisa kimi darıxmırsınız?

– Sözümü deyirəm, artıq gücüm çatmır. Rasim Balayev kimi sənətkar tənqid etdi, heç onun sözünü nəzərə almadılar, nəticə çıxarmadılarsa, nə xeyri? Mən də fikirlərimi bildirirəm. Nə var onu deyirəm, heç nəyi ört-basdır etmirəm.

– Tamaşaçı da sizi yeni seriallarda görmək istəyir axı.

– Məni də görəndə o sözü deyirlər.

– Yerli seriallarda sizi nə qane etmir ki?

– Bunun üçün peşəkar rejissor, mükəmməl ssenari lazımdır. Bizimkilər çəkə bilmir. Əlbəttə, bu sözləri peşəkar rejissor Rövşən İsaxa aid etmirəm.

Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"– Türk serialları bu gün dünyada çox məşhurdur. Biz nə zaman o səviyyəyə gəlib çatacağıq?

– Türklər hər çəkiliş üçün hazırlıq prosesi keçirlər. Ona görə nəticə uğurlu alınır. Bizdə materialı aktyorun əlinə verib, dərhal çəkilişə başlayırlar. Lap aktyor dahi də olsa, onun üçün çətin olacaq. Belə olan halda hansı keyfiyyətli işdən danışmağa dəyər. Bizim aktyorlar da müəyyən zaman daxilində məşqlər keçsələr, ortaya yaxşı serial çıxarmaq olar. Mənim kimi 40 il səhnədə olan aktrisanın əlinə material versələr, o anda çəkilsəm, aydın məsələdir ki, bu məhsul çox aşağı səviyyədə olacaq. O rolun üstünə xarakter yarada bilməyəcəm. Vaxt darlığı var. Burada günah rejissorlardadır. Rejissor bir-iki serial çəkir, sponsorlara göstərir. Bilmir, ona pul veriləcək, ya verilməyəcək. Heç bilmir hansı aktyoru çəksin, yaxud da şəxsi problemini həll etsin, yoxsa aktyorlara pul paylasın. Şəxsi problemini həll edən rejissorlar da var. Maddiyyat və peşəkarlıq – bunlar çox önəmlidir. Bütün dünyada belədir.

– Amma Türkiyədə aktyorlar yaxşı qonorar alır…

– Amma keyfiyyətli iş üçün onların qanını sovururlar, sonra o pulu verirlər. Amma eyni zamanda yaşamaq üçün normal şəraitləri var. Dolanışığını, problemlərini düşünmür. Dolanışıqları superdir. Bizdə də aktyor yaxşı qonorar alsa, o işə canını qoyar. Mən çəkiliş olanda deyirəm ki, evimdən aparın, gətirin. Mən avtomobil sürüm, yoxsa rol barədə düşünüm? Aktyor sırf yaradıcılıq barədə düşünməlidir, problemləri barədə yox.
Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"– Səhhətiniz necədir? Müsahibələrinizin birində şəkərlə mübarizə apardığınızı demişdiniz…

– Yaxşıyam. Həmişə səhhətim yaxşı olub, çünki xəstəliyə yenilən adam olmamışam. Səhhətimlə bağlı nə varsa da, özümə aiddir. Mən problemlərimdən danışmağı xoşlamıram. İraq-iraq, lap ölüm ayağında da olsam, bunu heç kimə bildirmərəm. Necə ki Amaliya Pənahova, Fuad Poladov ağır xəstəliklə qəhrəmancasına mübarizə aparırdılar. Xəstəliyi gündəmə gətirmək, bunu insanlara iyrənc vəziyyətdə çatdırmağın əleyhinəyəm. Amaliya xanım heç kimə bildirmədi ki, o ağır xəstədir. İl yarım bundan əvvəl Amaliya xanımın xəstə olduğunu bilirdim. Amma onun ölüm xəbərini eşidəndə şok oldum. O xanımın hörməti qəlbimdə daha da artdı. O, tamaşaçı yaddaşında necə vardısa, elə də getdi. Heç vaxt özünü tamaşaçı gözündə xırdalamadı. Necə ki, qəhrəman obrazlarını canlandırmışdı, elə də dünyasını dəyişdi. Həyata nikbin baxmaq lazımdır. Mənim həyat prinsipim budur. Nəyim var, ailəmdə, özümdədir, bunu insanlara çatdırmaq istəmirəm. Buna görə də xəstəlikdən soruşanda acığıma gəlir. Xəstəliyim də özümə aiddir. İstəyirəm ki, son günümə qədər məni belə pozitiv görsünlər. Amma yenə də deyirəm, özümü çox yaxşı hiss edirəm. Şəhərim var, indi çox adam şəhər xəstəsidir. Axşama tamaşam var, gələ bilərsiniz.

Xalq artisti: "Amaliya Pənahovanın ölüm xəbərini eşidəndə şok oldum"– Kinoya da çəkilmirsiniz…

– Vaqif Mustafayevdən təklif gözləyirəm. Yəni, peşəkarlardan. İşimdən zövq alıramsa, heç orada maddiyyatdan da söhbət gedə bilməz. Bir də tələbələr üçün pulsuz çəkilirəm. Tələbə işindən imtina etmirəm, çünki onların maddi durumları yox dərəcəsindədir. Yardımçı kimi onlara kömək edirəm. Yorulsam da, pul söhbəti ola bilməz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 833   Tarix: 11 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899