Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOK

Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOKXəbər verdiyimiz kimi, ər ona xəyanət edən həyat yoldaşının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb.

BiG.AZ Azərbaycanda əri tərəfindən işgəncəyə məruz qalan və vəhşicəsinə öldürülən qadınları təqdim edir:

- Azərbaycanın Astara rayonunda dəhşətli işgəncə faktı baş verib. Hadisə rayonun Kələdəhnə kəndində qeydə alınıb. Kənd sakini, narkotik aludəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona dəhşətli işgəncələr verib.

Belə ki, Çingiz Mehdiyev onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarətlər yetirib. Bu zaman Nisə Xəlilovanın səsini eşidən qonşular onu xilas etməyə cəhd etsələr də, Ç. Mehdiyev onları yaxına gələcəkləri təqdirdə arvadını öldürəcəyi ilə hədələyib. Bunu görən qonşular qızın atasına zəng edərək onu hadisədən xəbərdar ediblər. Bundan sonra Nisə Xəlilova müxtəlif xəsarətlərlə Astara Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOKBaşqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOK-Əri tərəfindən dostlarının yanında başı qırxılan Susana Şərifova intihar edib.

Susana Şərifova qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Əbülfəs Baxşıyev ilə uzun müddət ailə daxili münaqişələr yaşayıb. Belə ki, Əbülfəsdən əkiz qızı olan Susana çox çətinliklər çəkib və uşaqlarının baxılması ilə bağlı bir neçə instansiyaya iddia ərizəsi göndərib.

Hələ 2011-ci ildə Əbülfəslə ailə quran Susanın bu 6 ildə başına gələnlər onu özünü öldürmək səviyyəsinə gətirib çıxarıb. Nərgiz və Nəzrin adlı qızları olan Susana iddia ərizəsində qeyd edib ki, Əbülfəs Nərgizin təhsil almasına mane olmağa çalışıb və davaları buna görə olub. Bununla yanaşı, Susananın anasının rus olması da ailədə söz-söhbətlərin yaranmasına gətirib çıxarıb:

"Əbülfəs narkotik vasitəsindən istifadə etdiyinə görə, dəfələrlə ona müailəcə olunmağını ondan istəmişəm. Amma o mənim bütün səylərimi mübahisəyə çevirib. Mənə hədə-qorxu gəlib. Son dəfə isə cavabdeh bu ilin fevral ayında məni bərk döydü və bundan ürəyi soyumayaraq dostlarının yanında mənim qadınlıq ləyaqəyimi alçaldaraq zorla başımı qırxdı və məni otağa salaraq qapını üstümə bağladı. Cavabdeh və onun valideynləri mənim huşumu itirməyimi görüb öldüyümü zənn etdilər".

Xatırladaq ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.
Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOKBaşqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOK- Azərbaycanda ər arvadını kislotayla yandırıb.

Vəziyyətinin ağır olduğunu görən qadının yaxınları təcili tibbi yardıma zəng vurublar. Hadisə şahidləri sosial mediada qadının təcili tibbi yardımla xəstəxanaya aparıldığı anın videosunu çəkərək yayıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, ilkin versiyada qısqanclıq zəminində olduğu söylənilir.

Hadisəylə bağlı araşdırma aparılır.
Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOK-Bakıda kişi arvadının üstünə benzin töküb yandırdı.

Mais Həsənov ötən il iyulun 29-da həyat yoldaşı Güldəstə Ağayevanın qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan mənzilə sərxoş halda gələrək arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ona söyüşlər söyüb. Daha sonra Mais Həsənov arvadını öldürmək qərarına gəlib. O, həyətə çıxaraq avtomobilindən 5 litrlik plastik qabda olan benzini götürüb evə gələrək qapını arxadan bağlayıb. Təqsirləndirilən şəxs həmin ərəfədə mətbəxdə yemək hazırlayan Güldəstə Ağayevanın arxa tərəfdən üzərinə gedərək yanacağı onun üstünə töküb. Qadın üzərinə benzin töküldüyünü və qaz peçinin açıq olduğunu hiss edib və tez bir zamanda qazı söndürməyə cəhd edib. Lakin Mais Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün benzini yenidən az peçinin, arvadının və evin müxtəlif yerlərini səpib. Benzin alışmağa başlayıb və Güldəstə Ağayevə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq qonşuları səsləyib.

