Qurban Qurbanovun millidən getməsinin inanılmaz səbəbləri

Qurban Qurbanovun millidən getməsinin inanılmaz səbəbləriFazil Mustafa: "Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır"
Aydın Bağırov: "Qurban Qurbanovun istefa vermək fikri olmayıb"

"Qarabağ" futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri oldu. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib.

Azərbaycan millisinin yeni baş məşqçisinin adı qarşıdakı 1 ayda açıqlana bilər. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizdə nələrin baş verdiyi yönündə müxtəlif fikirlər səslənir. Q.Qurbanovun iki komandanı birdən çalışdırmasının çətin olduğunu düşünüb, onun gedişinə sevinənlər çoxluq təşkil edir. Təcrübəli çalışdırıcının "Qarabağ" üçün daha faydalı olduğu barədə fikirlər üstünlük təşkil edir. Onun gedişindən sonra millimizin yeni baş məşqçisinin kim olacağı, kimin olmalı olduğu barədə ən müxtəlif fikirlər səslənir.

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa "Yeni Müsavat"a bildirdi ki, AFFA-da milli ilə bağlı müəmmalı proseslər gedir: "Müəmmalar olduğu üçün fikir bildirmək çətindir. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycan futbolu üçün zərərli addımların atılmasına çalışırlar, mənfəət götürmək üçün yanlış addımlar atırlar. Futbolumuzu belə bir primitiv yanşamaya məruz qoymaq olduqca təhlükəlidir. Bu gün futbolumuzun başında duran Rövnəq Abdullayev bilirəm ki, bu sahəyə kifayət qədər vəsait ayırır, böyük bir can yandırır, xeyli işlər də görür. Amma təəssüflər olsun ki, aşağı səviyyədə məmurların fəaliyyəti qaneedici deyil. Hər şey ölçüb-biçilib milliyə baş məşqçi gətirilir. Necə olur ki, bir il sonda yadımıza düşdü ki, klubla millini eyni vaxtda çalışdırmaq çətin olar? Milli çempionatımızın potensialı çox zəifdir. Qurban Qurbanov getdi, indi əvvəlki illərdə olduğu kimi, baha qiymətə əcnəbi bir məşqçini gətirməklə nələrsə dəyişəsi deyil ki. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Futbolumuzun bu günə düşməsinin əsas səbəblərindən biri də bir sıra klublarımızın sıradan çıxarılması oldu. Məsələn, "Xəzər Lənkəran" klubunun sıradan çıxarılmasının heç bir məntiqi əsası yox idi. Gəncənin komandasının olmaması çox ciddi problemdir. Hamısı əslində özəl sektorun inkişafının dayanmasından doğan problemlərdir. Futbola pullar ayrılmır. Nə qədər SOCAR vəsait ayır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 812
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 390
.

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, həm ikitərəfli məsələlər, həm də Ermənistan-Aİ tərəfdaşlığı və regional mövzular gündəmdədir. Geniş tərkibdə iclasdan əvvəl Ermənistanı

06.05.2024 220
.

Bakıda hamilə ambulansda doğuş etdi

Bakıda xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb. Məlumat

06.05.2024 504
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

06.05.2024 277
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 295
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 1069
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 235
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 222