Deputat: "180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır"

Deputat: "180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır"Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 180 manat götürülüb. Hökumət bu rəqəmi təqdim edərkən hansı meyarlara əsaslanıb? Hazırki zəruri ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə ehtiyac meyarı arasında uyğunluq varmı?

BiG.AZ xəbər verir ki, Strateq.az-ın bu barədə sorğusunu Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli cavablandırıb. Onun fikirlərini oxuculara təqdim edirik:

"2015-ci ilin iki şok devalvasiyasından sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumi isə 2016-cı ildə 5 manat, 2017-ci ildə 19 manat, 2018-ci ildə 18 manat artırılıb. Gələn il üçün isə cəmi 7 manat artırılır. Yəni 2019-cu il üçün yaşayış minimumunu ölkə üzrə 7 manat artırmaqla 173 manatdan 180 manata çatdırılması nəzərdə tutulur. Qiymətlərin indiki səviyyəsində müasir insanın gündəlik tələbatlarının xeyli dərəcədə dəyişdiyini nəzərə alsaq, təbii ki, 180 manat yetərli deyil. Yaşayış minimumunu 7 manat artırmaqla, onu real minimum ehtiyacların səviyyəsinə çatdırmaq olmaz. Ona görə də 180 manat vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır.

İndikatorlar bir qədər dəyişdirilib, amma yetərli deyil. Məsələn, təkcə onu qeyd etmək yetər ki, ailə üçün cəmi 1 saat internet nəzərdə tutulur. Bazardakı hazırkı qiymətlər və qiymətlərin daim artdığını nəzərə almaqla və indikatorları təkmilləşdirib, müasir normativlərə uyğun daha real ehtiyac meyarı və yaşayış minimumu hesablanılsa, gələn ilin yaşayış minimumu məbləği 180 manat yox, azı 270 manatdan aşağı olmamalıdır.

"Yaşayış minimumu haqqında" Qanunun 4.4. maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. Deməli, yaşayış minimumundan az götürülən 143 manatlıq ehtiyac meyarının iqtisadi əsası yoxdur və ləğv olunmalıdır.

"Yaşayış minimumu haqqında" Qanunun 5.1. maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Qanunun bu maddəsi də yaşayış minimumundan az götürülən ehtiyac meyarının iqtisadi əsasınının olmaığını bir daha təsdiq edir. 10 il bundan əvvəl – 2008-ci ildə yaşayış minimumu ilə minimum əmək haqqının nisbəti "Yaşayış minimumu haqqında" Qanunun 5.4. maddəsinin tələblərinə uyğun idi. Minimum əmək haqqı hətta yaşayış minimumundan 7 faiz yüksək idi.

Bu il minimum əmək haqqı 130 manat olmaqla 173 manatlıq yaşayış minimumundan 33 faiz azdır. Dəyişiklik olmasa, gələn ilə bu fərq 38 faizə çatacaq. Bu, sözügedən qanun pozuntusudur. Ona görə də "Yaşayış minimumu haqqında" Qanunun 5.4. maddəsinin tələblərinə uyğun olaraq hökumət öhdəlik götürməlidir ki, məsələn, qarşıdakı 2-3 il ərzində minimum əməkhaqqını ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldəcək. Bu çox vacib məsələdir. Çünki aztəminatlı təbəqənin maaşlarının və s. artırlması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1241   Tarix: 30 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

06.05.2024 295
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 812
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 158
.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 10734
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 376
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 646
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 735
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 294
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

06.05.2024 2952