Hadisə yerinə gələn qonşular qadını və evi söndürə biliblər. Qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

- Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Şəhər sakini 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlu həyat yoldaşı 1975-ci il təvəllüdlü Fərqanə Bayramovanı biçaqlayıb. Qadın döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri alıb.

Eyni zamanda mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan ərin qaynatası Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlunu qolundan bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti kafidir. Artıq həyat yoldaşını bçaqlayan Aslanov Mübariz həbs edilib.

-Azərbaycanda kişi 17 yaşlı qızını zorlayıb, həyat yoldaşına isə işgəncələr verib.

Malik Mirzəyev 2015-ci ilin əvvəlində qızını zorlayıb. Belə ki, içkili vəziyyətdə evə gələn Mirzəyev məktəbli qızının dərslərini hazırladığını görüb. Sərxoş olan ata qızından çay istəyib. Evdə heç kimin olmamasından istifadə edən Malik qızı çay gətirən zaman yanında oturmasını xahiş edib. Qəflətən malikin ürəyindən həddi-buluğa çatmış qızı ilə cinsi əlaqə olmaq hissi keçib. Elə bu niyyətlədə qızına ona yaxın oturmasını istəyib. Samirə isə dərslərinin çoxluğunu bildirərək öz otağına keçib. Təxminən 15 dəqiqə sonra Malik qızının otağına keçərək başlayıb onun başını tumarlamağa. Ancaq qızı atasına onu rahat buraxmasını xahiş edib. Malik isə arxa tərəfdən qızın qollarını buraraq başlayıb onun paltarlarını əynindən çıxarmağa. Qız müqavimət göstərərək başlayıb ağlamağa və atasına bildirib ki, "mən universitetə hazırlaşıram, həkim olmaq istəyirəm, sən niyə belə etdin?". Ancaq Malik öz niyyətini həyata keçirə bilib. İşini bitirdikdən sonra şalvarını yuxarı çəkərək bu barədə kimə isə danışacağı təqdirdə onu öldürəcəyini bildirib. Samirə isə ağlaya-ağlaya hamam otağına keçib.
Hadisədən təxminən 3 gün sonra evdə Malik ilə arvadı Gülsibə arasında mübahisə düşüb. Bu zaman Malik bıçaqla arvadının bədən nahiyyələrinə bir neçə yüngül zərbələr endirib. Bu zaman dərsdən evə gələn qız anasının ağladığını görüb. Bədənindəki işgəncə izlərini gördükdə isə artıq dözməyərək anasına başına gələn əhvalatı danışıb. Qızının zorlanma xəbərini eşidən ana başlayıb ərini təhqir etməyə. Əri isə qızının ona şər atdığını bildirərək hər iki qadını döyməyə başlayıb. Evdəki səs-küyə qonşular qonşular gələrək aranı sakitləşdiriblər. Elə həmin gün ana və bala rəsmi ərizə ilə polisə şikayət edərək Malikin onların başına gətirdiyini qeyd ediblər.

-Samuxun Ziyadlı kənd sakini İlahə Pənahova qayınanası və əri tərəfindən döyülmüş, daha sonra saçı qırxılıb.

2 azyaşlı uşaq anası, 1988-ci il təvəllüdlü İlahə Pənahova əvvəlcə əri, qaynanası və qaynatası tərəfindən döyülüb, saçı qırxılıb. İşgəncələrdən xilas olmaq üçün atasının evinə qaçan gəlin orada daha dəhşətli aqibətlə üzləşib. Atası ona balta zərbəsi endirib, anası isə yayılan xəbərlərdə deyildiyi kimi, qızına "gəmiricilərin məhv edilməsi üçün nəzərdə tutulan zəhərli maddəni" zorla içirib.

İddia olunurdu ki, həmin qadını evdə başqa kişi ilə tutublar və bütün bu linç olayı da həmin xəyanət əməlinə görə baş verib.
Başqa kişi ilə tutduğu arvadının əl qolunu bağlayıb qulağını kəsdi, başını qırxdı - Azərbaycanda ŞOKAysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7162   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

06.05.2024 477
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 356
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 292
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 263
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 853
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 476
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 843
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 347
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 576