"Təhminə və Zaur" serialının rejissoru tənqidlərə cavab verdi

"Təhminə və Zaur" serialının rejissoru tənqidlərə cavab verdi

“Bu film deyil, serialdır. Bunu başa düşmək lazımdı.”.

Bu sözləri “Təhminə və Zaur”-un rejissoru Sain Qəhraman serialın filmdən kəskin fərqlənməsi haqda olan iradlarla bağlı danışarkən deyib:

“Bəli bu serial yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının motivləri əsasında çəkilən bir serialdır. Amma personajların xarakteri bu serialda daha dolğundu çünki serial filmdən fərqli olaraq, daha uzun müddətli olur deyə, biz hər şeyi daha aydın göstərməyi bacarırıq. Tamaşaçı Spartakı, Təhminəni, Mədinəni hamısını daha yaxından tanıyır və bələd olur. Ona görə də düşünürəm ki, serial daha müasirdir və ətraflı məlumat verir”.
Qeyd edək ki, “Təhminə və Zaur” serialı həftəiçi hər gün 21:00-da ATV telekanalında yayımlanır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 453 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol